Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 

39

tərtibində məsləhət vermək, tədris layihələrinə rəhbərlik kimi funksiyaları icra edir. 



Müxtəlif  məkan  və  zaman  daxilində  müəllim-tələbə  ünsiyyəti  müasir  KT 

vasitəsilə həyata keçirilir. Bu, rabitənin səmərəliliyinə, operativliyinə, göndərilmiş 

informasiyanı əlverişli vaxtda qəbul etməyə, öyrənməyə imkan yaradır. 

Keyfiyyətə  xüsusi  nəzarət  −  Distant  təhsildə  təhsil  standartlarına  uyğunluq 

daim  diqqət  mərkəzində  saxlanılır,  keyfiyyətə  nəzarət  forması  olaraq  distant  və 

canlı  (bilavasitə)  imtahanlar,  sorğu,  müsahibələr,  praktik  kurs  və  layihə  işləri, 

intellektual  kompüter-test sistemindən istifadə olunur. 



Xüsusiləşdirilmiş  texnologiya  və  vasitələrdən  istifadə  −  Distant  təhsil 

texnologiyası  tələbənin  müstəqil  surətdə  müəyyən  informasiya  blokunu 

mənimsəməsi  və  bu  prosesə  nəzarətə  imkan  verən  metod,  forma  və  vasitələr 

külliyatıdır.  Öyrədici  texnologiya  konkret  informativ  məzmun  bazasında  qurulur, 

bu  texnologiya  informasiyanın  optimal  təqdimatı  tələblərinə  uyğun  olmalıdır. 

Distant  təhsildə  mənimsənilməsi  nəzərdə  tutulan  biliklərin  məzmunu  təhsil 

standartlarına uyğun olan xüsusiləşdirilmiş kurs və modullarda, bilik və verilənlər 

bankında, video-təsvirlər və elektron kitabxanada və s. mənbələrdə əks olunur. 

Distant təhsildə  öyrənənlərə informasiya  aşağıdakı  formalarda  təqdim  edilə 

bilər: 

♦  Çap materialları; 

♦  Elektron materiallar (kompüter təhsil-mühiti, elektron dərslik və s.) 

♦  Audio-video materiallar; 

♦  Televerilişlər. 

Bu tədris informasiyaları aşağıdakı daşıyıcılarda ola bilər: 

♦  kitablar; 

♦  disklər; 

♦  audio-video kassetlər. 

Distant proqram təminatında aşağıdakı təlim vasitələrindən istifadə olunur: 

♦  Tədris metodik kompleks (“keys”); 

♦  Kompüter; 

♦  Televizor; 




 

40

♦  Audio-video maqnitofon; 



♦  Multimedia texnikası. 

     Distant  proqram  təminatında  təhsil  məlumatlarının  ötürülməsində  əsasən 

müasir  telekommunikasiya  və  onların  nəqli  vasitələrindən  istifadə  olunur. 

Bunların vasitəsi ilə təlim prosesi: 

♦  Zəruri tədris-metodik materiallar; 

♦  Öyrədən və öyrənən arasında interaktiv əlaqə; 

♦  Distant proqram təminatı daxilində idarəedici informasiya mübadiləsi; 

♦  Beynəlxalq informasiya şəbəkəsinə çıxışla təmin edilir. 

Distant proqram təminatının əsas texnologiyaları aşağıdakılardır: 

♦  Keys  texnologiyası.  Tədris  metodik  materiallar  ciddi  strukturlaşdırılır, 

xüsusi  “keys”  formasında  komplektləşdirilir,  müstəqil  mənimsənilməsi 

üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında 

müntəzəm məsləhətləşmə aparılır.  

♦  TV  texnologiyası.  Tədris  prosesi  telemühazirələr  əsasında  həyata 

keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır. 

♦  Şəbəkə  texnologiyası.  Öyrənənləri  tədris-metodik  materiallarla  təmin 

etmək,  həmçinin  öyrənən  və  öyrədən  arasənda  inteakti  əlaqə  yaratmaq 

məqsədi ilə  nternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında 

lokal(intranet)  və  qlobal  ( nternet)  şəbəkə  texnologiyalarından  istifadə 

edilir. 


Sonuncu  halda  distant  dialoq  nternet  resursları  vasitəsilə  həyata  keçirilir. 

Təlim  ünsiyyətinin  əsasını  xüsusi  hazırlanmış  və  distant  təhsil  kursu  şəklində  

tərtib edilmiş vasitələr təşkil edir. 

Azərbaycan  Respublikasında  distant  təhsil  sistemini  yaratmaq  üçün  öncə 

hansı texnologiyadan istifadə etmək qərarının qəbul edilməsi çox vacibdir.  

Ümumiyyətlə,  hər  hansı  bir  məsələnin  həlli  əsasən  qərar  qəbul  edən 

şə

xslərdən  böyük  təcrübə  və peşəkarlıq  tələb  edir.  Bu  zaman  ona  bir  çox sahələr 



üzrə ekspert informasiyası lazım gəlir. Peşəkar mütəxəssislərin bilikləindən ibarəet 

olan bu informasiya hətta kiçik məsələlər üçün çox böyük həcmə malik olur.  




 

41

Bundan  əlavə,  əgər  qərar qəbul  edən  şəxs  kriteriləri  qiymətləndirmək  üçün 



kifayət  qədər  biliyə  və  təcrübəyə  malik  olmazsa,  onda  nəticənin  əldə  olunması 

üçün  müxtəlif  sahələr  üzrə  eksperimentlərin  cəlb  edilməsi  zəruri  olur.  Lakin 

müxtəlif  səbəblərdən  qərarların  qəbul  edilməsi  prosesinə  ekspertlərin  cəlb 

olunması həmişə mümkün olmur. Belə ki, bu bir tərəfdən eksprtlərin olmaması və 

ya onları cəlb etməyin mümkün olması ilə, digər tərəfdən isə təhlükəsizlik nöqteyi-

nəzərindən  bəzi  məsələlərin  həllinə  kənar  adamların  cəlb  edilməsinin  arzu 

olunmamazlığı ilə bağlı olur. 

Nəhayət,  bəzi  məsələlərin  həll  edilməsi  üçün  bir  mütəxəssis  fikri  kifayət 

etmir,  yəni  qərarların  qəbul  edilməsi  üçün  mütəxəssis  qrupunun  məşvərətinin 

keçirilməsinə  və  ya  çoxlu  sayda  mütəxəssis  bilik  və  təcrübəsindən  istifadə 

edilməsinə zərurət yaranır. 

Distant  təhsil  sisteminin  yaradılmasında  da  beynəlxalq  təcrübəyə  və 

ekspertlərin  rəyinə  əsaslanılmalıdır.  Distant  təhsil  sistemində  yuxarıda  adları 

çəkilən  texnologiyaların  hər  üçünün  tətbiqi  mümkündür.  Azərbaycan 

Respublikasında  distant  təhsil  sisteminin  inkişafının  ilkin  mərhələsində  əsasən 

keys  texnologiyasının  tətbiqi  məqsədəuyğundur.  Distant  təhsil  sisteminin  keys 

texnologiyasının  tətbiqi  üzrə  təcrübə  topladıqdan  sonra  bu  əsasda  distant  təhsil 

nternet və TV texnologiyasının yaradılması və inkişfı daha asan olar. Bu müddət 

ə

rzində  respublikada  distant  təhsil  sisteminin  hərtərəfli  inkişafı  üçün  müəyyən 



hazırlıq işləri də görülə bilər. Bu istiqamətdə Azərbaycan Respublikasında distant 

təhsil sisteminin yaradılması və inkişafı konsepsiyası, Azərbaycan Respublikasında 

distant  təhsil  sisteminin  yaradılması  və  inkişafı  üzrə  Dövlət  Proqramı  hazırlanar, 

Azərbaycan Respublikası Təhsil sistemi üçün Vahid  nformasiya-Təhsil Mühitinin 

(məkanının)  yaradılması  prosesi  (vahid  distant  təhsil  platformasının  −  xüsusi 

hazırlanmış 

proqram 

kompleksinin 

formalaşması) 

yekunlaşar, 

tədris 

müəssisələrində  zəruri  maddi-texniki  bazanın  təminatı,  müxtəlif  ixtisaslar  üzrə 



elektron  kursların  tərtibi  və  onların  eksperimental  sınağının  təşkili,  bu  sahə  üzrə 

kadrların  hazırlanması,  zəruri  hüquqi-normativ  bazanın  yaradılması,  beynəlxalq 

təcrübənin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsusiyyətləri nəzərə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə