Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

27

80-ci  illərin  başlanğıcında  dünyadakı  bir  çox  məktəblər  təlim  prosesində 



kompüterlərdən istifadə etməyə başladılar. Təxminən 10 il sonra bu texnologiyaları 

kompüter şəbəkələri və digər telekommunikasiya texnologiyaları ilə birləşdirməyə 

başladılar.  Artıq  90-cı  illərdə  informasiya  texnologiyaları  ( T)  bir  sıra  ölkələrin 

təhsil sisteminin  sabit  tərkib  hissəsi  oldu. Təhsil  sistemində  T-nin bu  cür  sürətlə 

tətbiq  edilməsi  yalnız  onların  inkişafı  və  qiymətlərinin  aşağı  düşməsilə  deyil, 

həmçinin,  bu  texnologiyaların  cəmiyyətə  güclü  “diffuziyası”  sayəsində  mümkün 

olmuşdur.  T-nin  tətbiqi  ilə  əlaqədar  təhsil  sistemində  aparılan  dinamik 

dəyişikliklər,  bu  sistemdə  həqiqətdə  nə  baş  verdiyi  haqqında  düşüncələrdə  ciddi 

uçurumun meydana gəlməsinə gətirib çıxardı. 

Təhsil  sisteminin  fəaliyyəti  haqqında  informasiya,  adətən  xüsusi  təşkil 

olunmuş monitorinq vasitəsilə əldə edilir. Son illər bir çox ölkələr, yalnız ayrı-ayrı 

ölkələrin  məktəblilərinin  təhsil  nailiyyətləri  haqqında  informasiya  almaqla 

kifayətlənmir,  həmçinin  bu  göstəriciləri  digər  ölkələrin  göstəriciləri  ilə  müqayisə 

etməyə  imkan  verən  beynəlxalq  tədqiqatlar  aparırlar.  Bu  cür  tədqiqatların 

aparılmasında  aparıcı  rol  Təhsil  Nailiyyətlərini  Qiymətləndirmə  Beynəlxalq 

Cəmiyyətinə  (IEA-ya1)  məxsusdur.  Dünyanın  bir  çox  ölkələrində  bu  təşkilatın 

tədqiqatlarının nəticələri təhsil sahəsində islahatlar aparmaq üçün əsas olmuşdur. 

“ nformasiya cəmiyyəti” və “gələcəyin məktəbləri” ifadələri bir sıra milli və 

beynəlxalq səviyyəli layihə və proqramlarda istifadə olunmuşdur: 

♦  Avropa  Komissiyası (1995) 1996-99-cu illərdə  Avropada təhsilə  yardım 

üçün  “ nformasiya  cəmiyyətində  təhsil”  planı  hazırladı.  1996-cı  ildə 

prezident  Klinton  2000-ci ilə qədər  amerika  məktəblərinin  “informasiya 

supermagistralına”  qoşulması  planı  haqqında  elan  etdi.  Uyğun  siyasət, 

həmçinin  Danimarka,  Yaponiya,  Finlandiya,  Hollandiya,  Portuqaliya  və 

spaniyada da qəbul olundu; 

♦  1997-ci ildə Hollandiya hökuməti  T-nin əsas rol oynayacağı “gələcəyin 

məktəbləri”  üçün  müəllimlərin  hazırlanması  üçün  eksperimental 

institutlar təşkil etdi; 




 

28

♦  1997-ci ilin aprelində Sinqapur hökuməti, hər bir uşaq üçün informasiya-



təlim  mühiti  yaratmağı  nəzərdə  tutan  T-nin  təhsildə  tətbiqi  planının 

həyata keçirilməyə başlandığını elan etdi. Planın həyata keçirilməsi üçün 

1.2 milyard amerika dolları ayrıldı. 

Bütün  bunları  nəzərdən  keçirərək,  yaxın  illərdə  bir  çox  ölkələrin  təhsil 

sistemlərinin,  vətəndəşları  “informasiya  cəmiyyəti”ndəki  həyata  hazırlamağı 

nəzərdə  tutan  yeni  məqsədlərə  istiqamətlənməyin  vacibliyi  ilə  qarşılaşacaqları 

haqqında fikir yürütmək olar. Təhsil sisteminin inkişafına cavabdeh olan şəxslərin 

(siyasətçilərin, məktəb idarəçilərinin və s.) uyğun islahatların aparılmasında hansı 

həqiqi inkişafın olması haqqında suala cavab vermələri lazım gələcəkdir. 

Cavabları emprik olaraq alına bilən növbəti sualları formalaşdırmaq olar: 

1.

  Təhsil sistemləri  informasiya  cəmiyyətinin  təşkili  üçün prinsipial  hesab    



edilən  məqsədləri  hansı  dərəcədə  qəbul  edir  və  reallalşdırır?  Bu  proses 

zamana görə necə inkişaf edir? 

2.

  Məktəblərin  qarşılarına  qoyduqları  məqsədləri  həyata  keçirmələrinə  T 



hansı dərəcədə kömək edir? 

3.

  Təhsil sahəsində  T kim tərəfindən və hansı dərəcədə istifadə olunur? 



4.

  Müxtəlif  ölkələrdə  T-nin  istifadəsində  hansı  fərqlər  mövcuddur  və  bu 

necə izah oluna bilər? 

5.

  Müxtəlif ölkələrdə təhsilin təşkilinə, təlim prosesinə və təlim nəticələrinə 



T-nin təsiri necədir? 

6.

  Hansı  təhsil  yenilikləri  mövcuddur  və  onlar  (təhsil  işçiləri  üçün)  hansı 



ə

ldə edilə bilən məqsədləri göstərir? 

Bu  suallar  1997-ci  ildə  təhsildə  SITES  layihəsi  üzrə  T-nin  ikinci  beynəl-

xalq  tədqiqinə  başlamağa  IEA  təşəbbüsçüləri  üçün  əsas  oldu.  Bu  da  3  moduldan 

ibarətdir: 

1-ci modul: ibtidai, natamam-orta və orta məktəb səviyyəsində 1997-1999-

cu illərin tədqiqi; 



2-ci  modul:  (1999-2001-ci  illərdə)  T-nin  tətbiq  edilməsi  ilə  təhsildə 

yeniliklərin meydana gəldiyi bir sıra məktəblərin tədqiqi; 




 

29

3-cü  modul:  (2000-2005-ci  illərdə)  məktəb  səviyyəsində  müəllim  və 

ş

agirdlərin tətbiqi. 



Məlum  olduğu  kimi,  Azərbaycan  informasiya-kommunikasiya  sənayesi-nin 

nailiyyətlərinin məktəbdə tətbiqi sahəsində inkişaf etmiş ölkələrdən çox geri qalır 

və  buna  görə  də  səhvləri  təkrarlamamaq  üçün  bizim  bu  tədqiqatda  iştirakı-mız 

vacibdir. 

1-ci modul çərçivəsində sorğu 1998/99-cu tədris ilində keçirilmişdir. O,  T-

nin məktəbdə növbəti nöqteyi-nəzərdən tətbiqinə əsaslanmışdır: 

♦  Məzmun2.  T-dən  istifadə  səhəsində  məktəb  qarşısına  hansı  məqsədi 

qoyur və məktəblilərə hansı  T-dən istifadə imkanlarını təqdim edir? 

♦  nfrastrukturMəktəb  T-nin hansı texniki imkanlarına malikdir? 

♦  Kadr potensialının inkişafı.  T sahəsində ixtisasın artırılması necə təşkil 

olunub və  T-dən istifadə edən müəllim hansı üstünlüklərə malikdir? 

♦  darəetmə və təşkilat.  T-dən istifadə etmək üçün hansı tədbirlər görülür 

və məktəb direktorları  T-dən istifadəyə hansı ölçüdə cəhd edirlər? 

Yuxarıda göstərilənləri daha ətraflı gözdən keçirək. 

Tədqiqatın əsasını, əlbətdə ki, digər üç sahənin qarşılıqlı təsirinin məzmunu 

təşkil edir.  T-nin cəmiyyət və təhsildə yeri ilə əlaqədar müzakirələrlə birbaşa bağlı 

olan  tədqiqatın  digər  tərəfi  haqqında  da  danışmaq  lazımdır.  Bu  müzakirələrin 

gedişində  söylənilən  tezislərdən  biri  də,  məktəbdə  əldə  edilən  biliklərin  qısa  bir 

müddətdə  köhnəldiyini,  bilik  və  bacarıqların  verilməsinə  istiqamətlənən  ənənəvi 

təhsil formasının “informasiya cəmiyyəti”ndə artıq işləmədiyini təsdiqləyir. 

Buna görə də təhsil sistemi ilk növbədə sərbəst öyrənmə (başqa sözlə “öyrənməyi 

öyrənmə”) vərdişlərini aşılamağa yönəlməlidir. Təsdiqləmək olar ki,  T baş verən 

dəyişikliklərdə  nəinki,  məktəblilərin  bilik  və  vərdişlər  sistemi  əldə  etmələrində, 

həmçinin,  gözlənildiyi  kimi,  təhsil  sisteminin  dəyişdirilməsində  katalizator  rolu 

oynayacaqdır. 

Hazırda  T köhnə təhsil forması çərçivəsində istifadə olunur. Bunu əvvəlki 

tədqiqatlar da göstərir  ki, kompüter çox  zaman  geri qalan  şagirdlər üçün trenajor 

rolunu oynayır. Bu TIMSS (Beatonet al., 1997) tədqiqatlarının  məlumatlarını əks 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə