Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   ...   19

 

10

deyilir. Lakin gerçək faktlar Səfilinin 30-cu illərin axırların-



da güllələndiyini təsdiqləyir. 

Aşığın yaradıcılığı məzmun və formaca doğma yurdu-

nun tarixindən, mədəniyyətindən, təbiətindən qaynaqlanır. 

Bu ərazinin tarixi türklüyün tarixindən ayrılmazdır. Ən qə-

dim dövrlərdən türklər buraların hegemon toplumu olmuş, 

orta əsrlərdə isə, Caklılar sülaləsinin – Altunqala bəylərinin 

başçılığı ilə müstəqil dövlət – Axısqa bəyliyi (atabəyliyi) 

qurmuşlar

7



Caklı qıpçaq sülaləsinə Altunqala bəyləri və Koblıyan 



bölgəsinə Altunqala deyilməsi bu ərazidə yerləşən məşhur 

tarixi abidənin, Altunqalanın adından gəlir. Dəniz səviyyə-

sindən 1700 metr yüksəklikdə yerləşən, beləliklə, Koblıyan 

vadisindən 500 metr yuxarıda ucalan bu əzəmətli qala XIII 

əsrin axırlarında və ya XIV əsrin əvvəllərində tikilib. Əlçat-

maz zirvədə qərar tutmuş əsrarəngiz Altunqala uzun müddət 

bölgənin əsas hərbi istinadgahlarından olub, sovetlər gələn-

dən sonra bir müddət həbsxana kimi istifadə edilib

8



Qeyd edək ki, bu qalanın tikildiyi dövr yerli türklərin 



yeni mərhələdə öz müstəqil dövlətçiliklərini yaratdıqları za-

manla bağlıdır. Cənubi-qərbi Qafqazda əsas mərkəzi Borçalı 

və Axısqa-Axılkələk olan, gürcü mənbələrində «Didi Tur-

koba» (Böyük Türküstan)

9

 adlandırılan türk ellərinin hərbi-



siyasi qüdrəti XIII əsrdə elə güclənir ki, İlxanlılar dövründə, 

1267-ci ildə, İlxan xaqanı Abaka xanın (1265-1282) dəstəyi 

ilə türklər Axısqanın Gürcüstandan asılılığına son qoyur və 

paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi 

qıpçaq bəyliklərini elan edirlər. Hülakilər dönəmində Axıs-

qanın qıpçaq bəyləri, xüsusən Sərkis Caklı  və 1285-ci ildə 

onun ölümündən sonra oğlu Beka (Böke) öz bəyliklərinin 

müstəqilliyini və  ərazilərini genişləndirir. Caklı sülaləsinin 

davamçıları, xüsusən Ağbuğa bəyin hakimiyyəti (1444-

1451) dövründə atabəylik möhkəmlənir. Caklılar (Altunqala 

bəyləri) sülaləsi Axısqada həmişə böyük nüfuz sahibi olur, 



 

11

bu sülalənin nümayəndəsi Osman Sərvər Atabəy XX əsrin 



əvvəllərində Axısqa türklərinin milli qurtuluş savaşına ön-

dərlik edir

10



Bu dövrlərdə  qıpçaqların xristian qismi də islamı  qə-



bul edir. Əsası 1267-1268-ci illərdə qoyulmuş Samshi bəyli-

yi müəyyən dövrlərdə  zəifləyərək müxtəlif xanədanların 

(gürcü monarxiyası, Çingiz xan və  İlxanlılar, Teymurləng, 

Çobanlılar, Calayirlilər, Ağqoyunlular, Qaraqoyunlular) tə-

sir dairəsinə düşsə  də, 1578-ci ildə Osmanlı  fəthinə  qədər 

faktiki müstəqilliyini və türklüyünü saxlamış, Axısqa bəy-

liyi, gürcü mənbələrində isə Saataqo, Samshi Saatabaqo 

(Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınmışdır. Be-

ləliklə, Axısqa XIII-XVI əsrlərdə 310 il özünü idarə etmiş, 

geniş ərazilərə hökm edən, xaricə ekspansiya gücü və islam-

türk mədəniyyəti olan müstəqil bəylik kimi tarixə düşmüş-

dür. Osmanlı dövrü isə yerli türklərin mədəni-iqtisadi yüksə-

liş mərhələsi olur. 

Səfilinin doğma yurdu Koblıyandakı Altunqala da 

Axısqa bəyliyinin və sonradan Axısqa paşalığının hərbi sis-

temində müstəsna rol oynayır və  məhz buna görə bu böl-

gəyə bəzən Altunqala bölgəsi də deyilir. 

Koblıyan bölgəsi Altunqala, Zanav qalası kimi qədim 

qalalardan başqa, digər tarixi abidələrlə  də  zəngindir. Zedi-

banda Baratli came, Xeroda Xmıroğulları camesi kimi bir çox 

məscidlər sultanın xüsusi fərmanı (hüccəti) ilə tikilibmiş. Ude 

çamesi üzərindəki yazıdan bu məscidin 1338-ci ildə tikildiyi 

məlum olur. Xerolu Poteləgillərdən Məlik dədə (1906 təvəl-

lüd, Saatlıda Şirinbekdə yaşayırdı) danışırdı ki, Xmıroğulları 

bəyi sultandan hüccət gətirib kəndlərində came tikdirmişdi, 

Xmıroğulları camesi adlanırdı, bu hüccətə görə sultanlar biz-

dən xərac almazdı. Xeroda 40 övliya yatan türbəlik vardı. 

Məlik dədə Xeronun aşıq yurdu olduğunu söyləyirdi. 

Bu ərazilərin coğrafi şəraiti də öz zənginliyi və unikal-

lığı ilə seçilir. Adıgün, Abastuman, Pulate, Varxan, Zanav, 




 

12

Ude, Arzne, Kaxaret, Qomoro, Entel, Qorqul, Dersel, Bola-



cur, Çeçla, Kikinet, Qortuban, Qaratuban, Zarzima, Smada, 

Lelvan, Apiyet, Zediban, Heveşen kimi bir çox türk kəndləri 

olan Koblıyan-Altunqala bölgəsi səfalı, mənzərəli və  bərə-

kətli dağlıq  ərazidir. Bu bölgədən başlayan saf sulu Kob-

lıyan çayı axıb Axısqanın qərbindən keçir

11



Təbii-coğrafi mühit, iqlim axısqalıların həyat tərzinə 

dərindən təsir etmişdir. Dağ aləminin yaşayış üçün çətinliyi, 

iqlimin sərtliyi, eyni zamanda təbiətin ecazkar gözəlliyi 

türklərin xarakterini də müəyyənləşdirmiş, onlara əsl kəndli 

dəyanəti və inadı, zəhmətsevərlik, yorulmazlıq, özünə inam

müstəqillik, sülhsevərlik aşılamışdır. Axısqa türklərinin təbii 

müdrikliyi, təmkinli qüruru, mərdliyi, ləyaqəti, müsafirse-

vərliyi əsl dağlı xarakterinin təməl daşlarıdır. Axısqa maha-

lının, o cümlədən Koblıyan bölgəsinin sakinləri türk mənəvi 

dəyərlərinə sadiq,  mənən saf, imanlı, halal, zəhmətkeş in-

sanlardır. Bir çox səyyahlar, qonşular, qonaqlar türklərin ali-

cənablığına, mərdliyinə, mədəniyyətinə  şahidlik etmiş  və 

bunu öz xatirələrində yazıya almışlar. 

Adıgün, Suxul kəndləri məşhur  ədib, tərcüməçi Frid-

rix Martin fon Bodenştedtin xatirində qalıb. Məşhur  şair 

Mirzə  Şəfi Vazeh Adıgünlü Ömər  Əfəndini özündən sonra 

ən böyük şair hesab etmiş, «mən olmasam, sənin müəllimin 

o olmalıdır» deyərək, Bodenştedtə onunla görüşməyi məslə-

hət bilmişdir. Axılkələk, Abastuman, Aspindza, Axalsixdən 

keçmiş Bodenştedt ruslardan sonra türklərin çox hissəsinin 

bu gözəl yerləri tərk etdiyini və onların yerini Türkiyədən 

gəlmiş ermənilərin tutduğunu yazır. Kəndlərin, xüsusən Su-

xulun gözəlliyindən, məscidlərindən danışır. Adıgünlü 

Ömər  Əfəndi ilə görüşünü, ustalığına, müdrikliyinə heyran 

qaldığı ev sahibinin qonaqpərvərliyini, onunla şerləşməsini, 

əfəndinin ona atasının və babasının şerləri toplanmış dəftəri, 

zərif tütün kisəsi hədiyyə etdiyini nəql edir

12

. Təəssüf ki, bu 



dəftərlərin taleyi məlum deyil. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə