Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

meylini doğurur.  



«Neytral pullar» və «xüsusi pullar» nəzəriyyələri liberal utopiya konsepsiyaları ilə 

bağlıdır.  

«Neytral pul» nəzəriyyəsi.  Pul dövriyyəsində islahatlar aparmaqla makroiqtisadi 

vəziyyətin  kökündən  dəyişdirlməsinə  əmin  edən  vədlərdən  biri  «azad  pullar»  və  ya 

«neytral pullar» konsepsiyası ilə bağlıdır.  

Silvio  Qezel  (1862-1930)  «Təbii  iqtisadi  qaydalar»  kitabında  faizdən  azad  olan 

pulları «azad pullar» adalndırmışdır. D. Zur «neytral pullar» anlayışım gətirdi,  belə 

ki,  onlar hamıya eyni dərəcədə xidmət göstərir,  müasir pul sistemində olduğu kimi 

kimsələrə  birtərəfli  imtiyazlar  vermir.  Marqrit  Kennedi  də  faizsiz  mübadilə 

vasitəsindən söz açarkən «neytral pullar» anlayışmdan istifadə etmişdi.  

Öz  mahiyyətinə  görə  «neytral  pullar»  nəzəriyyəsi  Foma  Akvinskinin  pul 

nəzəriyyəsindən  qaynaqlanır.  «Ədalətli  qiymət»  konsepsiyasının  inkişaf  etdirən  F. 

Akvinski  hesab  edir ki,   əmtəələrin  alınıb-satılması  varlanma  mənbəyi  olmamalıdır. 

Pullar  cəmiyyətdə  «ədalətli  mübadilə»  prosesini»  yüngülləşdirməsində  rol  alır,  

puldan  pul  əldə  etmək  məqsədi  ilə  istifadə  edilməməlidir.  Faiz  almaq  cəmiyyətdə 

qeyri-bərabərlik yaradan və əmtəənin «ədalətli» qiymətinə zidd olan bir günahdır.  

«Neytral pullar» nəzəriyyəsinə görə puldan yığım vasitəsi kimi istifadə olunması,  

onun borckapitalına çevrilməsi iqtisadi böhranlara səbəb olur.  

«Neytral  pullar»  nəzəriyyəsinə  görə  hökumət  pul  yığımının  baş  verməməsi  və 

borc faizinin minimuma endirilməsi üçün bütün tədbirləri görməlidir. Yalnız o halda 

investisiya  qoyuluşunun  və  istehlak  tələbinin  artması  və  demokratik  cəmiyyətin 

çiçəklənməsi mümkündür.  

Faizlərin  eksponensial  artımı  nəticəsində  yaranan  problemlərin  həlli  keyfıyyət 

artımı  dinamikasma  uyğun gələn  pul  sisteminin  yaradılmasmdadır.  Bu lıalda  faizlər 

digər  pul  tədavülü  mexanizmi  ilə  əvəz  edilməlidir.  Hər  bir  əmtəə  üçün  ödədiyimiz 

qiymətə faiz qismi də daxil olur.  

Gündəlik  tələbat  malları  və  xidmətlərin  qiymətlərində  faizlərin  və  ya  kapital 

xərclərinin payı orta hesabla 50 % təşkil edir.  Beləliklə,  əgər biz faizi ləğv edib onu 

daha mükəmməl mexanizm ilə əvəz etsək,  onda nəzəri olaraq bizim əksəriyyətimiz 



11 

 

ə



n  azı  olduğumuzdän  2  dəfə  varlı  olardıq  və  ya  mövcud  yaşayış  səviyyəsini  yalnız 

yarım iş günü işləməklə təmin etmiş olardıq.  

Beləliklə,    «neytral  pullar»  nəzəriyyəsinə  görə  elə  bir  şəraitin  yaradılması  təklif 

olunur ki,  bu şəraitdə pullar «paslansm»,  yəni ondan istifadəyə görə pul ödənilsin.  

«Neytral  pullar»  nəzəriyyəsi  məntiqi  olaraq  «xüsusi  pullar»  nəzəriyyəsi  ilə  sıx 

bağlıdır.  

«Xüsusi pullar» nəzəriyyəsi. Nominalist pul nəzəriyyəsi bir dövlət pul nəzəriyyəsi 

kimi  inkişaf  edirdi.  Bu  nəzəriyyənin  özəyini  belə  bir  müddəa  təşkil  edir  ki,    pul  - 

dövlət hakimiyyətinin məhsuludur. Bu zaman dövlət ilk önjə,  pulu yaradır,  ikinjisi,  

onun alıcılıq qabiliyyətini müəyyən edir. Bir çox hallarda pulun dövlət nəzəriyyəsini 

ayrıja  müstəqil  konsepsiya  kimi  nəzərdən  keçirirlər  və  bu  nəzəriyyə  daha  geniş 

şə

kildə alman iqtisadçısı Q. F. Knappm (1842-1926) əsərlərində yer almışdır.  



Bu  cür  yanaşmanın  əksinə  olaraq  milli  xüsu-siyyətlərini  itirmiş  pul  sistemləri 

nəzəriyyəsi  və  liberalizm  və  azad  rəqabət  prinsipləri  əsasında  xüsusi  pulların 

yaradılması  ideyası  irəli  sürüldü.  Xüsusi  pullar  nəzəriyyəsinin  ilkin  yaradıjıları 

sırasma alman iqtisadçısı S. Qezel və amerikalı iqtisadçı E. Rigel aid edilir.  Belə ki,  

li.  Rigel  «Xüsusi  müəssisələrin  pulları:  neopolitik  pul  sistemi»  kitabmda  pul 

eınissiyasını xalqın əlinə verməyi irəli sürür.  

Sonra  isə  pulun  milli  xüsusiyyətlərdən  azad  olması  ideyası  bir-birindən  asılı 

olmayaraq  1974-jü  ildə  Klayn  və  1976-jı  ildə  iqtisadiyyat  üzrə  Nobel  mükafatı 

laureatı F. A. Xayek tərəfindən irəli sürülmüşdür.  

M.  Fridmanm  1986-jı  ildə  çapdan  çıxmış  «Has  Government  Any  Role  in 

Money?» məqaləsi xüsusi pullar haqqında elmi müzakirələrdə xüsusi bir hadisə oldu.  

ABŞ-da  pul  nəzəriyyəsi  sahəsində  tanınmış  mütəxəssis  olan,    həm  də  iqtisadiyyat 

üzrə  A.  Nobel  mükafatı  laureatı  olan  M.  Fridman  bu  məqalədə  xüsusi  rəqabət 

qabiliyyətli  valyutalar  sisteminin  tətbiq  edilməsi  təklifinə  öz  mənfı  münasibətini 

bildirmiş və F. A. Xayekin mövqeyi ilə əsasən razılaşmışdır.  

F. A. Xayek Özünün elmi fəaliyyətinə yekun vuraraq hesab edirdi ki,  bir kəşf və 

iki  ixtira  etmişdir.  Bu  ixtiralardm  biri  pul  sisteminin  milli  xüsusiyyətlərindən  azad 

edilməsi  nəzəriyyəsi  və  xüsusi  pulların  tətbiq  edilməsidir.  Ödəniş  vasitəsinin 




12 

 

emissiyası  üzərində  dövlət  inhisarının  aradan  qaldırılmasının  zəruriliyini  irəli 



sürməklə  F.  A.  Xayek  dövlətlərin  ictimai  etimaddan  sui-istifadə  etmələrinin 

mexanizmi və nəticələrinin mahiyyətini açmağa çalışmışdır.  

F.  A.  Xayekin  xüsusi  pulların  geniş  yayılması  barədə  ideyası  bazar 

konsepsiyasmdan  irəli  gəlir.  Bu  ideyaya  görə  hər  bir  təsərrüfat  sahibinin  özünün 

istehsal  fəailyyətinin  imkanları  və  istehlak  ehtiyacları  barədə  bildikləri  yalnız  onun 

özünə  məlumdur.  Bu  məlumatlardan  iqtisadi  sistemin  bütün  iştirakçılarımn 

fəaiiyyətinin  koordinasiyası  (əlaqələndirilməsi)  məqsədilə  istifadə  edilir.  Ona  görə,  

bu  məlumatlardan  tam  dolğunluğu  ilə  istifadə  etməyi  bacaran  iqtisadi  sistem  ən 

yüksək  nailiyyətə  malik  olajaqdır.  Bu  məlumatlardan  istifdaə  edilməsi  bazar 

iqtisadiyyatımn  həm  planlı  iqtisadiyyat,    həm  də  təsərrüfat  fəaliyyətinin  digər 

üsullarla əlaqələndirilməsi qarşısmda başlıja üstünlüyüdür.  

Bazar iqtisadiyyatın  fəaliyyəti qiymətlərin liberallaşması və rəqabət vasitəsilə 

həyata  keçirilir.  Bazar  iqtisädiyyatı  bazar  qiymətləri  vasitəsilə  sahibkarlarm  işinin 

koordinasiyasmı  və  səmərəli  fəaliyyətini  təmin  edir.    Qərarlarm  qəbul  edilməsində 

istifadə  edilən  bu  bazar  qiymətləri  barəsində  məlumatlar  iqtisadi  agentlərə  ötürülür.  

Bazarm digər mühüm alətlərindən biri də rəqabətdir və bu rəqabət nəticəsində bazar 

iştirakçılarının  fərdi  qərarlarının  təbii  seçmə  prosesi  həyata  keçirilir.  Qiymətlərin 

bərqərar  olması  və  rəqabət  bazardakı  vəziyyət  haqqında  təhrif  olunmayan 

məlumatların  alınmasını  yalnız  o  zaman  təmin  etmiş  olur  ki,    bazarda  maksimal 

azadlıq olsun,  dövlət təsərrüfat fəaliyyətindən doğan təhrifolmalar olmasın.   qtisadi 

azadlıq səmərəliliklə birbaşa bağlıdır: iqtisadiyyat nə qədər azaddırsa, insanların azad 

yaradıcılığı da bir o qədər iqtisadi kəşflərə gətirib çıxara bilər.  

Onların fikrinjə,  milli valyuta adi ticarət əmtəəsi hesab edilməlidir və buna görə 

də  bazar  qaydaları  ilə  rəqabət  əsasında  istehsal  olunmalıdır.  Dövlət  pullarının 

emissiyası  dayandırılmalı,    mərkəzi  banklar  bağlanmalı  və  paralel  olaraq  xüsusi 

valyutalar daxil edilməlidir.  

Xüsusi pullara keçidlə bağlı islahatlar aşağıdakı tədbirlərdən ibarət ola bilər: 

1.

 



Artıq 

istifadədə 

olan 

bütün 


valyutaların, 

 



jümlədən 

xaricivalyutalarınbərabərhüquqlu olmasını qəbul etmək.  Bununla da mövcud işgüzar 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə