Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   ...   19

 

16

Pulateli Kuşogillərdən Gülcan nənə Süleyman qızı bu hadi-



sənin onun öz nənəsinin başına gəldiyini söyləyir. Gülcan 

nənənin dediyinə görə, nənələri cavanlıqda hamilə vaxtı 

dağda imiş. Köç vaxtı hamı gedir, qardaşları nənələrini dağ-

da yalqız qoyub deyirlər ki, bu gecə dur, şeyləri aparaq, sə-

hər gəlib səni də götürərik. Nənəyə  xəncər (qama) verirlər 

ki, lazım olsa, özünü qorusun. Gecə ikən nənə doğur. Sonra 

başını qatmaq üçün oturub corab toxuyur. Bu vaxt Al gözəl 

qız  şəklində yuxarıdan enib gəlib oturur, odunları götürüb 

nənənin corab toxumağını yamsılayır. Nənə  bu qızın Al 

olduğunu anlayır, qamanı götürüb Al qızın boynunu vurur. 

Alın leşindən atəş açılır. Bu külün içindən «al gəmüyü» 

toplayırlar. 

Pulatenin Molla Maqsud, Molla Əhməd, Molla Şəm-

şət kimi xocaları varmış. Sınıxçı Əhməd, Misli əmi məşhur 

təbiblərmiş. Deyilənə görə, Sınıxçı Əhmədin biliyini höku-

mət yoxlamaq istəyib, balqabaq, boranını tikə-tikə  qırıb kis-

əyə qoymuşlar, o, üstdən düzüb. Qırılmış  şabalıdı corab 

içində düzüb. 

Aşıq Məhəmməd də  təbiblik və cindarlıqla məşğul 

olarmış (aşığın bir təxəllüsü də Cindar olub, lakin əslində 

Molla Məhəmməd təbibliklə məşğul olub). Saatlı rayonunun 

Əzizbəyov kolxozunda yaşayan Celalı  Səddi  Əşrəfovun 

dediyinə görə, ilahidən vergisi olan Məhəmmədə azarlılar, 

əsasən, psixoloji sarsıntıları olanlar müraciət edərmiş. Molla 

Məhəmməd ağ  nəlbəkiyə su tökər, səkkiz xırda pul atar, 

baxardı, gözünə xəstəyə bənzər şəkil gələrdi, sonra suya bı-

çaq vurar, dua oxuyardı. Xəstə bundan bayılar, sağalıb ayı-

lardı...


21

 

Digər kəndlər kimi, Pulate xalqın yaddaşında həm də 



məzəli  əhvalatlar,  şakalarla qalıb. Pulate kəndi haqqında el 

arasında belə bir söz gəzir: «pulatelilər savuq söbəyə sarı-

lur». Deyilənə görə, Pulatedən bir nəfər  şəhərdən soba alır 

və örtülü arabaya qoyub kəndə gətirir. Yolda soyuq duşür və 




 

17

həmin adam üşüyür. Buna görə də sobanı qalayır, borusunu 



da arabanın pəncərəsindən bayıra çıxarır, sobanı qucaqlayıb 

yuxulayır. Kəndə çatana kimi soba sönür, amma o adam 

ayılmır. Camaat arabanın qapısını açır, görür ki, pulateli 

soyuq sobaya sarılıb yatır... 

Səfilinin yetişməsində ailə mühiti də böyük rol oyna-

yıb – onun uruğu Kuşolar Koblıyanın seçilən nəsillərindən 

olub. Savadlı və açıqfikirli insan olan atası Yusif kiçik yaş-

larından şeir yazan oğlu Məhəmmədə ilkin savad verib. Aşı-

ğın əmisi Molla Maqsud mahalın tanınmış xocalarındanmış, 

o da Məhəmmədin formalaşmasına təsir edib.  Belə bir ziya-

lı çevrəsində böyüyən və fitri istedadı sayəsində çocuqlu-

ğundan biliklərə yiyələnən Məhəmməd bir müddət mədrəsə-

yə getdikdən sonra təhsilini dayandırır. Atası Yusifin «niya 

mədrəsəyə getmiyen» sualına «bənim bilduxlarımi oxudi-

yerlər» deyə cavab verir. 

Qeyd edək ki, Səfiliylə qayın-eniştə qohumluq bağlılı-

ğı olan Hemidağagillərdən Molla Şəmşət də savadlı xocalar 

dan olub və 1937-ci ildə onunla birlikdə yurdundan sürülüb. 

Məhəmmədi kiçik yaşlarından zəngin aşıq mühiti əha-

tə edib, sənətə marağı həm ailəsindən, həm də el şənliklərin-

dən qaynaqlanan Məhəmməd aşıq sənətinə  də müstəqil yi-

yələnib. Elmdə  bəlli bir xocası olmadığı kimi, şairlikdə, 

aşıqlıqda da konkret ustadı barədə məlumat yoxdur. 

Aşıq Molla Məhəmməd Səfili məhz belə bir mənəvi 

və coğrafi mühitdə formalaşıb, fitri istedadı ilə söz sənətinə, 

elmə-biliyə, savada yiyələnib, aşıqlığına görə  Aşıq Səfili, 

üləmalığına görə Molla Məhəmməd (Xoca Məhəmməd, 

Məhəmməd Əfəndi) kimi tarixə düşüb. 

 

 

 



 

 



 

18

YARADICILIĞI 



 

 

Beyçarə Səfili, fani dünyada, 

Artar oldi dərdim hədən ziyada, 

Sən ki bənə verdin ol bari, xuda, 

Vermə bəndən özgə qula dərdimi. 

                   Aşıq Məhəmməd Səfili 

 

Ustad sənətkar Səfilinin yaradıcılığı iki baxımdan diq-

qəti cəlb edir – həm qədim aşıq ənənəsinin daşıyıcısı, klas-

sik mətnlərin mahir ifaçısı, həm də xalqın hafizəsindən silin-

məyən orijinal əsərlər müəllifi kimi. 

Dastançılıq  ənənəsini dərindən bilən, «Koroğlu»nun 

ustad ifaçısı olan Molla Məhəmmədin Vəli Xuluflunun 

1929-cu ildə buraxdığı «Koroğlu»dakı qollardan birinin və 

Koroğlu  əhvalatlarının söyləyicisi olduğu deyilir. Öz 

arxaikliyi ilə seçilən bu əhvalatlar mütəxəssislərin, Axısqada 

dastanın qədim bir variantının olması ehtimalına gəlməsinə 

imkan vermişdir. Aşıq Səfilinin Hacı Zeynalabdin Tağıyevlə 

tanışlığı, Bakıya səfər etməsi, Tağıyevin sarayında şeir məc-

lislərində iştirak etməsi haqqında da el arasında söz gəzir. 

Səfili Axısqa-Ərdəhan bölgəsinə böyük xeyriyyəçilik 

yardımı etmiş Hacı Zeynalabdin haqqında şeirin də müəllifi-

dir. Məlum olduğu kimi, 1914-ün noyabrında Türkiyə  və 

Rusiya arasında yeni toqquşmalar başlayır. Bundan sonra 

türklərə qarşı repressiya şiddətlənir; 1915-ci ilin yanvarında 

Ərdəhanı almış Kazak-Sibir alayı üç ay ərzində Qars-Ərdə-

handa ən azı 40 mindən çox türkü qətl edir. Bakıdakı «İslam 

cəmiyyəti xeyriyyəsi» çardan icazə alıb işə qarışır və Hacı 

Zeynalabdinin fəal mənəvi və maddi dəstəyi ilə «22.000 

hərbzədə» qarslını 1917-ci ilə  qədər ölümdən xilas edir

22.

 

Səfili şeirində məhz bu hadisələrə və Tağıyevin fəaliyyətinə 



toxunur. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə