135
Yuxarıda deyildiyi kimi, Mirnovruz, əslində, qızılquş (Ö.Xəy-
yamın yazdığına görə də, qızılquş xoşbəxtlik və səadət gətirir), at
və ya dəvənin üstündə oturub yola çıxardı. Onun arxasınca gələn
dəstə oxuya-oxuya onu müşayiət edərdi. Mirnovruzun mindiyi at
harada dayansaydı, ev və ya bazar-dükan sahibi onun üçün
hazırladığı hədiyyəni hörmət və ehtiramla ona təqdim edərdi. Bu
minvalla Mirnovruzun dəstəsi bayram sovqatını toplayardı.
Ümumən, hökmdarlar Novruzdan – yeni gündən maddi-mənəvi
və siyasi baxımdan yararlanmışlar. Səlahiyyət sahibləri bu günün
yalnız müqəddəsliyindən-düşərliliyindən faydalanmamışlar, həm
də kosmik-astronomik cəhətdən tamamilə yeniləşmiş bu gündə
gələcək talelərini müəyyənləşdirməyə
və kodlaşdırmağa
çalışmışdılar. Taxt-tac sahibləri həmin gün bər-bəzəkli, bərq vuran,
gözqamaşdıran libaslarını geyər, başlarına da «novruzi» deyilən
(E.Aslanov) ağ rəngli məxsusi bir papaq qoyardılar. Camaatın içinə
çıxan hökmdar ilin ilk günlərindən xalqın diqqətini cəlb edir, özünü
onların nəzərinə çatdırırdı.
«Xan bəzəmə» mərasimi də özlüyündə çoxqatlı və rəngarəng
olmuşdur.
Orta əsr mənbələrində «Xan bəzəmə» mərasiminin zəngin
keçirilməsi barədə də məlumatlar vardır. E.Aslanov yazır: «VIII-XI
yüzilliklərin qaynaqlarında Yaxın Şərqdə Novruz günü şəhərlərin
baş küçələri ilə və təntənəli şəkildə taxt-tac sahibi, yaxud şəhər
rəisinin zəngin bayram süfrəsi – «Xan»ın gəzdirilməsindən xəbər
verir. Həmin nəhəng süfrənin ortasında noğul, nabat və şəkərlənmiş
meyvələrdən bir «portağal ağacı» quraşdırılır, onun budaq, yarpaq
və meyvələrini şəkərdən hazırlayıb, üzərinə yenə şəkərdən minlərlə
fiqur və təsvirlər sancılır, ətrafında qurulmuş «yeddi qəsr»in içi
cürbəcür qoğal və şirniyyat ilə doldurulurdu. Qaydaya görə yoldan
keçən hər kəs bu xariqüladə süfrəyə yanaşıb arzuladığı qoğal və
şirni götürə bilərdi» (57).
136
Etiraf edək ki, hökmdarların Novruz şənliklərinə şəxsən qatıl-
maları əhalinin ciddi marağına səbəb olur, bayramın təntənəsini
daha da artırırdı. Azərbaycanda xanlıqlar dövrü də daxil olmaqla,
bütün dövrlərdə xanlar və hökmdarlar Novruz şənliklərinin fəal
iştirakçısı olmuşlar. Nizami Gəncəvinin yaşadığı dövrdə Novruz
günü eyvanda, xüsusi bir taxtda əyləşmiş hökmdarın qarşısından
seçmə ağ atlar aparılır, qızıl-gümüşdən hazırlanmış qoşqu
ləvazimatı nümayiş etdirilirdi.
Həmin dövrdən 600 il sonra Azərbaycanda, xanlıqlar çağı
Qarabağda Novruz bayramını təsvir edən Y.V.Çəmənzəminlinin
«Qan içində» romanında bayram yürüşündəki at üstə yeriyən
bəylərin Şuşada Cıdır düzünə yollanmasından danışılır. İzdihamın
önündə yalları xınaya boyanmış ağ atda, əyinində ağ çüğa, ağ
arxalıq geyib, başına ağ dəri papaq qoymuş Qarabağ xanı irəli-
ləyərdi. Qafilə Cıdır düzündəki təpədə qurulmuş çadırlara çatdıqda,
hamı atlardan enib çadırlara keçirdi» (57).
«Xan bəzəmə» mərasiminin alt qatlarında xalqın müdrik
düşüncəsi, arzu və istəkləri öz əksini tapıbdır. Bu mərasimi yalnız
hakim sinfin varlanmaq ehtirası ilə bağlamaq ən azından insaf-
sızlıqdır. Ehtimalla olsa da deyə bilərik ki, «Xan bəzəmə» meydan
tamaşasında xalq ədalətli şah obrazı arzusunu gerçəkləşdiribdir.
Novruzun müqəddəsliyindən, sayasından və nüfuzundan məharətlə
yararlanmış rəyasət sahibləri, həm də Novruzun yaratdığı mənəvi
təmizlənmə sayəsində saflaşmışlar. Həmin ərəfədə rəsmlər ədalətli,
insaflı, xeyirxah, şən və nikbin olurdular.
Hökmdarların iştirak etdiyi bayram şənliklərində müxtəlif peşə
və sənət sahiblərinin əl işləri, sənət nailiyyətləri nümayiş etdirilirdi.
XIV ərsdə yaşamış bir türk tarıxçisinin verdiyi məlumata görə,
Novruz törənində zərgər, dəmirçi, dərzi və b. (təsadüfi deyil ki, bu
peşələr Cəmşidlə bağlıdır) peşə və sənət adamları bir il ərzində
araya-ərsəyə gətirdikləri məhsullarını diqqəti cəlb edən bir formada
nümayiş elətdirirdilər. Həmin sənət və peşə sahibləri məhsullarını
137
məxsusi bir dolabda və ya qurğuya yığıb çiyinlərində gəzdirər,
meydan əhlinə nümayiş etdirərdilər. Çörəkçilər tamaşaçıların diq-
qətini özlərinə cəlb etmək üçün müxtəlif ölçülü çörəkləri qalaqlayıb
hündür bir çörək köşkü düzəldirdilər. Həllaclar (pambıqatanlar)
boyanmış pambıq və qamışdan böyük bir minarə düzəldir, onu
tamamilə bəzədikdən sonra baş hissəsinə leylək fiquru keçirərdilər.
Kəndirbazlar oyunları ilə bərabər, qurub-düzdükləri kəndirləri,
həsirçilər qamışdan hazırladıqları predmetləri nümayiş elətdirir-
dilər. Kürkçülər pələng, bəbir dərilərinə bürünüb həmin heyvanlar
kimi yeriyir, qəssablar bir-iki nəfərə qoyun-keçi dərisi geyindirir və
həmin heyvanların səsini çıxartdırırdı. Bu deyilənləri İstanbulun
Topqapı sarayının kitabxanasında saxlanılan əlyazma və miniatür
rəsmlər özündə hifz edir. XVI-XVII əsrlərə aid olan «Surnamə»
(«Bayram kitabı») adlı əlyazmalar Türkiyədə mövcud olan bayram
və törənlərin keçirilməsindən bəhs edir. Həmin əlyazmalarda olan
437 miniatürdə İstanbulun «At meydanı» adlanan yerində peşə və
sənət adamlarının sultan qarşısında nümayiş elətdirdikləri qeyri-adi
«həngamələr» təsvir olunubdur. Bu miniatürlərin hər biri özlü-
yündə maraqlıdır. Miniatürlərin birində gülçülərin apardığı qur-
ğunun hər bir bucağında sərv ağacı, ortada fəvvarəli hovuz və
çiçəkləmiş iki meyvə ağacından ibarət olan bağ (rövzə) təsvir
olunubdur. Digər miniatürdə isə ağac və bitkilərlə örtülmüş təpə,
onun qoynunda tütək çalan çoban fiquru, qoyun sürüsü və vəhşi
heyvanlar (ayı, ceyran və s.) təsvir edilibdir. Bu qafiləni on iki
nəfər çiynində aparır (56). Gətirdiyimiz nümunələrdə təbiət təsvir-
lərinin, peşə və sənət adamlarının əl işlərinin təsviri təsadüfi
deyildir.
Fikrimizcə, bu qarışıq – təbiət və insan münasibətlərinin əzəli
və əbədiliyi, bu münasibətlər nəticəsində «Dünya ağacı»nın daimi
yaşıllığı və mövcudluğudur. İnsanın qurub-yaratdığı təsərrüfat
sistemi (peşə, sənət alətləri) olmasa, təbiətin sistemli və faydalı
inkişafı da qeyri-mümkündür. Elə bu zərif və həssas əlaqəyə görə,
Dostları ilə paylaş: |