Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

51

İbrahim: 

Amanat yerinə taşurdum cani

Faniya buraxdım bən dəgirmani, 

Gələndə növbətçi yoxlarsa bəni, 

Bu qaranlux məkəndəyim, çıxamam. 

 

Səfili: 

Der Səfili, məcəl yoxmi qıçında, 

Yoruldunmi dəqirmanda, biçində, 

Nə yatarsın qara toprağ içində, 

Burax bu məkəni, çıx, molla İbrahim. 

 

İbrahim: 

Molla İbrahim der, əlim bağlidur, 

Dutuldum kəməndə, qolum bağlidür, 

Çökdi qara torpax, yolum bağlidür 

Doxxuz mərtək altındayım, çıxamam. 

 

Səfili fələyə diyar: 

Fələk, səni haqqa qılem şikayət, 

Aldın əldən qardaşımı, ey fələk, 

Nuhun tufanında çox verdin ziyan

Çərx etdin dəryada gəmiləri, fələk. 

 

Fələk: 

Bən yüzümi çəvürmişim mövləyə, 

Nə sorarsan dəli-divana, qardaş, 

Neçəsini qərq eylədim dəryaya, 

Nuhuninən girmişim tufana, qardaş, 

 

Səfili: 

Yıxdın gönül şəhrini, xarab eylədin, 

Qaraltdın yüzümi arab eylədin, 

Neçə çavanlari turab eylədin, 

Söylənməz dunyada nəmin, ey fələk. 



 

52

Fələk: 

Toprağdan xalq olan toprağa gedər, 

Can çıxar qəfəsdən turaba gedər, 

Axırı bu dünya xaraba gedər, 

Güman olmaz fani-cahana, qardaş. 

 

Səfili: 

Nəsil pəhlivansın qarşı çıxmazsın, 

Güləş dutub əllərinə sıxmazsın, 

Ərizə yazsam, oxumazsın, baxmazsın, 

Dinləməzsin, bu nəməni, ey fələk. 

 

Fələk: 

Bən bir pəhlivanım kimsə çıxamaz, 

Sağ dunya bir olsa bəni yıxamaz, 

Vursam pəncə gözün açıb baxamaz, 

Bir sərçə neydəçəx şahana, qardaş. 

 

Səfili: 

Yürütdün insani, mali neylədin, 

Rüstəm pəhlivani Zali neylədin, 

Xeybəri qoparan Aliy neylədin? 

İçirdun zihirdən cami, ey fələk. 

 

Fələk: 

Yıxdım Rüstəmi-Zali, Əsvəndiyari, 

Bənə qüvvət verdi cənabi vari, 

Sahibi Zülfiqar, Ali Heydari, 

Genə varmi gələ gümənə, qardaş. 

 

Səfili: 

Yıxdın qafdan-qafa nasi dəvürdün, 

Say eylədin saman kimi savurdun, 

Getmədin, gələni geri çəvurdun, 

Dutdun Misir-Hələbi, Şami, ey fələk. 



 

53

Fələk: 

Heç bir can qurtulamaz ölümdən, 

Bən çileyin, geçmax olmaz yolumdan, 

Pəncə vurub yol verməzəm əlimdən, 

Əl etmişəm Hində-Yəmana, qardaş. 

 

Səfili: 

Atlimi gəlürsün, yoxsami yaya, 

Mərhəmətin yoxmi, taşmisin, qaya, 

Kimini boğarsan, atarsan çaya

Nə olacax bu əncəmin, ey fələk. 

 

Fələk: 

At görünməz, xırdalanur tey olur, 

Kiminin gövdədə qani zay olur, 

Kimin səbəbi axan çay olur, 

Bunlara bu oldi bahana, qardaş. 

 

Səfili: 

Nə kimsəyə sorar, danişur-diyarsın 

Mərhəmətsiz, nəsil cana qiyarsın, 

Bir gün sıra gəlür bəni yiyarsın, 

Yürəgimə vurdun ğəmi, ey fələk. 

 

Fələk: 

Dur danışma, yoxdur mərhəmət bəndə, 

Güç ilə öldürməm, qəsdim yox səndə, 

Saralıb yarpağı düşər hər yanda

Bir ataş salarım cahana, qardaş. 

 

Səfili: 

Cavan ikən ölüm ulaşdu tezdən, 

Vedən getdi yüz çəvürdi bizdən, 

Gülməbi qardaşdan, oğuldan-qızdan, 

Sən verursun sərəncəmi, ey fələk. 



 

54

Fələk: 

Həni qələm-qaşlı, gözəl nərgizlər, 

Ağlar qohum qardaş, analar sızlar, 

Nişanlı gəlinlər, köçəcəx qızlar, 

Ölüm baxmaz təzə cavana, qardaş. 

 

Səfili: 

Səfili, sözləri kimlər bəzədə, 

Bayğuş təki gün köçürür məzərdə 

Zediban, Axısxa qalmış qəzadə, 

Netdin molla İbrahimi, ey fələk. 

 

Fələk: 

Çarxu fələk diyar, gedən gəlmədi, 

Fani dünya Suleymana qalmadi, 

Bir kəfin gətürdi, daha almadi, 

Qarışdilər toza-dumana, qardaş. 

  

 

               23. Xasta Hasanın Aşıq Səfili ilə deyişməsi 



 

Aşıq Sefili 

Əglən, usdam, səndən xəvər alayım, 

Yarın mənşər günü nə demək gərək?! 

Orucun tutmayan, namaz qılmayan, 

Haqqın divanında nə demək gərək?! 

 

Xasta Hasan 

Göylər para-para oldu, yerə töküldü, 

Günahgar quluna Məhəmməd gərək. 

Gənə eşqin dəryasında söküldü, 

Yarın, məhşər günü şafaqat gərək! 

 

 



 

55

Aşıq Sefili 

Məhsum kimi dərin çəksə daraya, 

Təbibsən, ilac eylə yaraya. 

Savaxdan bir meyit düşsə araya, 

Molla bulunmasa nə demək gərək?! 

 

Xasta Hasan 

Ürəgim yaradı, cigərim oxlar, 

Kədərim artıb da, dərdim çoxlar, 

Əhli kamil sözün bəndini yoxlar, 

Fərz ilə sünnət salavat gərək! 

 

Aşıq Sefili 

Sefilim də dəriyalara dalanda, 

Yel qaldırıb, mah camalı solanda, 

Əzrail döşünə pəncə çalanda, 

Dillər fəndə gələr, nə demək gərək?! 

 

Xasta Hasan 

O qanatsız uçan kəsik başıydı, 

Sələtlə Ərasət öz qardaşıydı. 

Əzrayılı bilmiyənnər naşıydı, 

Xastasan der: salavat gərək! 

 

 



 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə