Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   2   3   4   5   6   7   8   9   ...   29

 

məhrum olan abstrakt dəyər münasibəti kimi nəzərdən keçirirdi.  



XX  əsrin  əvvəllərində  nominalizm  pulun  dövlət  nəzəriyyəsi  kimi  rəsmiləşdirilir.  

Bu  cərəyanın  fıkirləri  alman  iqtisadçısı  Q.  F.  Knappm  «pulun  dövlət  nəzəriyyəsi» 

ə

sərində təqdim edilmişdir. Müasir şəraitdə pulun mahiyyətinə bu jür yanaşma daha 



geniş yayılmışdır. Nominalizm tərəfdarı olan Q. F. Knapp pulu hüquq normalarından 

(qaydalarından)  irəli  gələn  nəticə  hesab  edirdi.    Q.  F.    Knapp  pulu  ödəniş  vasitəsi 

kimi müəyyən edirdi və hesab edirdi ki,  kağız pullar da(qızıla dəyişdirilə bilməyən) 

tam  dəyərli  metal  pullar  üçün  səciyyəvi  olan  bütün  funksiyaları  da  heç  bir 

məhdudiyyət olmadan yerinə yetirə bilərlər.  

Nominalizm ideyalarINı J. Keyns və onun ardıcılları (E. Xansen,  R. Xarrod,  P. 

Samuelson) müdafiə edirdilər.  Belə ki,  P. Samuelson hesab edir ki,  «kağız pullar 

pulun mahiyyətini onun daxili təbiətini təmsil edir.  Pul əmtəə kimi deyil,  pul olaraq 

öz-özlüyündə deyil,  onlarla alma biləcək şeylərin xatirinə lazımdır».  

Qiymətli  metalların  pul  tədavülü  sferasından  sıxışdırılıb  çıxarılması,    kağız  pul 

nişanlarının  qızıla  dəyişdirilməsinin  tam  dayandırılması,    nağdsız  hesablaşmaların 

inkişafı,    elektron  pulların  meydana  gəlməsi  -  bütün  bunlar  nominalist  pul 

nəzəriyyələrinin hökmran mövqe qazanmasına gətirib çıxardı.  

Metal  pul  nəzəriyyəsi  mahiyyəti  və  praktiki  yönümünə  görə  nominalizm 

nəzəriyyəsinə tam ziddir.  Onun əsas tezisi pulun və qiymətli metalların faktiki olaraq 

eyniləşdirilməsindən ibarətdir.  Metal pul nəzəriyyəsinin tərəfdarları çox vaxt hesab 

edirdilər ki,  qızıl və gümüş öz təbiəti etibarilə elə puldur.  

Bu nəzəriyyənin rüşeymləri hələ antik dövrdə meydana gəlmişdi.  Lakin bütöv bir 

nəzəriyyə kimi bu nəzəriyyə orta əsrlərdə yarandı.  

Metal pul nəzəriyyəsi merkantilistlər tərəfindən tamamlanaraq bütöv bir nəzəriyyə 

kimi  formalaşdırılmışdır  ki,    bu  da  Onların  təliminin  ruhuna  uyğun  olaraq 

xariciticarətlə bağlı olan ticarət kapitalı haqqında baxışları əks etdirir.  

Məlum  olduğu  kimi,    merkantilistlər  dövlətin  malik  olduğu  həqiqi  sərvət  olaraq 

yalnız  pulu  qəbul  edirdilər.  Xarici  ticarət  ölkəyə  qiymətli  metal  axınım  təmin  edən 

ə

sas mənbə olaraq hesab edilirdi.  



Metal pul nəzəriyyəsi pul tədavülünün tarazlığının pozulduğu dövrdə əhəmiyyətli 


 

dərəcədə  müdafıə  olunmuş  və  dövlət  tərəfındən  «sikkələrin  korlanması»na  qarşı 



mübarizədə istifadə olunmuşdur.  

Merkantilizmi tənqid edənlər metal pul nəzəriyyəsinə qarşı çıxaraq sübut etməyə 

çalışırdılar ki,  daxili tədavül üçün tam dəyərli pullara ehtiyac yoxdur,  belə ki,  onlar 

qeyri-istehsal xərclərini yaradırlar.  

Qızıl standartın hökmran olduğu dövrdə metal pul nəzəriyyəsi çox geniş yayıldı.  

Kağız  pul  nflyasiyasına  qarşı  yönəldilən  bütün  pul  islahatları  metal  pul 

nəzəriyyəsinin ənənəvi prinsiplərinə əsaslanırdı.  

Metallizm  nəzəriyyəsində  müəyyən  oyanış  (renessans)  və  neometallizm 

konsepsiyasının yaradılması 1950-ji illərin ortalarına təsadüf edir. Müəlliflərin fıkrinə 

görə  dünya  miqyasında  qızıl  standartı  sisteminin  daxil  edilməsi  qarşılıqlı  etibarın 

bərpasına,    maliyyə  sabitliyinə,    iqtisadi  artıma  və  sosial  tərəqqiyə  gətirib  çıxara 

bilərdi.  

Buna  baxmayaraq,    inkişaf  etmiş  ölkələrdə  müasir  dövrdə  metal  pul  nəzəriyyəsi 

praktiki  olaraq  tətbiq  olunmur.    Metal  valyutaya  qayıdış  ideyası  ona  görə  populyar 

deyil ki,  bu halda pulun xeyli hissəsi tədavüldən çıxa bilərdi,  tezavrasiya olardı.  Bu 

ideyanın reallaşması ölkənin pul sistemini qızıl istehsahndan asılı vəziyyətə salardı və 

bununla da pul-kredit və valyuta sferasına hökumətin müdaxilə imkanlarmı azaldardı.  

Pulun miqdar nəzəriyyəsi pulun yeganə keyfıyyətinin (yəni, alıcılıq qabiliyyətinin) 

onun  miqdarında  cəmlənməsi  təsəvvürləri  ilə  bağlıdır.  Bu  konsepsiyam  Ş.  L. 

Monteskyö,    D.  Yum,    D.  Rikardo,    .  Fişer,    J.  M.  Keyns,    A.  Piqo  işləyib 

hazırlamışdılar. Onların fıkirlərinə görə,  pul vahidinin dəyəri və məhsulların qiymət 

səviyyəsi  tədavüldə  olan  pulların  miqdarı  ilə  müəyyən  olunur.    Tədavüldə  pul  nə 

qədər çoxdursa,  qiymətlər də bir o qədər yüksəkdir və əksinə.  

Pulun miqdar nəzəriyyəsindən merkantilizmi tənqid etmək üçün, eləcə də qiymətli 

metalların  yığılması  onların  dəyərdən  düşməsinə  səbəb  olduğundan  milləti 

varlandırmadığını sübut etmək üçün istifadə olunurdu.  

XX  əsrdə  iqtisadi  nəzəriyyədə  monetarizm  cərəyanı  formalaşdı  və  bu  cərəyan 

pulun miqdar nəzəriyyəsinə əsaslanırdı.  M. Fridmenə görə monetarist - pulun miqdar 

nəzəriyyəsinə inanan adama deyilir.  



 

Bu  günkü  gündə  də  pulun  miqdar  nəzəriyyəsi  əvvəlki  populyarlığını  qoruyub 



saxlamaqdadır. Bu nəzəriyyə görə,  əmtəələrin nisbi dəyəri,  pulun alıcılıq qabiliyyəti 

və onun dəyişmə səbəbləri ilə bağlı bütün suallara cavab verməyə çalışır.  

Pulun klassik miqdar nəzəriyyəsi üçün 3 postulat səciyyəvi idi: 

1)

 



səbəbiyyət (qiymətlər pul kütləsindən asılıdır); 

2)

 



mütənasiblik (qiymətlər pulun miqdarına mütənasib olaraq dəyişir); 

3)

 



universallıq  (pulun  miqdarının  dəyişməsi  bütün  əmtəələrin  qiymətinə  eyni 

həcmdə təsir edir).  

Müasir pulların forma və növlərinin təhlili göstərdi ki,  pul sistemlərinin fəaliyyəti 

onun  ictimaiyyət  tərəfındən  qəbul  edilməsinə  söykənir  və  yalnız  obyektiv  iqtisadi 

qanunlarla deyil,  eyni zamanda cəmiyyət tərəfindən yaradılan hüquqi qanunlarla da 

idarə edilir.  Bir əmtəənin qiyməti qızılın dəyəri ilə deyil,  məjmu əmtəə kütləsi ilə 

tutuşdurulur. Beləliklə,  pulun bu jür formalaşmış dəyər ölçüsü konsepsiyası müasir 

iqtisadiyyatda meydana gələn bəzi yeni məqamları istisna etmir.  

Bütövlükdə  pulun  funksiyalarının  transformasiyası  nəzəriyyələri  millı  pul 

sistemlərində baş verən cari dəyişiklikləri əks etdirir.  

Sosial utopiyanınprinsipcə 2 növü vardır: -  sosialist və  ya  kommunist utopiyalar 

və liberal utopiyalar.  

XIX əsrdə Ş. Furye,  A. Sen-Simon,  R. Ouen,  A.  . Qertsen,  N. Q. Çemışevski 

kimi sosial-utopistlərin nəzəriyyələri daha çox məşhur idi. Sosial-utopistlərin tənqidi 

belə bir fakta söykənirdi ki,  xüsusi mülkiyyət təjavüzkarlıq və kin doğurur.  

Onlar  ticarət,    sələmçilik  və  kapitalist  münasibətlərini  kəskin  şəkildə  tənqid 

cdirdilər. Sosial-utopistlərin aktivində «işlək pullar» nəzəriyyəsi idi.  

Kommunizm  utopiyalarında  pul  insanın  insan  tərəfindən  istismar  aləti  kimi 

nəzərdən  keçirilir.    Onlar,    hətta,    əmtəə  mübadiləsi  əməliyyatlarında  da  pulun 

vasitəçiliyinin ləğv edilməsi barədə təkliflər irəli sürürdülər.  

XX  əsrdə  F.  Xayek,    Y.  Kornainin  liberal  utopiyaları  daha  çox  məşhur  oldu.  

Onlar insani və sosial qüsurların azad bazarın kor-koranə fəaliyyət göstərən qüvvələri 

vasitəsi  ilə  aradan  qaldırılmasını  irəli  sürürdülər.  Onların  konsepsiyalarımn  tənqidi 

ə

sasını  belə  bir  fakt  təşkil  edirdi  ki,  ictimai  mülkiyyət  başqasınınhesabına  yaşama 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə