Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

36

2. Mətn prosessoru vasitəsilə sənədlər hazırlamaq; 



3. Qrafik prosessorla rəsm hazırlamaq; 

4. Elektron cədvəl vasitəsilə hesablamaq; 

5. Sadə proqramlar yaratmaq (Loqo, Paskal); 

6. Elektron poçtdan istifadə etmək; 

7. Elektron formasında informasiya axtarmaq və istifadə etmək; 

8. Digərləri. 

Rusiyada  respondetlər  birinci  yerdə  kompüterdən  istifadə  bacarığını 

qoyurdular (86% müsbət cavab, digər ölkələrdə 100%).  kinci yerdə proqram tərtib 

etmə bacarığı (79%) – bu bölmədə Rusiya digər ölkələrdən köklü surətdə fərqlənir 

(bu mövqe həmçinin Kipr, Honkonq və Litvada yüksək, Fransa,  slandiya, Norveç 

və  Sloveniyada  çox  aşağı  göstəricilərə  malikdir).  Üçüncü  yerdə  mətn 

prosessorundan istifadə  bacarığı  (72%),  dördüncü  yerdə  isə  qrafik  proqramlardan 

və elektron cədvəllərdən isifadə bacarığıdır (66%). 

T  sahəsində  təhsildə  gözlənilən  nəticələr  və  məktəblilərə  verilə

imkanlar 

Burada dörd qrup indikator fərqləndirmək olar: 

♦  Proqram təminatından istifadə imkanları; 

♦  nternetdən istifadə imkanları; 

♦  Fasiləsiz təhsil çərçivəsində  T-dən istifadə imkanları; 

♦  Ənənəvi təhsil çərçivəsində  T-dən istifadə imkanları. 



T  –  proqram  təminatindan  istifadə  −  Rusiya,  Kipr  və  Bolqarıstanda, 

inkişaf  etmiş  ölkələr  arasında  isə  –  Yaponiyada  proqram  təminatından  istifadə 

göstəricisi  çox  aşağıdır.  Bu  göstərici  Kanada,  srail  və  Yeni  Zelandiyada  daha 

yüksəkdir.  Rusiyada  birinci  yerdə  mətn  prosessoru  (83%),  ikinci  yerdə 

proqramlaşdırma (78%), üçüncü yerdə isə elektron cədvəllərdir (75%). 

nternetdən  istifadə  imkanlari  −  Azərbaycan  məktəbləri  praktik  olaraq 

nternetdən  istifadə  etmirlər.  Xarici  ölkələrə  gəldikdə  isə  təlim  məqsədi  üçün  bu 

şə

bəkənin imkanlarından olan elektron poçt və uzaq məlumat bazasından daha çox 



istifadə edilir. 


 

37

Kompüterlərin təhsildə istifadəsinə həsr edilmiş tədqiqatlar IEA-da 1989 və 



1992-ci  illərdə  aparılmışdır,  lakin  aydındır  ki,  bu  məlumatları  daima  yeniləmək 

lazımdır.  Xüsusən  də  son  beş  ildə  bu  sahədə  baş  vərən  dəyişikliklər  buna  əsas 

verir. 

Birinci  nəsil  kompüterlərin  məktəblərdə  istifadə  olunduğu  80-ci  illərlə 



müqayisədə,  hazırda  texnologiyalar  haqqında  diskusiyalar  daha  çox  təzahür 

dairəsini  əhatə  edir:  nternet,  WWW  və  multimedia  –  məktəbdə,  evdə  və  iş 

yerində.  Bütün  bu  texnologiya  xarakterli  dəyişikliklər  artıq  “informasiya 

cəmiyyəti”  erasının  başlandığı  haqqında  danışmağa  imkan  verir  və  təhsildə 

texnologiyanın  artan  rolunu  qəbul  etməyə  məcbur  edir.  Bəzi  nüfuzlu  siyasi 

xadimlərin çıxışlarında, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid qeyd 

edilmişdir. Onların məruzələrində, həmçinin qeyd edilmişdir ki, sosial təcridə qarşı 

durmaq və qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini saxlamaq üçün təhsil ənənəvi 

formadan  uzaqlaşmalı  və  vətəndaşları  fasiləsiz  təhsilə  (lifelong  learning  –  LLL, 

daha  sonralar  isə  European  Commission,  1995;  PCACT/PET,  1997;  ERT,  1997) 

hazırlamalıdır.  Bu  fikir  çox  vaxt,  T-nin  təhsil  sistemlərinin  transformasiyasında 

ə

həmiyyətli rol oynayacağı haqqında tezislə müqayisə olunur. 



Distant  təhsil  ─  təhsil  müəssisəsindən  istənilən  məsafədə  olan  öyrənənlərə 

xüsusiləşdirilmiş  informasiya-təhsil  mühiti  vasitəsilə  göstərilən  təhsil  xidmətləri 

kompleksidir.  nformasiya-təhsil  mühiti  öyrənənlərin  təhsil  ehtiyaclarının  təmin 

edilməsinə  yönəlmiş,  verilənlər,  informasiya  resursları,  qarşılıqlı  əlaqə 

protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. 

vasitələrin sistemli təşkilidir. 

Distant  təhsil  öyrədən  və  öyrənən  arasında  əlaqəni  telekommunikasiya  və 

kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq 

məsafədən həyata keçirən texnologiyadır. Distant təhsil texnologiyasından təhsilin 

bütün  səviyyə  və  formalarında  istifadə  edilə  bilər.  Distant  təhsil  ənənəvi  təhsilin 

elektron  variantı  və  ya  mövcud  təlim  formalarının  telekommunikasiya  üçün 

uyğunlaşdırılmasından  ibarət  deyil.  Distant  təhsil  ənənəvi  təhsil  formalarına 

nisbətən  öyrənənlərin  müstəqilliyini,  fəallığını,  şüurluluğunu,  yaradıcılığını 



 

38

optimal  inkişaf  etdirməklə,  müasir  təhsilin  qarşısında  duran  strateji  məsələləri 



səmərəli həll edir. 

Distant  təhsil  sisteminin  əsas  məqsədi  mərkəzdə  və  regionlarda  əhalinin 

müxtəlif  təbəqələrinə  bərabər  təhsil  imkanları  yaratmaq,  qabaqcıl  universitetlərin 

elmi-pedoqoji  potensialından  səmərəli  istifadə  etməklə  təhsilin  keyfiyyətini 

yüksəltməkdir. 

Distant  təhsil  sistemi  öyrənənlərə  həm  baza  təhsili  almağa,  həm  də  əsas 

fəaliyyəti  ilə  paralel  əlavə  təhsil  almağa  imkan  yaradır.  Nəticə  etibarilə  distant 

təhsil  sistemi  cəmiyyətdə  təhsil  mühitinin  yeniləşməsini,  vətəndaşların  təhsil 

ehtiyaclarının  və  təhsil  hüquqlarının  bərqərar  olmasını  təmin  edir.  Distant  təhsil 

təlim  texnologiyası  olaraq  təhsilin  keyfiyyətini  müasir  KT  vasitələrinin  intensiv 

tətbiqi  ilə  daha  da  yüksəldir.  Bu  təhsil  sistemi,  təbii  olaraq,  mövcud  sistemlərə 

inteqrasiya edilir, onları təkmilləşdirir, fasiləsiz təhsili inkişaf etdirir. Distant təhsil 

sistemi qloballaşan dünyada XXI əsrin ən perspektiv təhsil texnologiyasıdır. 

Distant  təhsil  sisteminin  xarakterik  xüsusiyyətlərinə  çeviklik,  modulluq, 

iqtisadi  səmərəlilik,  müəllimin  yeni  rolu,  təhsilin  keyfiyyətinə  xüsusi  nəzarət, 

təlimin  xüsusiləşdirilmiş  vasitə  və  texnologiyalarından  istifadə  və  s.  məsələlər 

aiddir. 

Çeviklik  −  Distant  təhsildə  öyrənən  əsasən  mühazirə  və  seminarlarda 

müntəzəm  iştirak  etmir,  əlverişli  məkan  və  zaman  daxilində,  mənimsəmə 

qabiliyyətinə  uyğun  ahənglə  tədris  materialını  öyrənir,  fərdi  qaydada  kursu  tam 

mənimsəmək üçün lazımi həcmdə çalışır.  



Modulluq  −  Distant  təhsil  proqramlarının  əsasını  modulluq  prinsipi  təşkil 

edir.  Hər  bir  kurs  ayrılıqda  müəyyən  fənn  sahəsindən  tam  təsəvvür  yaradır.  Bu 

imkan  verir  ki,  fərdi  və  ya  qrup  tələbatlarını  nəzərə  alaraq  müstəqil  modul 

kurslardan fərdi tədris proqramı yaradılsın.  



qtisadi  səmərəlilik  −  Beynəlxalq  təcrübə  göstərir  ki,  distant  təhsil  ənənəvi 

təhsil formalarından xeyli ucuzdur. 



əllimin  yeni  rolu  −  Distant  təhsildə  müəllim  əsasən  idrak  prosesinin 

ə

laqələndirilməsi,  tədris  kursunun  təkmilləşdirilməsi,  fərdi  tədris  planının 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə