Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   11   12   13   14   15   16   17   18   19

 

75

Açıklamalı Ansiklopedik Mitoloji Sözlüğü. e Kitap. 2011, s.70 // 



http://upload.wikimedia.org/wikipedia/tr/0/00/TurkSoylenceSozlu

gu.pdf). 

15

 Axısqanın müxtəlif yerlərində çıxan şəfalı bulaqlar üzə-



rində müalicə üçün çərmük hamamı, çubuq hamamı, türbələr

hücrələr qurularmış. Çərmük – yerdən çıxan qaynar mineral 

çeşməyə deyilir, ətrafında çala qazılar,  ətrafında koma qurular, 

çalaya cürbəcür dağ otları tökülər, xəstələr bir neçə saat üstündə 

oturarmış.  Ən məşhurları – Abastuman, Axaşen, Pulate, 

Arazinda, Küknəlli dərə çərmüyü, Sabiyet dərənin çərmüyü hesab 

olunur. Çərmüklər sonsuzluğa, dəri xəstəliklərinə, yelə qarşı 

xüsusilə xeyirli imiş. Məsələn, Pulate çərmüyü mədə, qaşıntı 

xəstəliklərinə, Küknəlli dərə  çərmüyü qotura, Sabiyet dərə 

çərmüyü qaşınmaya, Abastuman – sonsuzluğa  əlaç edirmiş. 

Axaşen çərmüyündə Lek ağacına niyyətlilər ip bağlar, saselə, 

çamaja, qosxur kimi otlarla müalicə olunarlarmış. Çubuq hamamı 

da çərmük kimi qaynar təbii çeşmə üstündə qurularmış. Çeşmə 

ustdə çubuqdan koma düzəldilər, içinə xüsusi otlar döşənər, uşağı 

olmayan qadın bir neçə gün bu komada qalarmış. Çayqara – şəfalı 

soyuq bulaqlara deyilərmiş.  

16

 Koblıyanlılar yurdlarında bitən neqo gülü (sancıya dər-



man), saleka otu (yara, çiban, ciciloba – itdirsəyinə  dərman), 

cincar (gicitkan), ğalo (böyrək, mədə  ağrılarına  əlac), diya 

(mədəyə  dərman), ciyançola, ğme, qazayağı, pampara (yemlik), 

sataso, açikela, gəlinbarmağı, çəmən (ot adı), kondar, pitna 

(nanə), telpəncəri kimi şəfalı və yeməli otları yaxşı xatırlayırlar.  

17

 Axısqa-Axırkələk mahalı Kür, Pərvanə, Posxov, Çorox, 



Axılkələk, Caksu, Oşorasu, Xeveşen, Abastuman, Xarcam, Laşe, 

Arzine, Koblıyan çayları, Cazi, Dibsiz, Pərvanə, Qotur, Sabiet, 

Qara, Hozan, Saqam, Garaskun, Madatana, Xançala, Tuman, 

Hundun gölləri, Savuk, Zanduxli, İncə, Qara, Taxtali, Daşlı, 

Qumlu, Yapılı, Port, Coç, Çift, Ramazan, Bəyaz, Gügümpatladan, 

Süd, Çəmi, Qındıs, Toxuz gözəl, Qərincəri, Qun, Almanın suyi, 

Xeveşen suyi, Məmmədali, Rəşidağa, Məhrəmdədə, Hüseyndədə, 

Paşa, Piri, Hasan, Kupra, Quvana, Məhəmməddədə puvarları ilə 

məşhurdur. 

18

 Axısqada, o cümlədən Koblıyan  ərazisində tarixi gül-



baxçalar çoxdur. 1920-ci ildə Varxanda dünyaya göz açmış 


 

76

Buğligillərdən Günəş Müzəffərova (qız nəsli Çolaxgillər) 



söyləyirdi ki, «Varxan Gülbaxçasından Kərəm gəlib keçmiş, keşiş 

qızi verməmiş, Kərəm də belə demiş: 

 

İrmax kənarında əsbab yuyanlar, 

Yuyub-yuyub gül dalına qoyanlar, 

Bənim Əslim bunnan keçdi, gördünmi?» 

 

19

 Axısqa elində  bəlli məzarlar, türbələr çox imiş. Bəlli 



məzarlar arasında eyilər (müqəddəslər) məzarları,  şəhid, qərib, 

ərən, övliya məzarları xüsusi sayqılanırmış. Bəlli məzarları 

ziyarət edənlər dua oxutdurur, qurban kəsir,  ətmək,  şirni qoyur, 

əhd eləyirmiş. Rəvayətə görə eyilər (müqəddəslər) məzarlarından, 

ərən, övliya türbələrindən gecələr işıq gələr, mum yanarmış. 

Azqurda, Həppənə məhləsindən yuxarıda Haçı  Əhmədin türbəsi, 

Xarcamda Beglər məzarluği, Naçar Xoca, Varxanda Hasan Xoca, 

Nəsrəddin Xoca, Çeçlada İlyas Xoca, Cami məhlə, Mollagilli 

Sadıq  Əfəndi türbələri, Derseldə  Həzəm türbəsi,  İskəndərin tür-

bəsi, Celada Molla Əşrəf, Moxedə Şəhri Əfəndi türbəsi, Saxanda 

Şaban dədə türbəsi, Qorzedə Abdul dədə türbəsi, Abastumanda 

Yarux qayadakı  İbrahim dədə türbəsi el arasında xüsusilə say-

qılanırmış. Rəvayətə görə gecələr bu türbələr nurlanar, üstlərində 

mum yanarmış. Türklər xalq qəhrəmanlarını, el yolunda ölmüş 

igidləri, şəhidləri də eyilərdən – müqəddəslərdən sayır və onların 

məzarlarına səcdə edirlər; şəhid məzarlarına qurban verilir, niyyət 

dilənir, xəstələr, sevgililər, sonsüzlar, yol gözləyənlər pənah gəti-

rirmiş. Uşağı olmayan qadınlar bəlli məzara şal qoyur,

 

bir-iki gün 



sonra onü götürüb belinə bağlayırmış. Axısqa türklərinin mənə-

viyyatında qəriblik anlayışı əzəldən mühum yer tutmuşdur. Axıs-

qanın kəndlərində  qəbiristanlıqlarda  şəhidlərlə yanaşı, qəriblərin 

də ayrı məzarlıqları olub. Qərib məzarları da eyilər məzarlarından 

sayılıb, müqəddəsləşdirilib. Pulatedə, Kikinetdə, Qaratubanda, 

Enteldə, Varxanda yerləşən qərib və şəhid məzarlıqları bütün ma-

halda məşhur imiş. Bəzi türbələr müəyyən dərdlərə əlac etməsilə 

ad çıxarıbmış. Enteldəki ziyarətgaha südü qıt olan analar gələr

Xerxemdəki qərib məzarlığına yağmuru kəsməkdən ötrü qurban 

verilər, Qaratüban pirinə ruhi xəstələr üçün nəzir deyilər, Posxov-

dakı Zazolanın türbəsinə gec ayaq açan uşaqları  gətirirmişlər. 



 

77

Bəlli məzarı ustdə bitən ağaclar da müqəddəsləşdirilir, bəzən əski 



məzar itir, yerində  ağac qalır, onlar da ziyarətgah kimi 

dəyərləndirilirmiş. Rəvayətə görə, belə  ağaca balta vüranda, 

yerindən qan çıxarmış.  

20

  Məzar      kultu    xarabalıqlara sitayişlə daxilən bağlıdır. 



Xarabalıqlara türklər «peg» deyir və onları «saabli» (sahibli) yer, 

qorxunc məkan hesab edirlər.  Ən məşhur peglərdən biri Azqur-

dakı Ulu came xarabalığı imiş, Ulu came xarabalığı da «saabli» 

yer sayılırmış, yə'ni bura cin-şeytan yiyələnibmiş  və gecələr ora 

getmək olmazmış. Ulu came yanından  şər qarışan vaxtı keçən 

adamı cin vurar və o «ərüşərmiş». Əruşmüş (xəstələnmiş, cinlən-

miş) adamı sağaltmaq üçün ona iki «nuxsa» (dua) yazılar, duanın 

biri yerə basırılar, digəri xəstənin boynundan asılarmış.  Ərüşik 

dəymiş yerə isə  şərbət çilənər, mum yandırılarmış. Utkusuban 

pegləri, Çeçladakı Zurgenul pegləri də çox  qorxunc yer  kimi ta-

nınıb. Rəvayətə  görə, axşamlar və gecə  səhərəcən bu peglərdən 

çalğı, davul-zurna səsi gələr, işıq yanarmış.  

21

 Lakin qeyd edək ki, bütün Qafqazda olduğu kimi, Axıs-



qada da cindarlıq bəzən ifrat xurafata çevrilib və Axısqanın ma-

arifpərvər ziyalıları hələ keçən əsrin əvvəllərindən cindarlığı tən-

qid etmiş, xalqı elmə, savada çağırmışlar. Yalnız yerli əhaliyə de-

yil, hətta qonşu obaların əhalisinə, gürcü qadınlarına da «xidmət» 

göstərən Axısqa cindarlarının fəaliyyəti haqqında satirik məktub 

«Molla Nəsrəddin» jurnalında  dərc olunub: «Axısqa uyezdində 

Azqur kəndindən yazırlar: «Bu il həmd olsun cindarlarımızın ba-

zarı rövnəqlidir. Çünki Gürcüstanda kazakların vəhşi rəftarların-

dan qorxub meşələrə qaçan və dəli olan arvad-uşaqların sanı xeyli 

ziyadədir. Bunlardan bizim xoşbəxt məmləkətimizə  hər həftə 

müalicə üçün dəstə-dəstə gəlirlər. Bizim başımızı uca edən cindar 

mollalarımızın allah ömürlərini qiyamətə qədər uzatsın. İdarədən: 

kim deyir ki, Axısqa və Acara müsəlmanları gürcülərə kömək 

etmirlər?» («Molla Nəsrəddin», 23 iyun 1906, № 12, s. 3.). 

22

 M.F. Kırzıoğlu. Kars Tarihi. C. 1. İstanbul, 1953,          



s. 553-554. 

23

 Koblıyan (Altunqala) bölgəsindən olan Çərkəzoğlu 



(XVIII-XIX əsrin əvvəlləri) hələ Tiflis (1801) və Şirvanın (1806) 

rus işğalına belə münasibət bildirmişdi: 

 



 

78

Koca Gence, Şirvan alkan boyandı, 



Ülema yatağı Şeki de yandı, 

Tiflizden Azqura geldi dayandı, 

Bunlar bize hitab: «uyan», değil mi? 

  

Xalq şeirində də rus işğalının acı nəticələri geniş əks olunub: 



 

Əhmədiyyə camesi söküldi, 

Arabayla Urusetə çəkildi, 

O vaxt mislimanın beli büküldi, 

Ağla, nənəm, ayrılacax zamandur. 

 

Qara dəniz axmam diyor, 

Ədrəfini yıxmam diyor. 

Adı gözəl Osman Paşa 

Axısqadan çıxmam diyor. 

 

Qara dəniz axar gedər, 

Ədrəfini yıxar gedər. 

Adı gözəl Osman Paşa 

Axısqadan çıxar gedər. 

 

Sari urus gəmisi, 

Həp irəli, həp geri, 

Nikolay, gözün çıxsın, 

Dul qoydun gəlinləri. 

 

24



 Bax: Asif Hacılı. Axısqa türkləri: Vətən bilgisi. 

İstanbul, 2009. 

25

 Bax: Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. B., 



1984; Abbas Hacıyev. Tiflis Azərbaycan və Adıgün türk teatrı. 

Bakı, 2006; Prof.Dr. Abbas Hacıyev. Adigön Türk Tiyatrosu // 

“Bizim Ahıska”, 2008, Sayı 9 (http:// www. 

ahiska.org.tr/wp_pdf/sayi9/parcali/21_Sayi9.pdf). 

26

 İsmayıl Kazımov. Axısqa türklərinin iman yeri – Kobli-



yanlı  Aşıq Səfili // http://www.axiska.narod.ru/2.htm. (məqalə 

“Dədə Qorqud” toplusunda da çap edilib).    




 

79

 



27

 “Səfil” sözü, Cabir Xalidovun da təsdiqlədiyi kimi, 

Axısqa türklərinin dialektində “sərgərdan” yox, sakit-sakin, hə-

lim, sülhpərvər mənalarındadır. Zanavlı Səkinə Məhəmməd qızı-

nın şeirindən aşağıdakı parça da bu fikri təsbitləyir: 

 

Onlarla keçərdi dövranlar dəmlər, 



Sülh tərəfdari, səfil adamlar... 

 

             Aslan şairin aşağıdakı bəndi də eynilə:  



 

Günahım nə idi, atdin çöllərə, 

Niya azar verdin səfil dillərə, 

Həsrət qoydun bəni bizim yerlərə, 

Gəlsəm bulurmiyim, ey gözəl Vətən! 

 

28

 Yunus Zeyrək bu soyadı Bibinoğlu kimi verir. 



29

 Bax: Asif Hacılı. Qəribəm bu vətəndə: Axısqa türkləri- 

nin etnk mədəniyyəti. — Bakı, Gənclik, 1992; Asif Hacılı. Axısqa 

türkləri: Vətən bilgisi. İstanbul, 2009.  

30

 Zeynalabdin Makas yuxarıdakı şeirdən 1-ci və 2-ci bən-



di eynilə vermiş,  əlavə  aşağıdakı 2 bəndi (1-ci və 2-ci bəndlər 

kimi) dərc etmişdir (http://atam.gov.tr/milli-birlik-ve-

beraberligimizde-ozanlarin-rolu/):  

 

Sabi-sıbyan ata-ana izlerler,  



Petek yavruları gibi sızlarlar,  

“Yandım, medet” deyu yolu gözlerler,  

Çöktü zulmet pus, dumana yetişti. 

 

Çöktü pusla duman, görünmez dağlar, 

Tâ burc-ı eflâke dayandı ahlar, 

Kuruda hayvanat, denizde mahlar 

Çalkalandı bahr-ummana yetişti. 

 

31

 Aşıq Səfilinin bədii irsi yalnız hafizələrdə qaldığından, 



bəzi  əsərlərin müəllifliyi dolaşıq düşür. “Nə gözəl uymuş” 

şeirinin Axısqa türklərndən topladığımız təxminən eyni 

variantlarının həm Sümmaninin, həm də  Səfilinin  şeiri kimi 



 

80

təqdim edlməsini də bununla izah edə bilərik. Sümmaninin adıyla 



yazıya aldığımız variant:  

 

    



       NƏ GÖZƏL UYMİŞ 

 

Çıxdım bu dağlara, duman bürümüş, 

Duman bu dağlara nə gözəl uymiş,  

Razi oldum haxdan gəldən qəzaya,  

Sabır möminlərə nə gözəl uymiş,  

 

Dügündə - bayramda edərlər zinət,  

İslama buyurmiş farz ilə sünnət,  

Yezidə cəhənnəm, möminə cənnət,  

Nalet kor şeytana nə gözəl uymiş.  

 

Sümmani der, İncil endi İsaya 

Dil verildi əlindəki əsaya,  

Zabur-Davuda, Tövrat - Musaya,  

Quran Məhəmmədə nə gözəl uymiş. 

 

32



 Klassik mənada dastanlarla yanaşı, səyahətnamə xarak-

terli, eləcə də tarixi məzmunlu lirik-epik əsərlərə də Axısqa aşıq 

ənənəsində dastan deyilir. 

33

 Bu mətni janr formasına görə deyişmələr bölməsində 



vermişik. 

34

  Aşıq Məhəmməd Səfilnin nəvəsi  İlim  Şahzadayev 



1951-ci ildə

 Özbəkistan Respublikası Sır-Dərya vilayətində ana-

dan olmuş, 50-ci illərin ortalarında ailəsiylə Azərbaycana köçüb 

Saatlı rayonunun Fətəlikəndində yaşayırdı. İlim Şahzadayev Səfil 

İlim və İlim Səfili imzalarıyla da şeir yazırdı. 1986-cı ildə ilk gö-

rüşümüzdən onun şəxsiyyətinin nəcibliyinin,  şairlik istedadının, 

alovlu yurd sevgisinin şahidi oldum. Fətəlikənddəki folklor eks-

pedisiyalarımda məni həvəslə müşayiət edərdi. Təqdim etdiyi bu 

dəyərli materialı əvvəllər də çap etdirmişdim. Nə yazıq ki, vaxtsız 

əcəl İlim dostumuzu bu dünyadan tez apardı, Allah rəhmət eləsin.    

35

 Çarizm və sovet dövründə türklərin, müsəlmanların 



taleyində məşum rol oynamış ermənilər Axısqa türklərinə qarşı da 


 

81

XIX-XX yüzillərdə geniş terror, siyasi təxribat, qətllər 



törətmişlər. Ermənilər Axısqa türklərinin sürülməsində, bir qədər 

sonra Fərqanə hadisələrində də öz məkrli rollarını oynamışlar.   

36

 Altunqala Axısqa  şəhərində deyil, Adıgün rayonu əra-



zisində – Adıgün qəsəbəsindən Zanav və Qomoro istiqamətində 7 

km. məsafədə, Bolacurdan şimala doğru cığırla 3,5 km., Şoqadan 

isə 0,5 km. aralıda yerləşir. 



 

82

  




 

83

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Asif Hacılı 

Axısqalı Aşıq Molla Məhəmməd Səfili 

Bakı – Mütərcim – 2014 

 



 

84

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 



səhifələnmiş və çap olunmuşdur.  

 

 



Чапа имзаланыб: 19.02.2014. 

Формат: 84х108 1/32. Гарнитур: Тимес. 

Щяъми: 5,25 ч.в. Тираж: 300. Сифариш № 31.  

Гиймяти мцгавиля иля. 

 

 

 



 

ТЯРЪЦМЯ 

ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 

МЯРКЯЗИ

Аз 1014, Бакы, Рясул Рза кцч., 125

596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru

 

www.mutercim.az 



 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə