Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 

30

etdirir.  Bu  tədqiqatlardan  nəticə çıxarmaq  olar ki, bir  çox ölkələrdə kompüterdən 



çox  istifadə  edən  məktəblilər  daha  az  istifadə  edənlərə  nisbətən  riyaziyyat  fənni 

üzrə öz təhsil nailiyyətlərindən təxminən bir il geri qalırlar. 

Göründüyü kimi  T-dən həm yeni, həm də köhnə təhsil forması çərçivəsində 

istifadə etmək olar. Buna görə də məktəbləri şərti olaraq 4 tipə ayırmaq olar: 

1. Fasiləsiz öyrənmə və  T-dən geniş istifadə etmə; 

2. Köhnə sistem və  T-dən geniş istifadə etmə; 

3. Fasiləsiz öyrənmə və  T-dən az istifadə etmə; 

4. Köhnə sistem və  T-dən az istifadə etmə. 

Bununla  da  tədqiqat  T-nin  2  təhsil  sistemi  çərçivəsində  rolu  üzərində 

dayanır. Bu halda aşağıdakılar fərqləndirilir: 

♦  Məktəbdə  tətbiqinə  cəhd  edilən  məzmun  və  pedaqoji  texnologiya 

(bundan sonra – niyyətlər); 

♦  Uşaqlara verilən imkanları reallaşdıran məzmun və pedaqoji texnologiya 

(bundan sonra - imkanlar); 

♦  Əldə  edilən  təlim  nəticəsi  kimi  reallaşdırılan  məzmun  (bundan  sonra  - 

nəticələr). 

Niyyət  kimi  məktəb  direktorlarından  bu  və  ya  digər  sistemin  tətbiqinin 

reallaşdırılmasına  T-nin nə dərəcədə təsir etdiyi haqında informasiya almaq qərara 

alınmışdır. 

mkanlara  isə  3  nöqteyi-nəzərdən  baxılırdı:  T-nin  özünün  öyrənilməsi 

imkanları;  ənənəvi  təhsil  forması  çərçivəsində  imkanlar;  yeni  təhsil  forması 

çərçivəsində imkanlar. 



nfrastruktur − Məktəb fəaliyyətinin səmərəliliyi bir çox şərtlərdən, xüsusi 

olaraq  texniki  şərtlərdən  asılıdır.  Həmçinin  aydındır  ki,  məktəb  öz  qarşısında 

müəyyən məqsədləri yalnız bunun üçün uyğun şəraitin olması halında qoya bilər. 

T-yə  gəldikdə  isə,  SITES  layihəsində  iki  sahəyə  baxılırdı:  texniki  vasitələr 

(hardware) və proqram təminatı (software). 



 

31

Texniki vasitələr − Burda əsas indikator məktəbdəki kompüterlərin sayının 

bunlardan  istifadə  edən  məktəblilərin  sayına  olan  nisbətdir.  Həmçinin,  istifadə 

olunan kompüter texnikasının göstəriciləri vacibdir.  

Bu indikatorların məzmun indikatoru ilə əlaqəli olması haqqında fərziyə irəli 

sürülmüşdür, məsələn: 

♦  Fasiləsiz təhsil sistemi hansı dərəcədə qəbul edilir; 

♦  Fasiləsiz  təhsil  sisteminin  məqsədlərinin  həyata  keçirilməsində  T-nin 

ə

həmiyyətinin dərk edilməsi; 



♦  T-nin mənasının dərk edilməsi; 

♦  T-nin rahatlığının və praktikliyinin dərk edilməsi. 



Proqram təminatı − Bu sahədə aşağıdakılar fərqləndirilir: 

♦  Ümumi təyinatlı proqram təminatı; 

♦  Təlim fənləri üçün səciyyəvi olan proqram təminatı. 

Kadr  potensialinin  inkişaf  etdirilməsi  −  stənilən  təhsil  sistemində 

müəllim  əsas  rol  oynayır.  Əgər  müəllimlər  yeni  metodikaları  həyata  keçirə 

bilmirlərsə,  sistem  dağılır.  Buna  görə  də  müəllimlərin 

T  sahəsində 

ixtisaslaşdırılması,  bu  sahədə  onların  təlabatları,  bu  və  ya  digər  vasitələrin 

faydalılığı,  onların  hansı  metodikalardan  istifadə  etmələri  və  bu  metodikaların 

reallaşdırılması  üçün  hansı  T  vasitələrinin  lazım  olması  haqqında  məlumat 

toplamaq çox vacibdir. Bununla da növbəti sualların cavablandırılması lazımdır: 

♦  Müəllimləri  T-dən  istifadəyə  təşviq  etmək  üçün  məktəb  hansı  siyasəti 

həyata keçirir? 

♦  Kadr potensialının inkişaf etdirilməsi üçün məktəb hansı tələbləri irəli sürür? 

♦  xtisas artırmaq üçün hansı imkanlar vardır? 

♦  Kadr potensialının inkişafı üçün investisiyaların vəziyyəti necədir? 

♦  Kadr potensialının inkişafı sahəsində məktəbin tələbatları necədir? 



darəetmə  və  təşkilat  −  Təhsil  sistemi  başlanğıcında  həvəskarlar  hesabına 

irəliləyə  bilər.  Lakin  uyğun  təşkilatı  yardım  olmazsa,  bu  sistemlər  geniş  yayıla 

bilməzlər. Bu cür yardım müxtəlif formada ola bilər: 

♦  T infrastrukturunun yaradılmasının stimullaşdırılması (həvəsləndirilməsi); 




 

32

♦  T-dən istifadəyə yardım edən mühitin yaradılması; 



♦  T-nin təlim metodikasına inteqrasiyasını stimullaşdırma siyasəti; 

♦  Kompüter  siniflərinin  yaradılması  və  ya  fənn  kabinetlərində  kompüterlər-

dən istifadə edilməsi. 

Tədqiqatin aparılma texnologiyası − Bir qayda olaraq IEA tədqiqatarının 

hamısı çox ciddi aparılır. Onlarda təhsil sisteminin vəziyyəti, məktəblilər arasında 

test  və  anket  sorğularının,  müəllim  və  məktəb  idarəçiləri  arasında  isə  anket 

sorğularının  iştirakçı  ölkələrin  seçilmiş  məktəblərində  eyni  anda  aparılması 

prosesində öyrənilir. 

Bundan başqa bütün bu tədqiqatlar seçməli olur: anket sorğuları hər məktəb-

də yox, seçim nəticəsində müəyyənləşdirilmiş məktəblərdə aparılır. Seçim, hər bir 

ölkə üçün təsdiq olunmuş xüsusi texnologiya ilə təsadüfi şəkildə aparılır. Seçilmiş 

məktəblərin  sayı  bütün  iştirakçı  ölkələr  üçün  eyni  olmalıdır.  Bütün  bu  cür 

tədqiqatların  nəticələri  seçilmiş  qrupa  –  məktəblilərin  populyasiyasına  görə  şərh 

edilir.  Müxtəlif  ölkələr  üzrə  məlumatların  müqaisəliliyini  təmin  etmək  üçün 

populyasiya artan meyar (kriteriya) əsasında təyin edilir. 

1  modulu  üç  populyasiyaya  (P1,  P2  və  P3)  əsaslanır.  Azərbaycan  üçün  bu 

populyasiyalar  ibtidai  məktəb  (1-5-ci  siniflər),  natamam-orta  məktəbin  7-9-cu 

siniflərinə və orta məktəbin 11-ci sinfinə uyğun gəlir. 

SITES  tədqiqatlarının  seçimi  hər  ölkədə  200  məktəbdə  aparılmışdır. 

Onlardan  təlim  prosesində  kompüterdən  istifadə  edənlər  sorğuda  iştirak  etmişdir. 

Hər  bir  iştirakçı  məktəbə  anketlər  göndərilmişdir.  Anket  məlumatları  kompüterə 

daxil edilmiş və elektron poçt vasitəsilə IEA-nın Hamburqdakı “Verilənləri Emal 

Etmə  Mərkəzi”nə  göndərilmişdir. 

lkin  emaldan  sonra  məlumatların 

“təmizlənməsi”  həyata  keçirilmiş  və  təmizlənmiş  məlumatlar  yenidən  mərkəzə 

göndərilmişdir.  

Təhsildə it-nin istifadəsinə monitorinq − 1 modulu qarşılıqlı addımlardan 

ibarət  olan,  əks  əlaqəli  kəsilməz  proses  kimi  baxıla  bilən  bu  cür  monitorinqin 

birinci mərhələsidir: 

1. Standartların yaradılması və şəraitin tədqiqi; 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə