Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   15   16   17   18   19   20   21   22   23

 

67

nəticəsində formalaşmış bütün yer kürəsi əhalisinin ümumi insan kapitalı nəzərdə 



tutulur. 

2.  Makroiqtisadi  səviyyədə  insan  kapitalı  –  ölkələrin  əhalisinin  təhsil,  peşə 

hazırlığı  səviyyəsi,  sağlam  durumu  kimi  xüsusiyyətlərinin  məcmu  həcmi  nəzərdə 

tutulur. 

3.  Mikroiqtisadi  səviyyədə  insan  kapitalı  –  ayrı-ayrı  müəssisələrin, 

təşkilatların  öz  əməkdaşlarının  inkişafı  və  ixtisas  səviyyələrinin  yüksəldilməsi  ilə 

bağlıdır. 

4.  Ayrı-ayrı  şəxslərin  insan  kapitalı  səviyyəsi  –  insanın  öz  inteleektual, 

mənəvi  səviyyəsinin  yüksəldilməsi,  peşə  fəaliyyəti  ilə  bağlı  inkişafı,  irəliləyişi, 

həyat  keyfiyyətinin  yaxşıdaşdırılması  istiqamətində  səylərini  əks  etdirən  insan 

kapitalı. 

Fərdi insan kapitalının elementlərinə aşağıdakılar daxildir: 

1.

  Bilik  –  iqtisadi  fəaliyyət  sferalarında  istifadə  olunan  və  onun 



səmərəliliyini artırmağa imkan verən informasiyanın məqsədəuyğun formasıdır .  

2.

  Qabiliyyətlər – hər hansı bir fəaliyyəti uğurla yerinə yetirmək bacarığı. 



Səviyyə baxımından qabiliyyət 5 səviyyədə formalaşır: sıfır səviyyə (qabiliyyətin 

olmaması);  qismən  qabiliyyətin  olması;  orta  qabiliyyət  səviyyəsi;  istedad;  dahi 

(zəka). 

3.

  Fəaliyyət  təcrübəsi  və  ya  vərdişləri  –  uzun  müddət  konkret  əmək 



ə

məliyyatlarını yerinə yetirmək ustalığı. 

4.

  Mədəniyyət  –  cəmiyyətdə  mövcud  olan  biliklər,  qaydalar,  ənənələr, 



dəyərlər çərçivəsində davranış prinsipləri və stereotipləri. 

5.

  Motivasiya  –  fəaliyyətin  istiqamətlənməsi,  yönlənməsi,  onun 



intensivliyi, proses və onun nəticələrindən məmnunluq. 

nsan  öz  qabiliyyətlərinin  inkişafına  vəsait  yatırtdıqca,  özünün  insan 

kapitalının  həcmini  artırmış  olur.  nsana  vəsait  yatırılması,  kapital  qoyuluşu 

gələcəkdə əldə edilən gəlirlərin həcminin artırılması fonunda həyata keçirilir.  nsan 

kapitalına  investisiya  yatırımları  ailənin  və  bütövlükdə  cəmiyyətin  inkişafı  üçün 

olduqca vacibdir.  




 

68

S.P.Viqurskiy  insan  kapitalını  formalaşdıran  komponentlər  sırasında 



aşağıdakıları qeyd edir: 

•  sağlamlıq kapitalı; 

•  əmək  kapitalı  (istehsal  proseslərini,  texnoloji  prosesləri  yerinə  yetirmək 

qabiliyyəti); 

•  sosial kapital (mədəni-əxlaqi, işgüzar və şəxsi etibarı, reputasiyası, eləcə də 

norma və naydarala əməl etməsi); 

•  təşkilatı-sahibkarlıq  kapitalı  (sahibkarlıq  bacarığı,  yeni  məhsul  istehsal 

etmək, onun təşkilini həyata keçirmək qabiliyyəti); 

•  intellektual 

kapital 


(alimlərin, 

konstruktorların, 

texnoloqların, 

səmərələşdiricilərin yaradıcı qabiliyyəti). 

nsan  kapitalının  formalaşması  (onun  kapital  aktivləri  səviyyəsinə  çatması) 

olduqca  mürəkkəb  və  xeyli  zaman  tələb  edən  bir  prosesdir.  Bu  prosesdə  insanın 

həm  anadangəlmə,  həm  də  qazandığı  keyfiyyət  xüsusiyyətləri  instutisional 

mühitdə,  sosial-iqtisadi,  ictimai-siyasi,  mədəni  şəraitdə  kapitala  çevrilir.  nsan 

kapitalının  struktur  elementlərini  təşkil  edən  intellektual,  təhsi,  mədəni-əxlaqi, 

təşkilati-sahibkar  formaları  yaranması  cəmiyyətin  həyat  fəaliyyətinin  bir  çox 

sahələrinə  investisiya  yatırımlarının  edilməsinə  ehtiyac  yaradır.  Pul  formasında 

həyata  keçirilən,  məqsədəuyğun  xarakteri  daşıyan,  gələcəkdə  gəlirləri  artmasını 

təmin  edən  bütün  növ  xərclər  insan  kapitalına  yatırılan  investisiyalar  kimi 

qiymətləndirilir. C.Mak-Kulox qeyd edirdi ki, «Adi kapitala insan kapitalı arasında 

yaxın  bənzərlik  vardır  –  insan  kapitalına  yönəldilən  investisiyalar  fərdin  gələcək 

həyatı  boyu  ona  gəlir  gətirməlidir,  eyni  zamanda  bazarın  faiz  stavkaları  ilə 

müəyyənləşən normal gəlir səviyyəsini təmin etməlidir».  

K.Makkonnell  və  S.Bryunun  yanaşması  isə  belədir:  « nsan  kapitalına 

investisiya yatırılması – işçinin ixtisasının və qabiliyyətlərinin artırılması və onun 

ə

mək  məhsuldarlığının  yüksəlməsi  ilə  əlaqədar  istənilən  bir  fəaliyyətdir. 



Məhsuldarlığın artırılmasına kömək edən bu xərclərə investisiya kimi baxmaq olar 

yaxud  da  cari  xərclər,  məsrəflər  gələcəkdə  gəlirlərin  artırılması  hesabına  bu 

xərclərin  dəfələrlə  kompensasiya  olunması  qənaəti  ilə  (nəzərə  alınması  əsasında) 



 

69

həyata  keçirilir».  Onlar  insan  kapitalına  yönəldilən  investisiyaları  3  istiqamətdə 



konkretləşdirirlər: 

Təhsil xərcləri – ümumi və xüsusi təhsil xərcləri, formal və qeyri-formal təhsil 

xərcləri, ix yerlərində hazırlıq, ixtisasartırma ilə bağlı xərclər nəzərdə tutulur; 

Səhiyyə xərcləri – xəstəliklərin profilaktikası, tibbi xidmət, dietik qidalanma, 

mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclər; 

ş

çi qüvvəsinin mobiliiyi ilə bağlı xərclər – işçinin bir işyerindən digərinə, az 



ə

mək  haqqı  olan  sahədən  yüksək  əmək  haqqı  olan  sahəyə  yerdəyişməsi  ilə  bağlı 

xərclər nəzərdə tutulur.  

nsan kapitalı sahəsində digər bir mütəxəssis C.Kendrik bu investisiyaları iki 

yerə ayırır: 

1. Maddi xərclər – insanın fiziki inkişafı və formalaşması ilə bağlı xərclərdir. 

2. Qeyri-maddi xərclər – təhsil xərcləri, xüsusi hazırlıq, ixtisasartırma ilə bağlı 

xərclər,  tibbi  xidmət  xərcləri,  işçi  qüvvəsinin  yerdəyişməsi  ilə  bağlı  xərclər 

daxildir.  Onun  fikrincə  «bu  xərclər  real  olaraq  gözlə  görünməsə  də,  onlar 

insanların  bilik  və  bacarıqlarının  artırılması,  insana  yatırılan  investisiyaların  və 

bunun  nəticəsi  olaraq  insanda  təcəssüm  edən,  formalaşn  kapitalın  artmasına, 

inkişafına kömək edir». 

H.Bekker  isə  insan  kapitalına  investisiyaların  strukturunu  aşağıdakı  kimi 

ümumiləşdirmişdir. 

1. Təhsil xərcləri; 

2. Sağlamlığın qorunması, titbbi xərclərlə bağlı olan məsrəflər; 

3. Mobillik, iş axtarışı; 

4. Uşaqların tərbiyəsi ilə bağlı xərclər; 

5.  nformasiya axtarışı ilə bağlı xərclər. 

nsan  kapitalına  investisiya  yatırımları  canlı  insana,  onun  inkişafı, 

qabiliyyətləri  və  bacarıqlarının  formalaşması  və  artırılması,  əmək  qabiliyyətinin, 

sağlamlığının  tələb  olunan  səviyyədə  saxlanılması  prosesləri  ilə  əlaqədardır.  Bu 

baxımdan da onun bir sıra fərqləndirici cəhətləri, özəllikləri vardır: 

1.

  nsana  yatırılan  kapitanı  qayıtması  bu  kapitalın  sahibinin 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə