Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   11   12   13   14   15   16   17   18   19

 

72

7



 Axısqa-Axılkələk  ərazilərində  hələ eramızdan yüz illər 

əvvəldən türk soyları  məskunlaşmışlar, Koblıyan  əraziləri də 

türklərin min illərlə yaşadığı tarixi torpaqlardır. Orta əsrlərdə  də 

türklər buralarda hegemon toplum olmuşlar. Cənubi-qərbi 

Qafqazda daha dərin iz qoyan və Axısqa türklərinin  əcdadları 

sayılan türk soyu isə buntürklərdir. Gürcü mənbələrində bun-

türklər haqqında  ən qədim məlumata VII əsrin ortalarında 

yazılmış «Moksevay Kartlisay»da rast gəlinir. Mənbədə 

buntürklərin («bun» – xas, öz, soy, nəsil, yerli anlamında) 28.000 

ailə olduğu və onların Msxetdən qərbdə Kür boyu saldıqları 

Sarkine, Kaspi, Odzrax və Urbnisi şəhərlərində  və  ətraflarda 

yaşadığı, Gürcüstanda hökmranlıq etdikləri, hətta ölkəyə  gəlmiş 

döyüşkən hunların da yalnız buntürklərin razılığı ilə, vergi 

ödəmək  şərti ilə Koblıyan bölgəsində - Zanavda yerləşdiyi 

bildirilir (Источники  грузинских  летописей.  Три  хроники // 

СМОМПК.  Тифлис,  1900, 28-ъи  бурахылыш,  с.1-5, 44; Еляъя  дя 

бах: Леонти Мровели. Жизнь картлийских царей. М., 1979). 

8

 Altunqalanın qalıqları  hələ  də  əvvəlki vəziyyətində 



qalır. Ümumən Axısqada tarixi abidələrin bərpası zamanı tarixilik 

qorunmalıdır. Axısqa qalası  və  Əhmədiyyə camesi bütövlükdə 

yüksək səviyyədə  bərpa edilsə  də  bəzi məsələlər – camenin 

günbəzinin qızılı  rəngə boyanması, sahəyə xaç şəkilli daşlar 

qoyulması, turizm maraqları baxımından müəyyən  əlavə 

detalların  əlavə edilməsi türk və  bəzi gürcü alimlərinin 

narazılığını doğurub və  hətta Türkiyə  və Gürcüstanın dövlət 

başçıları 

səviyyəsində müzakirə edilib 

(http://www.svoboda.org/content/article/24951371.html). 

 

9

 Türklərin cənubi-qərbi Qafqazda hegemonluğunu bu 



maraqlı fakt da təsdiq edir: həmin dövrlərə aid gürcü mən-

bələrində indiki Gürcüstan ərazisi «Kartveloba (Gürcüstan») və 

«Didi Turkoba» («Böyük Türküstan») adlı iki hissəyə bölünür! 

(Bax:  Картлис  Цховреба  (История  Грузии).  Тбилиси, 1955, 

Т.1, с. 320; Ш.А.Месхиа. Дигорская битва. Тбилиси, 1974, с. 

25;  Н.Н.Шенгелия.  Сельджуки  и  Грузия  в XI веке.  Тбилиси, 

1968,  с. 301; А.  Юнусов.  Месхетинские  турки:  дважды 

депортированный народ. Б., 2000, с. 34). 

10 

Posxov yaxınlığındakı Caksu qalasının adıyla tarixə 



düşmüş  qıpçaq  əsilli Axısqa Caksu atabəyləri sülaləsinin nəs-


 

73

lindən Feyzulla bəyin oğlu olan Osman Sərvər bəy 1886-cı ilin 20 



avqustunda Axısqada anadan olmuşdur (anası dövrünün görkəmli 

ziyalısı, şərq dilləri mütəxəssisi Feyzixan oğlu Hüseyn Əfəndinin 

qızı Zeynəb xanımdır). Axısqalı Ömər Faiq Əfəndidən ilahiyyat 

və türk dili dərsi almış Osman Sərvər bəy 1904-cü ildə Tiflisdə 

real gimnaziyanı bitirmiş, Peterburqda, Almaniyanın Saksoniya 

vilayətində  və Breslav universitetlərində mühəndislik, kənd 

təsərrüfatı  və hüquq təhsili almışdır. 1917-ci ildə  vətənə dönən 

Osman Sərvər bəy bütün həyatını milli mücadiləyə, siyasi və 

hərbi fəaliyyətə həsr etmişdir. Milli təşkilatlar, könüllülərdən iba-

rət özünümüdafiə qüvvələri təşkil edən Osman bəy qədim atabəy 

nəslindən qalan şəxsi  əmlakını, bütün var-dövlətini də xalq 

yolunda sərf etmişdir. Məhz Osman bəyin  şücaəti, sərkərdəlik 

istedadı  və  təşkilatçılığı sayəsində Axısqa-İqdır bölgəsinin türk 

əhalisi rus, bolşevik, erməni qırğınlarından xilas olmuşdur. Geniş 

miqyaslı  şəxsiyyət olan Osman bəy Bakı, xüsusən «Bakı  İslam 

Xeyriyyə  Cəmiyyəti», Milli Hökumət və Türkiyə  rəsmiləri ilə 

əlaqələr yaratmışdır. Onun az saylı qüvvələrlə düşmən nizami 

orduları və quldur dəstələri üzərində qələbələri də hərb sənətinin 

nailiyyətlərindən hesab oluna bilər. 1918-ci ilin aprelində 

Axısqanı ingilislərə arxalanan erməni quldurlarından təmizləyən 

də Osman Sərvər Atabəy olmuşdur. Soydaşlarını soyqırımdan 

qurtarmaq məqsədilə Osman Sərvər bəyin yaratdığı Axısqa-

Axılkələk Müsəlmanları Milli Şurası (Cənubi-qərbi Qafqaz 

əhalisinin haqlarını qoruma mərkəzi) 25 dekabr 1919-cu ildə 

Axısqanın muxtariyyətini elan edir. Sovetlərin gəlişiylə 

Türkiyəyə mühacirət edən Osman Sərvər Atabəy sonradan 

Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, 1924-cü 

ildə  Ərdəhandan millət vəkili seçilmiş, mədən işlərində, elm 

sahəsində çalışmış Osman Sərvər bəy 1962-ci ildə  nəvəsi Fey-

zulla ilə birlikdə yol qəzasında həlak olur. Bu qəhrəman və zəki 

insanın adı Axısqa türkləri və ümumən türk dünyası tarixinə qızıl 

hərflərlə yazılmağa layiqdir. 

11

 Axısqa-Axılkələk mahalı ulu dağlar, sıx meşələr, dərin 



dərələr, bərəkətli vadilər, ovalar diyarıdır. Bu qədim mahal Kiçik 

Qafqazın iki dağ silsiləsinə – hazırda Mesxet və Cavaxet 

adlandırılan sıra dağlara sığınır. Uzunluğu 150 km-ə çatan, ən uca 

yüksəkliyi 2850 metr olan Axısqa-Əcərə (Mesxet) dağları yuxarı 




 

74

Kür, Posxov, Çorox çayları hövzəsi boyunca uzanır. Axısqa 



dərəsi nisbətən geniş və açıq sahədir. Bu dərənin ətrafları meyvə 

bağları  və meşəliklərdir. Axısqa dərəsi özü dəniz səviyyəsindən 

800-1200 m. yüksəklikdə yerləşir. Eruşet, Arsian, Mesxet sıra 

dağlarının  ətəklərinin qəhvəyi meşə torpaqlarında palıd, vələs, 

fısdıq ağacları bitir. Dəniz səviyyəsindən 1500 m-dən yuxarılarda 

isə enliyarpaqlı  ağaclar ağ  şam və  şam meşələri ilə  əvəzlənir. 

Daha yüksəklikdə, 1900-2200 m.-də geniş  və  zəngin alp çə-

mənlikləri başlayır. Yüksək hündürlüyə baxmayaraq, burada 

əbədi qar və buzlaqlar yoxdur, yayda qar əriyir, gur subalp və alp 

çəmənliyi hər yanı tutur. Axısqa bölgəsinin iqlimi mülayim dəniz 

iqlimidir. Orta illik yağıntı 500-650 mm., yanvarın orta 

temperaturu mənfi 5-6

0

-dir, bəzənsə 20-26



0

-yə çatır. Axısqa 

dərəsində yay isti keçir, orta temperatur 20-21

0

 olur. Koblıyan 



bölgəsi Axısqanın xüsusi təbii füsunkarlığı ilə seçilən dağlıq 

hissəsini əhatə edir. 

12

  Adıgünlü Ömər Əfəndi // «Ana yurdum» qəzeti, 1998, 



kasım, № 4.    

13

 Şərif Sultanov. O illərin ağır yaddaşı //«Sovet Gürcüs-



tanı», 23 yanvar 1990-cı il. Qeyd edək ki, Azərbaycanın Saatlı 

raynunda məskunlaşmış adıgünlülərin qurduğu “Adıgün” 

qəsəbəsi ölkənin  ən abad yaşayış  məskənlərindən biri,  sovet 

dövründə  fəaliyyət göstərmiş Adıgün kolxozu isə  ən qabaqcıl 

təsərrüfatlardan biri idi. 

14

 Zanav çərmüyünün mineral suyu hazırda “Zanavi” adı 



ilə istehsal olunur. Qeyd edək ki, Axısqa türklərində isti mineral 

bulaq bildirən “çərmük” (İ.Kazımovun çərmüyü “göl” kimi 

çevirməsi səhvdir – http://ahiska-az.narod. ru/ m025.htm) türk 

sözüdür və onun mənşəyinin ermənicə “cermuk”la bağlanması 

(Bax: Xəlil  Əliyev. 40-cı otaqdakı tilsimlərin açarları. (Borçalı, 

Axışqa, Qazax toponimləri). “Elm”-2008, s.193) yanlışdır (bəzi 

mənbələrdə “çermik”in yunan mənşəli olması ehtimalı da özünü 

doğrultmur).  Əslində, ermənilərin işlətdiyi “cermuk” sözü türk 

“çərmük” – “çermik” (isti mineral su, sulu yer, kutlu kaplıca) 

sözündən yaranıb: “Çermik:  (Çer/Yer).  Suyun toplandığı yer 

demektir.  İddia edildiği gibi Ermenice değildir. Ermeniceye 

Türkçeden geçmiştir. Çer kökü Türkçede ve Moğolcada Yer ile il-

gili anlamlar taşır” (Deniz Karakurt. Türk Söylence Sözlüğü.  



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə