Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

 

24

 



1-ci  şəkildə  fərdlər  arasında  kreativ  əlaqələr  ikiuclu  ox  işarələri  ilə  təsvir 

olunmuşdur, fərdlərin kreativ kapitalının həcmləri isə müvafiq dairələrin sahələrinə 

bərabərdir.  A  və  B  fərdləri  arasında  əlaqənin  kreativliyi  A  fərdi  üçün  AB 

seqmentinin  sahəsinə,  B  fərdi  üçün  isə  BA  seqmentinin  sahəsinə  bərabərdir. 

Şə

kildə A fərdinin yalnız BC və D fərdləri ilə kreativ əlaqələrə malik olduğu hal 



göstərilmişdir.  Onun  kreativ  kapitalının  muxtarlıq  dərəcəsi  üçbucağın  sahəsinin 

müvafiq dairənin sahəsinə olan nisbətinə bərabərdir. 

 

1-ci şəkil. Şəxslərarası kapital 

 

 





 

Aspekt 

Kapital 

insan 

Kreativ 

Ölçü vahidi 



Pul 

Zaman 


Mənbə 


nvestisiyalar 

nkişaf 


Gəlirin rolu 

Məqsəd 

Vasitə 


Zamanla dəyişmə 

Amortizasiya 

Öz-özünə artma 

    

 C 


 

   A    AB 

 



 



BA   B 


 

25

 



FƏS L II. Rəqabətli insan kapitalının güclənməsinə təsir edən amillə

 

2.1.Ölkədə rəqabətli insan kapitalının güclənməsinə təsir edən təhsil 

sistemi və onun keyfiyyətinin artırılması yolları 

 

Hər  bir  ölkənin  gələcəyi  onun  təhsil  sistemindən  güclü  surətdə  asılıdır. 



Ə

lbəttə  ki,  ölkədə  təhsilin  təşkil  olunması  dövlət  səviyyəsində  həyata  keçirilir. 

Təhsilin pillələri olan orta məktəblər, peşə məktəbləri, ali məktəblərdə verilən hər 

bir səviyyə şagird və ya tələbələrin gələcək fəaliyyətlərinə bilavasitə təsir göstərir. 

Ə

lbəttə  ki,  səviyyəsindən  asılı  olmayaraq  hər  bir  təhsil  növü  müəyyən 



proqram  üzrə  aparılır.  Tədris  prosesinn  keyfiyyətini  artırmaq  üçün  elm  və 

texnologiyaların nailiyyətləri təhsil sisteminə də tətbiq olunur.  

2001-ci  ildən  başlayaraq  təhsildə  keyfiyyət  probleminin  önə  çəkilməsi, 

təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyası 

istiqamətində  həyata  keçirilən  tədbirlər  təhsilin  forma  və  məzmunca 

təkmilləşdirilməsinə,  keyfiyyətcə  yaxşılaşdırılmasına,  bu  sahədə  yeni  ideyaların, 

qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanlar açmışdır.  

Keyfiyyət  anlayışı  iki  aspekti  özündə  cəmləşdirir:  dövlət  standartlarına 

uyğunluq  və  istehlakçının  tələbatının  ödənilməsi.  Təhsildə  keyfiyyət  dedikdə  isə 

təhsilin  keyfiyyətinin  məzmunu,  keyfiyyətin  planlaşdırılması,  idarə  olunması, 

monitorinqi,  qiymətləndirilməsi,  keyfiyyətə  nəzarət  amillərinin  səviyyəsi  başa 

düşülməlidir. 

Təhsilin  keyfiyyəti  anlayışı  pedoqoji  prosesin  ayrı-ayrı  iştirakçıları 

tərəfindən  müxtəlif  şəkildə  başa  düşülür.  Belə  ki,  valideynlər  tərəfindən  təhsilin 

keyfiyyəti  öz  uşaqlarının  fərdi  xüsusiyyətlərinin  inkişafı,  təlim  səviyyəsi  ilə 

ə

laqələndirilir. Müəllim üçün təhsilin keyfiyyəti onların özlərini təmin edən tədris 



planı  və  proqramlarının,  dərsliklərin,  zəngin  təlim  materiallarının,  maddi  tədris 

bazasının  olması  ilə  səciyyələnir.  Şagirdlər  üçün  təhsilin  keyfiyyəti  məktəbdaxili 

iqlimin,  müəllim-şagird  münasibətlərinin,  dərs  deyən  müəllimlərin  onları  qane 



 

26

etməsi  ilə  bağlıdır.  Peşə-ixtisas  təhsili  müəssisələri  və  işəgötürənlər  üçün  isə 



təhsilin  keyfiyyəti  məzunların  əldə  etdikləri  bacarıq  və  vərdişlərlə,  qazandıqları 

biliklərlə  ölçülür.  Bu  baxımdan  təhsilin  keyfiyyətinin  təmin  edilməsi  bütün  bu 

amillərin  fəaliyyət  prosesində  vəhdətdə  nəzərə  alınması  ilə  bilavasitə  bağlı 

olmalıdır. 

Təhsilin  keyfiyyəti  sosial  kateqoriya  kimi  cəmiyyətdə  təhsil  prosesinin 

vəziyyətini  və  səmərəliliyini  göstərir,  habelə  şəxsiyyətin  vətəndaşlıq,  məişət  və 

peşə səriştəliliyinin cəmiyyətin (müxtəlif sosial qrupların) tələblərinə uyğunluğunu 

nümayiş  etdirir.  O,  təhsil  müəssisəsinin  fəaliyyətini  xarakterizə  edən  müxtəlif 

aspektlərin (təhsilin məzmunu, təlimin forma və metodları, kadr tərkibi, tədris və 

maddi-texniki bazanın  vəziyyəti  və  s.  göstəricilər)  məcmusu  ilə  müəyyən  olunur, 

bunların vasitəsilə də təhsil alanların səriştəliliyinin inkişafını təmin edir. 

Təhsil  müəssisələrinin  keyfiyyətli  fəaliyyətinin,  inkişafının  mühüm 

amillərindən biri  təlim fəaliyyətinin məqsədyönlü təşkilidir. Müasir pedaqogikada 

təlim prosesinə yanaşmada iki əsas istiqamət üstünlük təşkil edir: 

♦  ənənəvi  təlim  prosesinin  modernləşdirilməsi  (təkmilləşdirilməsi),  yəni 

verilmiş 

nümunələrin 

mənimsənilməsinin 

və 

dəqiqliklə 



müəyyənləşdirilmiş etalonlara nail olmanın səmərəli təşkili. Bu istiqamət 

daxilində  reproduktiv  təlimin  ənənəvi  vəzifələrinin  həyata  keçirilməsinə 

yönəlmiş  tədris  prosesi  yeniləşir,  gözlənilən  nəticələrin  dəqiq 

müəyyənləşdirilməsi  və  müfəssəl  təsvir  olunması  ilə  səciyyələnən  təlim 

prosesi texnoloji proses kimi qəbul olunur; 

♦  təlim  prosesinə  innovasiya  mövqeyindən  yanaşma.  Bu  baxımdan  təhsil 

alanların  yaradıcı  və  tənqidi  təfəkkürünün  formalaşdırılması,  tədris  və 

tədqiqat  fəaliyətinin  məqsədyönlü  təşkili  əsasında  yeni  təcrübəyə 

yiyələnmə  imkanlarının  genişləndirilməsi  təlimin  məqsədi  kimi  çıxış 

edir. 


Həmin 

istiqamət 

daxilində 

tədris-tədqiqat, 

tədris-oyun, 

modelləşdirmə  fəaliyyətinin  təşkilinə,  habelə  fəal  fikir  mübadiləsinin, 

yaradıcı  diskussiyaların  təşkilinə  əsaslanan  yeni  təlim  modelləri  işlənib 

hazırlanır.                       




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə