Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

49

  müasir şəraitdə məhz kapitalın bu forması iqtisadi artımın əsas meyllərini 



müəyyən edir; 

  intellektual  kapitalın  formalaşması  həm  onun  sahibi  olun  insanın  özü, 

həm  də  bütövlükdə  cəmiyyət  tətərfindən  yatırımların  həyata  keçirilməsini  və 

onların davamlı şəkildə artırılmasını tələb edir; 

  intellektual  kapitalın  toplanması  biliklər,  vərdiş  və  heyətin  təcpübəsi 

formasında həyata keçirilir; 

  intellektual kapitalın toplanması səviyyəsinə uyğun olaraq onun gəlirlilik 

səviyyəsi,  gəlir  gətirməsi  müəyyən  bir  həddə  qədər  yüksələ  bilir  ki,  bu  da  aktiv 

ə

mək fəaliyyət dövrü ilə məhdudlaşır; 



  intellektual kapitala yönəldilən investisiyalar onun sahibinin yüksək gəlir 

ə

ldə etməsi imkanlarını təmin etməlidir; 



  intellektual  kapital  likvidlik  dərəcəsinə  görə  fiziki  kapitaldan  fərqlənir, 

lakin  o,  dövriyyət  aktivi  deyildir.  Bu  kapitalın  müəyyən  elementləri,  o  cümlədən 

xidmətlər, patent üçün faydalı olan biliklər alınıb satılır; 

ntellektual  kapital  istehsal  texnologiyasının  və  onun  məhsullarının 

yenilənməsi  xarakterini  və  tempini  müəyyən  edir,  sonra  isə  bazarda  əsas 

rəqaəbüstünlüyü amili kimi çıxış edir. 

ntellektual kapital anlayışını elmə ilk dəfə 20-ci əsrin böyük iqtisadçılarından 

olan D.Helbreyt gətirmişdir. Onun ilk tədqatçısı isə T.Stüart olmuşdur. O, ümumi 

formada  intellektual  kapitalı  kompaniyanın  işçinin  bildikləri  və  kompaniyanın 

bazarda  rəqabət  üstünlüyünü  nəyin  təyin  etməsinin  məcmusundan  ibarət  olması 

kimi  təqdim  etmişdir.  «….patentlər,  proseslər,  idarəetmə  vərdişləri,  bacarıqları, 

texnolociyalar, təcrübə və istehlakçı və təchizatçılar haqqında informasiya. Bütün 

bu biliklərin məcmusu məhz intellektal kapitalı formalaşdırır». 

sveç  iqtisadçısı  L.Edvinsson  isə  dəyərə  konvertasiya  oluna  bilən  bilikləri 

intellektual kapital adlandırırdı.  

ntellektual kapital – inkişaf və dəyər yaratmaq potensialına malik olan bilik 

və qabiliyyətlərin strukturlaşdırılmış əlaqələrinə əsaslanır. Kommersiya təşkilatları 

üçün  intellektual  kapital  –  əlavə  dəyər  yarada  bilən  və  bazarda  firmanın  rəqabət 




 

50

üstünlüyünü təmin edə bilən heyətin bilikləri, informasiyası, təcrübəsi, ixtisası və 



motivasiyasının, təşkilati imkanların, kommunikasiya texnologiyaları və kanalların 

məcmusudur. 

ntellektual  kapitalın  əsas  struktur  tərkibi  kimi  bilik  amili  rol  oynasa  da, 

işgüzar  mühitdə  bu  kapital  adı  altında  patentlər,  proseslər,  idarəetmə  vərdişləri, 

texnologiyalar,  təcrübə,  istehlakçı  və  təchizatçılar  haqqındakı  informasiya  başa 

düşülür.  qtisadçılar üçün intellektual kapital intellektual potensialın kapitallaşması 

forması kimi çıxış edir.    

ntellktual kapitalın anlayışına verilən təriflərdə onun strukturu ilə bağlı olan 

fikirlərə  də  daha  çox  rast  gəlinir.  Bu  təriflərdə  intellektual  kapitalın  strukturuna 

daxil olan komponentlərlə bağlı fərqli yanaşmalar vardır. Bu komponentlərin adları 

fərqli  şərkildə  verilsə  də,  demək  olar  ki,  onların  hamısında  intellektual  kapitalın 

həm  insanla bağlı  olan,  həm  də  kompaniyaya  məxsus olan kefiyyətlər öz  əksinin 

tapır.  Ümumiləşmiş  formada,  intellektual  kapitalın  strukturu  3  komponentdən 

ibarət qruplaşdırıl. 

1.  nsan  kapitalı  –  kompaniyanın  işçilərinin,  əməkdaşlarının  bilik  və 

bacarıqları,  praktiki  vərdişləri,  yaradıcılıq  və  düşünmə  qabiliyyətləri,  mənəvi 

keyfiyyətləri,  əmək  mədəniyyətləri,  şəxsi  və  liderlik  keyfiyyətləri,  idarəetmə, 

rəhbərlik  və  sahibkarlıq  qabiliyyətləri,  bunlardan  irəli  gələrək  müxtəlif 

vəziyyətlərdə (situasiylarda) davranış qabiliyyətləri və s.  məcmusudur. Sadalanan 

bu  keyfiyyətlər  resurs  şəklində  kompaniyanın  əməkdaşları,  konkret  insanlarda 

təcəssüm  edir.  Digər  kapital  növlərindən  fərqli  olaraq,  insan  kapitalı  təşkilata 

məxsus olmur,  onun daşıyıcısı və  sahibi insanın özüdür.  Şirkət  üçün  əsas  məsələ 

isə  bu  kapitaldan  maksimum  dərəcədə  səmərə  əldə  edilməsinə  nail  olmaqdır 

(maddi  və  mənəvi  həvəsləndirmə,  peşə  və  şəxsi  inkişaf  üçün  imkanların 

yaradılması və s. yolu ilə).  

2.  Təşkilatı  kapital.  Bu  kapital  struktur  kapitalı  da  adlandırılır.  Təşkilati 

kapital  intellektual  kapitalın  bütövlükdə  təşkilata  aid,  məxsus  olan  kapital 

formasıdır  və  korporasiyanın  şəxsi  mülkiyyətidir  və  müstəqil  alqı-satqı  obyekti 

kimi  çıxış  edə  bilir.  Bu  kapitala  təşkilati  qaydalar,  texnologiya,  idarəetmə 



 

51

sistemləri,  texniki  və  proqram  təminatı,  təşkilatı  struktur  və  forma,  təşkilati 



mədəniyyət, intellektual mülkiyyət, informasiya sistemləri, təlimatlar (göstərişlər), 

nizamnamə  (əsasnamə),  korporasiyanın  aldığı  standartlar,  mükafatlar, qramotalar, 

prizlər,  patentlər  və  s.  daxildir.  Təşkilati  kapital  şirkətin  bazar  tələblərinə  cavab 

verməsini təmin edə bilən təşkilatı imkanların məcmusunu təşkil edir.  

3.  stehlakçı və ya müştəri kapitalı. Bu kapital münasibətlər kapitalı da adlanır 

ş

irkətin  öz  müştəriləri  və  stehlakçılarla  olan  davamlı  münasibətləri  və  əlaqələri, 



ümummilikdə,  şirkətin  fəaliyyətinin  bütün  istiqamətləri  üzrə  xarici  aləmlə  olan 

münasibətləri  nəzərdə  tutulur.  stənilən  halda  bu  münasibətlər  şirkətin  xarici 

aləmlə  olan  qarşılıqlı  təsirləri  nəticəsində  formalaşır.  Müştəri  kapitalının 

formalaşmasında  əsas  məqsədləridən  biri  şirkətin  müştərilərinin  onun  heyəti  ilə 

daha səmərəli və əlverişli imkanlar daxilində təması üçün şəraitin yaradılmasıdır. 

Xarici  tədqiqatçılar  demək  olar  ki,  həmişə  istehlakçılarla  olan  münasibətləri 

intellektual kapitala aid etmişlər, çünki məhz bu münasibətlər vasitəsilə intellektual 

kapital  pula  çevrilir,  gəlir  gətirir

1

.  Münasibətlər  kapitalına  işgüzar  etibar, 



müştərilərlə  münasibətlər,  təchizatçılarla  münasibətlər,  məhsulun  bölüşdürülməsi 

(satış) kanalları, sifarişlər portfeli, müxtəlif müqavilələr və sazişlər ((razılaşmalar), 

o cümlədən lisenziya və françayzinq müqavilələri), müştərilərlə təkrar müqavilələr, 

daimi  alıcıların  olması,  tərəfdaş  şirkətlərdə  öz  adamlarının  /  müştərilərinin 

(tərəfdaş şirkət daxilində öz adamının olması anlamında) olması daxildir. 

Təşkilatın  işgüzar  etibarı  dedikdə,  etik  normaların  çoxsəviyyəli  sistemi  və 

onun diktə etdiyi davranış sistemi başa düşülür. Bura şirkətin fəaliyyətinin qanun 

çərçivəsində  həyata  keçiriliməsi,  qanuna  tabe  olması,  məhsulunun  keyfiyyəti, 

bazarda  davranışı,  öz  heyətinə  və  rəqiblərinə  qarşı  münasibətləri,  sosial 

məsuliyyətliyi  və  s.  amillər  daxildir.  şgüzar  etibarın  səviyyəsi  yüksək  olduqa 

ş

irkət  öz  məhsulların  da  baha  qiymətə  sata  bilər,  satışın  həcminin  artmasına, 



istehlakçıların  və  heyətin  loyallığının  yüksəlməsinə,  bazarda  şirkətin 

cəlbediciliyinin güclənməsinə, ona qarşı marağın artmasına səbəb ola bilir.  şgüzar 

etibarın  qazanılması  və  onun  yüksək  səviyyədə  saxlanılması  şirkət  üçün  qiymətli 

                                                            

1

 Пшеничников А.Г. Сущность и содержание понятия «Интеллектуальный капитал».  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə