Microsoft Word Alarin menalari



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

28 

 

Haniyə - Razı, xoşbəxt. 



Harun - (Ər.) 1. Baş kahinin adı 2. İnadkar, tərs, özbaşına 3. Peyğəmbər adı. 4.Quran-ı Kərimdə bəhs edilən 

peyğəmbərlərdəndir. Musa Peyğəmbərin böyük qardaşı. Fironun oğlan uşaqların öldürülməsi əmrini 

qaldırdıqdan sonra doğulmuşdur. Hz. Musadan 3 il sonra doğulduğu deyilir. 

Hasim - Sındıran, sınan. 

Heybət - (Ər.) 1.Qorxu, dəhşət. 2.Hörmət, izzət. 3.Ləyaqət, etibar, nüfuz. 4.İnsanlarda qorxu ilə birlikdə 

hörmət oyandıran görünüş.   



Heyran - (Ər.) 1.Çaşmış, çaşıb qalmış, çaşqınlığa düşmüş. 2.Çox tutqun. 3.Həddindən artıq dərəcədə sevgi 

duyan.  


Heyrat - Təəcüblü, qeyri-adi. 

Heyrət -  (Ər.) Çaşmış, çaşıb qalmış, nə edəcəyini bilməmə.  

Heydər - (Ər.) Aslan, şir. 

Həbib (Həbibə) - Sevimli, sevilmiş, sevgili, dost, əziz, 

Həbibulla - (Ər.) Allah tərəfindən sevilmiş.  

Həcər - 1.Igid, mərd qadın. 2.Qırmızı və narıncı rəngli qiymətli daş, əqiq. 3.İbrahim Peyğəmbərin həyat 

yoldaşının adı. 



Hədiyyə - Sovqat, hədiyyə. 

Hədmiyyə - O, şəxs ki, səylə dua edir.  

Həkim – (Tür.) 1.Mütəfəkkir, filosof.  2. Hikmət və fəlsəfə mutəxəssisi. 3.Bütün elmləri bilən, müdrik adam.  

4.Təbib, doktor,  müalicə edən, loğman. 



Həqiqət – (Ər.) Doğru,gerçək, həqiqətən olmuş iş, hadisə. 

Həlim (Həlimə) - (Ər.) 1.Ürəyi yumşaq, xeyirxah, mehriban, zərif, mülayım, səbirli.  2.Qisa. 3.Peyğəmbərin 

dayəsinin  adı. 



Həmid  - 1.Bəyənilmiş seçilmiş. 2.

 

Allahı sevən, Allahı tərifləyən, şükredici. 



Həmidə - Tərifə layiq. 

Həmidulla -   Allahın təriflərinə layiq.  

Həmzə - 1. İti, yandırıcı. 2.Şir, aslan. 

Hənif (Hənifə) -  (Ər.) l.Tək Allaha, Allahın birliyinə inanan, əsl dindar, qəlbdən inanan, həqiqətən inanan. 

2.Doğru, dürüst, səmimi.  3.İslam inancına möhkəm və səmimi olaraq bağlanan. 4.Hz. Məhəmməd (səs) -in 

təbliğindən əvvəl Məkkədə tək Allaha iman gətirənlər. 

Həniyə - 1.Xeyir-dua. 2.Xoşbəxt. 3.Şərab. * Kişisi öldükdən sonra evlənməyib, uşağına baxan qadın. 

Hərgül  -  (Tür.)  Gül kimi gözəl qadın.    

Hərşən - Bax.  Hərgül. 

Həsən - Yaxşı, mehriban, gözəl, gözəllik, yaxşı davranma, yaxşılıq. 

Həsgül - (Ər.) Qiymətli, bənzərsiz gül.  

Həsrət - (Ər.) Ələ gəlməyən və ya əldən çıxan şeyi istəmə. 

Həşim - 1.Comərdlik, ürəyiaçıqlıq. 2.Əzən, qıran, parçalayan. 3.Məhəmməd peyğəmbərin babasının adı.  

Hətəm -  (Ər.) 1. Möhür, üstü möhürlü üzük. 2.Ən son. 3.Xatəmul-Ənbiya: Peyğəmbərlərin sonuncusu, Hz. 

Məhəmməd. 5.Çox comərd olan.   



Hətif (Hətifə) -  (Ər.) 1.Qüvvətli, sərt və zil bir səslə təbliğ və ya dəvət edən kimsə. 2.Göz qamaşdıran. 


29 

 

3.Gözə görünməyən. 



Hətim (Hətimə) - (Ər.) 1.Sona çatdıran, bitirən. 2.Möhürləyən, möhürləyici.  

Həvva -1.Allahın Adəmdən sonra yaratdığı birinci qadın. 2.Həyat, canlı (Yəhudi adından) 

Həyat - 1.Varlıq, dirilik.  2.Ömür.  3.Yaşayış.  4.Həyat. 

Həzi - Ağa, cənab. 

Hicran - Ayrılıq, qoyubgetmə. 

Hicrə -  Peyğəmbərin Məkkədən Mədinəyə səyahəti.  

Hidayə - Yönəldən, İstiqamətləndirən.  

Hidayəddin - (Ər.) Dinin göstərdiyi doğru yol.  

Hidayət - Rəhbər, yol göstərən, lider, Haqq yoluna doğru yola girmə. 

Hifzi (Hifziyyə) - (Ər.) 1.Saxlama, qoruma ilə əlaqədar. 2.Əzbərləmə, yaddasaxlama. 

Hikmət - 1.Elmli, bilikli.  2.Həkimlik, filosofluq, fəlsəfə. 3.Gizli sirr. 4.Həkimanə söz. 5.Qəribə şey, əcaib. 

Hikməddin -  (Ər.) Dinin hikməti.   

Hilal - 1.Bir-iki gecəlik ay, aypara. 2.Gözəlin ay şəklində olan qaşları, qaşları aypara kimi olan. 

Himayət -  (Ər.)

 

Qoruma, qorunma.   



Hisar -  (Ər.) 1.Mühasirə, ətrafını qucaqlama. 2.Qala ətrafı islehkamlı bənd. - Kişi və qadın adı olaraq istifadə 

edilir. 


Hizbulla - (Ər.) Allaha iman gətirənlər birliyi. 

Hökümə - Mühakimə, hakimiyyət.  

Huri - (Ər.) 1.Cənnət qızı. 2.Sevgili. - Daha çox ləqəb olaraq istifadə edilir. 

Hurisər -  (Ər. Fars.) Cənnət qızlarının başı, huri başı. 

Huriyə -  (Ər.) Coşğunluq hallarında hurilərlə buluşduqlarına inanan bir təriqət.  

Huriyyə -  Azad.   

Huşyar -  Ağıllı. 

Hülya - Qiymətli şey.    

Hüma - Quş, sakit yerdə yaşayan quş. 2.Sevinc verən. 

Hümay - Xoşbəxtlik gətirən.   

Hümeyrə -  (Ər.) 1.Ağ bədənli qadın. 2.Hz. Aişənin ləqəbi. 

Hüray -  (Ər.Tür.Fars)  Ay kimi azad, ay qədər müstəqil. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Hürcan – Bax. Hüray. 

Hüreyrə -  (Ər.) Pişik balası. - Əbu Hüreyrə: Əshabi-Kiramdan ən çox hədis rəvayət edən səhabə. Pişik 

balalarını çox sevdiyi üçün bu adı aldığı deyilir. 



Hürmüz - (Fars.) 1.Zərdüşt xeyir tanrısı. 2.Köhnə İran təqvimində günəş ilinin ilk günü. 3.Yupiter, Müştəri, 

Ərəndiz. 4.Sasani sülaləsindən. 5.Padşahın adı.  



Hürrəm - (Fars.) 1.Şən, sevincli, gülərüzlü, könülaçan, təzə, xoş. 2 Bir yazı sitili. 3.Hürrəm Sultan: Qanuni 

Sultan Süleymanın gözəl arvadlarından. Osmanlı siyasətində təsirli rol oynayan xanımlardan. 



Hüsaməddin -  (Ər.)

 

1.Dinin iti qılıncı. İnamın qılıncı. 2.Mövlananın xəlifəsi olan Hüsaməddin Çələbi, 



Mövlananın Məsnəvidə diktə etdirdiyi adamdır.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə