Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   ...   19

 

6

Milli mətbuat, məktəb,  ərazi birliyindən məhrum olan 



Axısqa elinin qəriblik həyatında xalq sənəti müstəsna rol oy-

nayır, milli varlığı, etnik yaddaşı qoruyan önəmli qüvvə kimi 

inkişaf edir. Axısqa türklərinin çağdaş folklor və  ədəbiyyat 

nümunələri türk dünyasının faciəli günlərinin yadigarıdır, 

türk ruhunun əbədiliyinə böyük abidədir. Qəhrəman bir xal-

qın ağrıları, dəyanət və ümidləriylə dolu bu folklor ümumtürk 

mədəniyyətinin şanlı və mənalı səhifələrindən biridir. 

Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın 

müxtəlif bölgələrində məskunlaşmış Axısqa türklərinin milli 

ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amil 

məhz xalq sənəti, forklordur. Janr etibarilə  zəngin olan 

Axısqa türk folkloru bir çox cəhətdən diqqəti cəlb edir. 

1944-cü il sürgünündən sonra bü soydaşlarımızın milli ya-

zılı ədəbiyyatı inkişaf etdirməyə obyektiv imkanları olmadı-

ğından folklor mədəni həyatın  əsas formalarından birinə 

çevrilmişdir. Buna görə Axısqa folkloru günümüzə  qədər 

canlılığını qoruyub saxlamış və dinamik sosial-mədəni amil 

olmuşdur. Xalq ənənəvi mənəvi mühitini gündəlik həyatın-

da, xəyal və düşüncəsində yaşadır və özü də bu mühitin 

içində yaşayır. Axısqa folklorunda qədim  ənənəylə  bərabər 

müasir tarix, sürgün dövründəki mədəni əlaqələr, dil təmas-

ları, yazılı ədəbiyyatın təsirləri dərin iz buraxmışdır. Bütün 

bunlar Axısqa foklorunu tədqiqatçı üçün olduqca maraqlı 

estetik-mədəni fenomenə, Anadolu-Qafqaz-Türküstan regio-

nal əlaqələrini, eyni zamanda türk-gürcü ilişgilərini əks etdi-

rən zəngin mənbəyə çevirir. 

Axısqa türk folkloru janr baxımından da çox əlvandır. 

El arasında müdrik kəlamlar, qədim dualar, manilər, deyim-

lər, ağılar,  şaka-yerennüklər, türkülər, qoşmalar, nağıllar, 

mifik rəvayətlər, dastanlar, dəstənələr

1

 geniş yayılıb. Sana-



malar, herslatmalar, tapmacalar, şaşırtmalar, nənnilər, oyun-

lardan ibarət çocuq folkloru da bir aləmdir. 




 

7

Axısqa elində qorunmuş folklor nümunələrinin böyük 



əksəriyyəti ümumtürk mədəniyyəti üçün yeni və orijinaldır. 

Əfsus ki, dünya mədəniyyətini belə  zənginləşdirə biləcək 

Axısqa türk folkloru, o cümlədən aşıq mühiti bu vaxta qədər 

sistemli şəkildə  öyrənilməmişdir. 

Axısqa türklərinin milli kimlik şüurunda, etnik mədə-

niyyətində mühüm yer tutan ustad sənətkarlardan biri  Kob-

lıyanlı Aşıq Molla Məhəmməd Səfilidir. 

Dərin bilikli, fitri istedadlı, əqidəli şəxs olan Səfili Xo-

canın yaradıcılığı ilahi mətləblərdən, həyat fəlsəfəsindən, 

xalqının taleyindən ayrılmazdır. Həyatı boyu ədalət və sülh, 

azadlıq və səadət axtarışında olmuş Səfili böyük sənətkar və 

üləmadır, haqq yolunun yolçusudur. 

Lakin türk dünyasının bu böyük şəxsiyyətinin həyat və 

yaradıcılığı, demək olar ki, öyrənilməmiş, əsərləri tam topla-

nıb dərc olunmamışdır

2

. Bu istedadlı sənətkarın və mütəfək-



kirin yaradıcılığının tədqiqi, əsərlərinin dərci həyatını vətə-

ni, xalqı, imanı yolunda qurban vermiş ulu ustadın ruhu qar-

şısında  mənəvi borcdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

8

HƏYATI 



 

 

Der Səfili, bunca işlər qayırdun, 

Həsrət qoyub can cigərdən ayırdun, 

Bu ayriluğu bizə haqdan buyurdun, 

Yandurdun gülümi soldurdun, fələk 

                      Aşıq Məhəmməd Səfili 

 

Axısqa-Çıldır obalarında ulu Qorqud sənəti – aşıq ya-

radıcılığı  qədimdən geniş yayılıb. Göyçə, Borçalı, Təbriz, 

Gəncəbasarla bərabər, Axısqa mahalı ozan-aşıq sənətinin 

əsas ocaqlarından olub

3

. Bu torpaqlarda türk aşıq sənəti o 



qədər zənginmiş ki, gürcülər, urumlar, yəhudilər də  aşıqlıq 

etmiş, türk sazı çalıb, türk gözəlləmələri oxumuşlar. Axısqa 

elində yeni və variant dastanlar – «Beg Bögrək», «Arzu və 

Qənbər», «Yaralı Mahmud», «İbrahim və Aslan şah», «Alı-

xan və  Pəri», «Dərviş  Ələmi», «Lətifşah», «Öməri» kimi 

onlarla ozan boyları söylənib. Buralarda «Koroğlu», «Əsli-

Kərəm», «Aşıq Qərib», «Şah  İsmayıl», «Qurbani» kimi 

ümumtürk dastanları da dillər əzbəri olub, bəzi mətnlər vari-

antlaşıb, bəzi motivlər isə yalnız Axısqada qorunub sax-

lanıb. İxtiyarların dediyinə görə, bu yurdda adı dillər əzbəri 

olan ustad şair və  aşıqlar – Axısqalı Gülali Xoca, Aşıq 

Qərib, Axılkələkli Xasta Hasan, Aşıq  Şenlik, Koblıyanlı 

Aşıq Məhəmməd Səfili, Aşıq Üzeyir Fəqiri, Posxoflu Aşıq 

Zülali (Qara Zülali), Aşıq Rəğibi, Aşıq Əmrahi, Vanlı Oruc, 

Axısqalı Mahmud Çirkini, Molla Xəlis, Azqurlu İsmayıl Əf-

qan, Aşıq Seyfi, Heydər bəy, Dəli Tamı, Qul Əhməd, Adı-

günlü Ömər Əfəndi4, Axısqalı Pir Məhdi, Xırtızlı Sevdayi, 

Axılkələkli Daşdəmir, Axısqalı  Pərtəv Bəy Qorxan, İsgən-

dər Nihani, Axısqalı  Şəhri  Əfəndi, Azqurli İsmayıl, Aşıq 

Nuru, Aşıq Balakişi, Aşıq Məftuni, Aşıq Balabəy, Çanaq 

Əhməd, Dərviş Ələmi, Firaği, Topçioğlu, Səfil Kamil, Aşıq 

Murad, Aşıq Nəcəf, Aşıq Nəcib, Aşıq Şavqi, Aşıq Bayram, 




 

9

Aşıq  Əvəz, Aşıq Mirsis, Aşıq Qəhrəman, Aşıq Pirverdi, 



Aşıq Müştaqi, Koblıyanlı  Çərkəzoğlu, Hanaklı Molla Dur-

sun Məhzuni

Usta Polad, Aşıq Ruhani, Dəli Yusif, Aşıq 



Aslan, Aşıq Qaragöz, Aşıq Zeyin, Aşıq Pəktayi, Səfil Lado

Aşıq Eto, Aşıq Ülfəni, Aşıq Rəqibi, Aşıq  Şükrü, Aşıq Sə-

mayi, Aşıq Binəli və başqaları imiş. 

Axısqa qocaları indiyədək Yunus İmrə, Qaracaoğlan, 

Qurbani, Şenlik, Sümmani, Ələsgərin söyləmələrini yaddaş-

larında saxlamışlar. Ən əsası, ağlasığmaz soyqırımı, təqiblər 

içində Axısqa elinin aşıq sənəti özü indiyədək yaşaya bil-

mişdir! Aşıq sənətini Axısqa elində bizim günlərədək yaşat-

mış nurlu insanlar – sinələri sözlə dolu Mürtəz dədə, Məlik 

dədə, Kibar dədə, Abdulmöhsün dədə, Səkinə nənə, Əhməd 

dədə, Ömər dədə, Bayram dədə, Qafur dayı, Cabir Xalidov, 

Həcər Dədəyeva, Nəcihə Əhməd qızı kimi ağsaqqal və ağ-

birçəklərdir. Ulu sözləri, havaları yaddaşlarında yaşatmış bu 

müdriklər ozan ruhunu, aşıq sənətinə  məhəbbəti cavanlara 

aşılaya bilmişlər. 

Təqdim etdiyimiz bu kitabda Axısqa türklərinin böyük 

sənətkarı Koblıyanlı Aşıq Molla Məhəmməd Səfili haqqında 

məlumat və yaradıcılığından nümunələr verilib. 

Səfili təxəllüslü Aşıq Molla Məhəmməd Yusif oğlu 

(Yusifzadə) Kuşoyev (Matos xoca) Axısqa mahalının Kob-

lıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) 

Pulate kəndindəndir. Kuşogillər taxımından

5

  olan    Molla 



Məhəmməd Səfili 1870-ci ildə anadan olmuş

6

, 1937-ci ildə 



mollalığına görə siyasi repressiyaya məruz qalmış, naməlum 

yerə sürülmüşdür. Bu ildən sonra ondan heç bir səhih xəbər 

gəlməmişdir. Vəfat tarixi və yeri dəqiq məlum deyil. 1930-

cu illərin axırlarında Sibirdə (Maqadanda) güllələndiyi haq-

qında müəyyən məlumat var. Səfilinin nəvəsi İlim Şahzada-

yev aşığın məzarının Buxarada, Dərbənddə, Sibirdə olduğu-

nun da söylənildiyini bildirir. Aşığın Orta Asiyada yüz yaşa-

can yaşadığı, ömrünün sonlarında gözlərinin tutulduğu da 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə