Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   ...   19

 

19

Ümumən, Səfilinin yaradıcılığında ictimai-siyasi mo-



tivlər  əhəmiyyətli yer tutur. Yuxarıda qeyd etdymiz, Hacı 

Zeynalabdin Tağıyevə həsr olunmuş “Mərhəmət kanidur Ta-

ğiyev Həzrəti, Namiylə dutmişdur cihani zati” başlıqlı şeiri, 

1918-1919-cu ildə bölgədə  cərəyan edən siyasi-hərbi pro-

seslərdən, türklərə qarşı basqılardan, milli mücadilədən bəhs 

edən “1918-1919 savaşı və Koblıyan dastanı”, türk kəndləri-

nin tarixi-ictimai durumunu əks etdirən “Koblıyan kövlərinə 

olan qoşma”, erməni terrorunu göstərən “Camican” kimi 

əsərlərində Səfili yurdunun tarixinə münasibət bildirir, yük-

sək vətənpərvərlik və hadisələrə obyektiv münasibət nüma-

yiş etdirir. 

Axısqanın çar orduları  tərəfindən işğalı, xalqa qarşı 

terror və repressiyalar vətənpərvər şairin yaradıcılığında xü-

susi yer tutur. 

 

Axısxa yıxılmış, olmuştur əsir, 

Nə kilim qalmışdır, nə əski həsir, 

Əhmədiyyə camisi olmuşdur yesir, 

Ağliyer gözlərim, dolmuşdur kana…

23

 

 

Məhəmməd  Əfəndi Axısqanın işğalından sonra bura-

lara sahiblənməyə başlayan ermənilərin şərəfsiz hərəkətləri-

nə, dinə-imana və insanlığa zidd davranışına da ürək yanğı-

sıyla münasibət bildirir: 

 

Xerolilar Osmannıya qaçarlar, 



Ermanilər sədirlərə  keçarlar, 

Cami havlisində şarab içarlar 

Nə gündən günlərə qaldın, camican. 

 

Ermanilər gəlür bunda tururlar, 

İstikani bir-birinə vururlar

Əzənin yerinə zəngi vururlar, 

Oxunmaz əzənlər, qaldın, camican. 


 

20

Səfiliyə qədər digər sənətkarlar, o cümlədən,  Axısqa 



türklərinin ustad aşığı Xasta Hasan da erməni şərəfsizliyinin 

şahidi olub. Vaxtilə qaçqın və səfil erməniləri Axılkələkdəki 

Dırqına kəndində ürək genişliyi ilə qarşılamış, onlara yer 

vermiş, əvəzində şairin otlağına yiyələnmiş təzə qonşuların 

həyasız nankorluğuyla üzləşmiş  məşhur el şairi Xasta Ha-

sanın söylədikləri: 

 

Erməniyə yol açıldı, 

Yuva saldı Dırqınada 

Yerli getdi, yersiz qaldı, 

Əcəb haldı Dırqınada. 

 

Adına deyillər Tigrən, 

Üzündəki ətdən igrən, 

Əlindəki dəmir dirgən 

Çalhaçaldı Dırqınada. 

 

Çayırları düz gördülər, 

Özlərini yüz gördülər, 

Xəstəni yalnız gördülər, 

Qalmaqaldı Dırqınada, 

Yersiz gəldi, yerli qaç. 

 

Molla Məhəmməd Səfilinin 1920-ci illərdə (ehtimala 



görə, 1926-da) yazdığı, Axısqa mahalının Koblıyan bölgəsi-

nin türk kəndlərinin böyük bir hissəsini (91 kəndi) mədh et-

diyi 41 bəndlik “Koblıyan kövlərinə olan qoşma”sı tarixi də-

yərinə görə olduqca əhəmiyyətli mətndir. Bu əsərdə kəndlə-

rin və bununla da Axısqa türk mühitinin ictimai-siyasi, mə-

dəni həyatı dəqiq cizgilərlə və müəyyən yumorla təsvir olu-

nur, tanınmış şəxsiyyətlər haqqında təsəvvür yaradılır. 

Böyük tarixi-eynoqrafik əhəmyyəti olan bu səyahətna-

mənin Aşıq Şenliyin XIX əsrin 70-ci illərində Axısqa, Pos-



 

21

xof və Şəvşət bölgələrinə səyahətini əks etdirən dastanı,  şair 



Abdullahın Axısqanın işğaldan sonrakı acınacaqlı halı təsvir 

olunan “Hazə  şikəstə”  şeiri, Posxovun Hevat kəndindən 

Aşıq Süleymaninin (XVIII-XIX əsrlərin məşhur aşığı Usta 

Üzeyir Fəqirinin nəvəsi, şair Fərhad Fəryadinin oğlu) 1891-

ci il Bakı-Tiflis-Posxov-Van-İran səyahətnaməsi, Hanaklı 

Molla Dursun  Məhzuninin “Posxov dastanı” ilə  səsləşməsi 

də diqqətəlayiq haldır

24



Onu da qeyd edək ki, Səfilinin “Koblıyan kövlərinə 

olan qoşma”sı Axısqa türklərinin sonrakı dövr xalq yaradıcı-

lığına da dərindən təsir etmişdir. Rabat bölgəsinin Arzne kən-

dindən Usta Mürtəzin “Yetişdi”, Koblıyan bölgəsinin Zanav 

kəndindən Bayraqdarlardan Səkinə  Məhəmməd qızının 

“Koblıyan”, “Kövi Zanavın”,  İndusalı Musaoğlunun “Vətən 

dastani”,  Şimşək Sürgün Kaxaretlinin “Vətənə aid şeirlər”, 

Zeynul Yektayın “Bənzəməz”, Dərdli Gözəlin “Yandım Mu-

qaret” kimi əsərlərində Aşıq Məhəmməd Səfilinin təsiri aşkar 

sezilir. Lakin bəzən, Səfilinin səfərnamə üslubunu yamsıla-

maqla bədii keyfiyyəti və  məzmununa görə ciddiyyətə alına 

bilinməyəcək həvəskar mətnlər də ortaya çıxır. 

Qeyd edək ki, Adıgün bölgəsi sonrakı dövrlərdə, xüsu-

sən, 1920-30-cu illərdə Axısqa mahalının mədəni həyatında 

xüsusi rol oynayıb. Tiflis Azərbaycan Dram Teatrının kö-

məyi ilə 1934-cü ildə böyük sənətkar  İbrahim  İsfahanlının 

başçılıq etdiyi Adıgün Səyyar Kolxoz-Sovxoz teatrı  fəa-

liyyətə başlayır, “Adıgün kolxozçusu” qəzeti  dərc olunur, 

yeni məktəblər açılır

25



Aşıq Məhəmməd Səfili dövrünün mədəni və xüsusən 

aşıq mühiti ilə  dərindən bağlı olub. Aşıq Sümmani, Xasta 

Hasan, Aşıq Şenlik kimi klassiklərin müasiri olan Səfilinin 

Xasta Hasanla deyişməsi də  təsbitlənir (Valeh Hacılar). 

Onun Murad Zarzamlı (yəqin ki, Zarzima nəzərdə tutulur),  

Aşıq Bezgün Sakunetli, Aşıq Sümməni, Şəhri Əfəndi, Aşıq 

Bəsirlə deyişməsi də deyilir (İsmayıl Kazımov). Lakin qeyd 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə