Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   ...   15   16   17   18   19   20   21   22   23

66 

 

standarta  nəzərən  yeni  sayılır,  lakin  bu  heç  də  bütünlükdə  mədəni  ənənəyə  də  aid 



deyildir; 3) «yeni» standart kifayət qədər uzun müddət saxlanıla bilər, belə ki, modalı 

dövr  uzun  zaman  davam  edə  bilər;  nəhayət,  4)  insanın  yeniliyə  «təbii»  cəhd 

göstərməsi heç də əksinə olan «təbii» stereotipa cəhd göstarməsindən az deyildir. Hər 

iki cəhdin müəyyən nisbətləri tarixi, mədəni, sosial- psixoloji faktorlarla izah olunur. 

Çox guman ki, modada «yeniliyə» müasirlik dəyaərinin bir ifadəsi kimi, modalı 

davranış motivi səviyyəsində baxılmalıdır. Bundan başqa moda iştirakçıları müasirlik 

dəyərinin  ifadəsi  və  biləvasitə  dərk  edilən  dəyər  kimi,  hamçinin  «mütərəqqilik», 

zövqün  təkmillaşdirilmasi  və  s.  formalarda  iştirak  edirlər.  Əgər  ənənə  keçmişin 

avtoritetina  söykənərsə,  onda  modada  müasirliyin  appelyasiyasi  bu  və  ya  digər 

formada, bu və ya digər davranış nümunəsinin qəbul edilməsi və  ya əks etdirilməsi 

üçün  əsas  arqument  kimi  xidmət  edir.  Həqiqətən  müasir  olmaq-  öz  dövri  ilə  birgə 

addimlamaq deməkdir. 

Modada müasirliyin dəyərinin mühüm əhamiyyəti kütləvi istehlak problemlərini 

tasbit  etmişdir.  L.N.Cilina  və  N.T.Frolova  tərfindən  1960-  ci  ilin  ikinci  yarısında 

Moskvada  9 - 1 0   sinif  məktəb  şagirdlərinin  və  valideynlərin  modaya  münasibətini 

öyranmək  məqsəqdila  sorğular  aparılmışdır.  Krespondentlar  modaya  müsbət 

yanaşanların cavablarını modanın aspektinə görə dörd qrupa bolmüşdülər. 

Modanın dəyərinin, xüsusiyyətlərinin müasirliyini bu və ya digər formada ifada 

edən  şəxslərin  qrupu  digərlərinə  nisbətən  çoxluq  təşkil  etmişdir  34,7%.  Rəylərdən 

17,4%-  i  modanın  müasirliyi  nəzərə  almaqla  onu  ifadə  edənlərin,  4,9%-  i 

mütərəqqiliyi,  4,2%-  i  isə  qeyri-  stabilliyi,  dəyişgənliyi  ifada  edənlərinpayına  

düşmüşdür.  Buna  əlavə  olaraq  respondentlərin  moda  haqqında  söylədikləri  bəzi 

xassələri  də  əlavə  etmək  və  digər  qrupa  aid  etmək  lazimdır.  Modanın  bu 

xüsusiyyətlərində  müasir  modanın  kütləviliyini,  fərdiliyini  və  orjinalligını  15,8%, 

zövqün inkişafinı 3,5%, yaradıcılıgı ifadə edənlər isə 0,8% taşkil etmişdir. 

Beləliklə,  modaya  bu  və  digər  formada  müsbət  yanaşanların  modanın 

strukturunda  müasirliyin  əhəmiyyəti  və  dəyərini  qeyd  edənlərin  sayi  54,3%  taşkil 

etmişdir. 

Modanın  digər  daxili  dəyəri  onun  universalliği  və  ya  diffuzluğudur.  Daxili 



67 

 

dəyərin  müasirliyin  dəyəri  ilə  eyni  olmasına  baxmayaraq  o  hər  tərəfli 



yayaılmamışdır. Məhdudiyyət, mədəni qapalılıq arxaik cəmiyyətlərə xasdır. 

Orta  əsr  Avropa  ənənəsində,  dini  və  monarx  qaydalarına  əsasən  müxtəlif 

mənsubiyyətə  uyğun  dəqiq  təsbit  edilmiş  mədəni  nümunələr  tatbiq  edilmişdir.  Orta 

ə

slərdə  bu  nümunələrin  digər  nümunələrlə  əvəz  edilməsinə  cəhd  göstərilməsi  ciddi 



cəzalandırılırdı. Çox sayda cavahirlərdən istifadə edilməsinə qarşı müəyyən olunmuş 

qaydaların,  aşağı  təbəqəyə  aid  insanların  zahiri  görünüşüdə  ciddi  qadağalar 

qoymasını buna misal göstərmək olar. 

Dirçəliş  dövründə  vəziyyət  dəyiməyə  başlamiş,  təbəqələşmə  və  milli  qapalılıq 

hücumlara,  dagıntılara  məruz  qalaraq  ideoloji  ənənəçilərin  narazılıqlarına  səbəb 

olmuşdur.  Tanınmış  mədəniyyət  tarixçisi  Yakov  Burkqardt  Italiyanın  bu  dövrünü 

xarakterizə edərkən yazırdı: «Geyim haqqında yazılı surətdə əmr olmayan yerlərdə, 

məsələn,  Neapolda  moralistlarin  (əxlaq  dərsi  verənlərin)  sayını  məhdudlaşdırmaq 

üçün  tanınmış  adamlarla  sadə  vətandaşlar  arasında  fərqi  müəyyaən  etmək  çox çətin 

idi. Bununla belə onlar modanın hamişə dəyişməsinə və Fransadan gələn yeni modalı 

geyimlərdən istifadə edilməsinə qarşı çıxış edirdilər». 

       ctimai  şüurda  universallığın  irəli  sürülməsi  və  dəyərin  yayılması  Avropanın 

sosial-  iqtisadi  tarixində,  eləcəda  yeni  dövrdə  fundamental  irəliləyişlər,  yəni  istehsal 

vasitələrinin  surətlə  inkişafi  və  yeni  texniki  kommunikasiya  vasitələrinin  və  cografi 

mobilliyin gücləndirilməsi və mədəni kontaktların yaranması ilə baölı idi. 

Eyni  zamanda  mənsubiyyət  maneələri  burjua  inqilabı  nəticəsində  sınırdı. 

Burjuaziyada  irəli  sürülən  ideologiya  insanların  hüquqlanı  və  qayda  qanunlarda 

hamının  bərabərliyini  elan  etmişdi.  Əgər  burjuaziyadan  qabaqkı  dövrdə  müəyyən 

təbəqədə mədəni nümunələr dini və etnik qrupa aid insanlar üçün daimi və dəyişməz 

qalırdısa,  sonralar  artıq  onlar  nisbətən  hərəkətli  və  axınlı  olmuşdur.  Onlar  artıq 

müəyyn transformasiya sınağından keçərək bir sosial qrupdan digərinə keçə bilirdilər. 

Müxtəlif sosial qruplar qarşıdurmanın ziddinə olan halda təkcə müxtəlif nümunələrə 

meyilli  olduğu,  həm  də  dövrün  xüsusiyyətindən  asılı  olaraq  yeni  vədiffuziya 

vəziyyətində  olan  nümunələri  mənimsəyirdi.  Bu  nümunələrdə,  hərəkətlərinin 

arxasında  real  sosial-  iqtisadi  və  ənənəvi  milli  fərqlər  duran  modanın  atribut 



68 

 

dəyərlərindən biri olan universallığı ifadə edirdi. 



Tanınmış fransiz sosial- psixoloqu Qabriel Tard (1843- 1904- cu illər) modanın 

universallıq  dəyərinin  müasirliyin  dəyərinə  olan  nisbətinin  təhlilinə  böyük  diqqət 

yetirmişdir.  O  apardiği  təhlil  zamanı  «universalliq»  terminindən  istifadə  etməmiş, 

hadisəni  digər  kontekstdə  təhlil  etmişdir.  Belə  ki,  «nə  yenidirsə,  o,  yaxşıdır»,  «nə, 

köhnədirsə  o yaxşıdır» qaydalarına əməl edənlərin qapalı daxili aləmdə yaşadıqlarını 

qeyd edirdi. 

Müxtəlif  siniflərin  iştirak  etdiyi  sosial  təbəqələrin,  sənət  qruplarının 

demoqrafiklik  kateqoriyalarının  və  s.  daxil  olduğu  universallıq  modanın  kütləvilik 

ə

lamətidir.  Moda  çox  sayda  müxtəlif  sosial  sistemlərə  məxsus  olub  qlobal  xassə 



daşıyır.  Onun  funksiyalaşması  məhdud  ola  bilməz.  Ayrı-  ayrı  elitar  qruplar  və  ya 

qapalı  mənəviyyatçılar  ənənə  və  ritual  çərçivəsində  olduğu  kimi  modanın 

funksiyalaşmasını məhdudlaşdıra bilməz. 

Moda  iştırakıları  hansısa  geniş,  qeyri-  müəyyən,  bütov  diffuza  mənsub 

olduqlarını  hiss  edirlər.  Onlar  formal  qaydaları  və  funksiyaları  olan  sosial  taşkılatı 

yaratmırlar.  Modalı  standartlar  ümumi  qəbul  edilmiş  qaydalara  məxsusdur,  lakin 

qəbul edilmiş qaydalar tam deyildir, bir qayda olaraq hamıya onun bir hissəsi çox və 

yə az olur. 

Universallıq  elə  bir  ifadadır  ki,  «moda»nın  hərəkətində  hansısa  kütlə  ilə  bağlı 

olmasından  asılı  olmayaraq  dövlatlararasi  sərhədləri  yaxşə  qət  edir.  Bu  daöz 

növbəsində  müasir  kütləvi  istehsal,  kommunikasiya  vasitələrinin  inkişafı,  mədəni 

kontraktlar və s. ilə bağlıdır. 

   Bütün  göstərilən  momentlər  ictimai  təfakkürlə  özünün  və  özgə  nisbətlərinə  təsir 

göstərir. Arxaik cəmiyyətlərdə yeniliyinin qəbul edilməsi əksər hallarda ksenofobiya 

ilə baglidir. Modada «ozga», makan və madani uzaqhq, aksar hallarda dəyər pozitiv 

çalarlarla  boyanmışdır.  Bu  uzaqlıq  sanki  modalı  standartlar  ilə  müasir  mədaniyyəti 

yaxınlaşdırır.  Modalı  standartları  və  obyektlərin  ekzotik  ustünlüyü  bəzan  onların 

görkəmli görünməsinə bir mənbaəkimi xidmət edir. 

    Müasirlikdən və universallıqdan fərqli  olaraq üçüncü, modanın məkan və  zaman 

(çərçivəsində  məhdud  olmayan  davamlı,  dəyərli  nümayişidir.  Müxtəlif 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə