189
ardıcıl və müntəzəm əvəz etməsi, ilin martın 21-də dəyişməsi sırf
kainat hadisəsidir. Bu, əbədi və əzəli, pozulmaz və dəyişilməz
kainat hadisəsi astronomik elmi əsaslarla sübuta yetirilib. Bu
məsələ artıq birmənalı həllini tapdığından heç kəsdə şübhə do-
ğurmur. Sırf astronomik elmi şərhini tapmış illərin bir-birini əvəz
etməsi məsələsinə Novruz sistemində olduğu kimi, rəvayətlə
bağlamaq istəmişlər. İlin müəyyən bir heyvanın (at, it, pələng,
dovşan və s.) üstündə təhvil olmasına da insanlar inanmışlar. Bir
çox tədqiqatçılar bu rəvayətlərin məntiqsizliyinə, çox doğru yerə,
şübhə etmişlər. Əslində, bu rəvayətlərin bəzisi o qədər primitivdir
ki, özlüyündə gülüş hədəfinə çevrilir. Məsələn, rəvayətlərin birində
deyilir ki, il təhvil olunan gün bir nəfər münəccim quyuya düşür,
üstünü bir şeylə örtür, orada fal açır ilin hansı heyvan üstündə
təhvil olunacağını quyuda bilir. Cəfər Quluzadə «Bahar nə zaman
başlanır?» məqaləsində yazır ki, ilin nə üstə təhvil olmasının heç
bir elmi əsası yoxdur. Akademik Fuad Qasımzadə də onun bu
mülahizəsi ilə razılaşmışdır. Onun qənaətincə də, il heç bir heyvan
üstə təhvil olmur. Bunun ardınca F.Qasımzadə yazır ki, məsələnin
özünün doğmasının müəyyən dərəcədə elmə, təqvimə, astrono-
miyaya aidiyyəti var və bunu izah etmək lazımdır (37,57). F.Qa-
sımzadə bu mülahizəsində də tamamilə haqlıdır. Fikrimizcə, qədim
insanlar əsassız, maddi-mənəviyyatsız heç nə yaratmayıblar. İlin
hər hansı heyvan və həyati ünsürlər üstündə təhvili məsələsi də
tamamilə maddi-mənəvi əsassız ola bilməz. Çox böyük ehtimalla
deyə bilərəm ki, ilin heyvanlar və həyat ünsürləri (od, su, torpaq,
ağac və metal) üzərində təhvili kainat (kosmos) və planet (yer)
münasibətlərinin əvəzsiz, dəyişilməz olduğuna, təbiət və cəmiyyət
münasibətlərinin qarşılıqlı harmoniyasına açıq işarədir. Bir qədər
də açıqlasaq, belə qənaət hasil olur ki, insan bütövlükdə kainat və
planetdən kənarda yaşaya bilməz. Kosmos və yer dəyişilməz və
əbədi vəhdətdədir. Kosmosdakı bütün dəyişikliklər, xüsusən Günəş
və Ayın qarşılıqlı harmonik astronomik asılılığı insan həyatına,
hətta hər bir insanın şəxsi taleyinə birbaşa təsir göstərir. Həmin
190
təqvimlərin yaradıcılarının da məqsədi «kodlaşdırılmış» insan
bioqrafiyalarının əyani surətdə oxunmasına yardım etmək olubdur.
İnsafən də deyək ki, müəyyən mənada bu niyyətə-yaxın gələcəyin
proqnozlaşdırılmasına qismən nail də olublar. Göyü (səmanı)
planetin və bütövlüklə kainatın aynası, güzgüsü bilən türklər yer
üzərindəki həyatlarını göylərə(səmaya) nəzərən qururdular. Orijinal
tədqiqatlar müəllifi olan Razim Əliyevin bu məsələyə yanaşması
olduqca məntiqlidir. O, «Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və
dil düyünü» əsərində yazır: «Əcdad Boz qurd heç də yer üzərindəki
qurd deyil, Səmadakı, göydəki qurddur, bürcdür (çox vaxt qurdu
göy dərili təsvir edirlər). Türklərə öz yurdlarına qayıtmaq üçün
bələdçilik edən də göydəki qurddur – Qurd bürcüdür. Belə ki,
qədim türklər səmada qurd bürcünü istiqamət tutaraq hərəkət
etmişlər» (38, 30).
Qədım Çin mənbələri bu barədə özündə xeyli bilgi saxlayırdı.
Bu bilgiləri çinlilər türklərdən mənimsəyiblər. İlin heyvan və
ünsürlər üstündə təhvili qədim Çin düşüncəsi ilə daha çox bağlıdır.
Qədim Çin düşüncəsinə görə, dünya 5 əsas ünsürdən ibarətdir.
Bunlar su, od, metal, ağac və torpaqdır. Bu ünsürlər hərəkətdə, bir-
biri sıx əlaqə və bir-birləri il dövri şəkildə qarşılıqlı asılılıqda
mövcuddurlar. Su odu söndürür, od metalı əridir, metal ağacı kəsir,
ağac da torpaqda boy atır, torpaqda su yaranır. Bu ünsürlərin hər
biri özündə iki səma kötüyünü birləşdirir və iki halda (erkək və
dişi) olurlar. Səma budaqları 10-lu, yer budaqları 12 silsiləli, 60
illik dövrü təşkil edir.
Qədim çinlilər 12-li yer budaqlarına uyğun olaraq ilin aylarını
12-lik rəmzi ilə adlandırırdılar. Bu rəmzlərə müvafiq surətdə hey-
van adları verilmişdir: siçan, inək, pələng, dovşan, əjdaha, ilan, at,
qoyun, meymun, toyuq, it və donuz. Dünya xalqlarının, demək olar
ki, hamısında heyvan kultu bu və ya digər dərəcədə aparıcı olmuş-
dur. «Qədim dövr allahlarının əksəriyyəti heyvan simalarında
təqdim olunurdu. Heyvanlar allahın yol yoldaşı və köməkçiləri he-
sab olunurdu. Məsələn, qədim yunanlarda ovçuluq ilahəsi Artemida
191
xallı maral obrazında təsvir olunurdu. Siniflərə bölgünün olduğunu
bilməyən xalqlarda belə təsəvvür vardı ki, insanların mənşəyi
heyvanlarla, quşlarla, balıqlarla və hətta həşəratlarla əlaqəlidir.
Kaliforniyalı Koyot hinduları belə hesab edirdilər ki, onların
əcdadları canavar olmuşdur. Sibir xalqlarının əksəriyyəti Ob xant-
ları, Ural mansiləri, narım selkupları öz mənşələrini mifik təsəv-
vürlərinə görə, ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və
qurbağadan götürürdülər.
… Bir sıra xalqların miflərində heyvanlar insanlara od verir,
sənət öyrədir. Buryat əfsanəsinə görə, birinci şaman qartal olmuş-
dur. O, qadınlarla əlaqəyə girərək, onlara şamanlıq öyrətmişdir»
(29, 135-136).
Çinlilərin inamına görə, su əjdahanın təsir dairəsində olmuşdur
(Azərbaycan xalq nağıllarında əjdahanın suyun qarşısını kəsib
qurban tələb etdiyi bizlərə bəllidir). Çində əjdaha yalnız suların sa-
hibi deyil, müqəddəs sayılmış, Çin imperatorunun, ümumən, Çinin
simvolu olmuşdur. Qərb xalqlarından fərqli olaraq, Çində çox vaxt
əjdaha müsbət rolda – xeyirxahlığın, sülhün simvolu sayılmışdır.
Çində beşinci ayın beşinci günü keçirilən əjdaha bayramı ən
sevimli bayramlardan biri hesab edilirdi. Həmin gün bayram liba-
sında olan qayıqlarla çaylarda gəzər və sulardakı əjdahalara qurban
verilərdi. Bundan başqa, çinlilər feniks quşuna, fil və tısbağaya
etiqad etmişlər. Heyvanların şahı sayılan şirə isə xüsusi inamla
etiqad bəsləmişlər. Onlar çox vaxt şir təsvirlərinin altında «van»
(padşah) işarəsi cızırdılar. Şir, xəstəliyin düşməni, sağlamlığın
dostu hesab edilirdi. Orta Asiya türklərində (özbək, qazax və b.)
belə bir inam mövcud olmuşdur ki, guya şir insanların dilini başa
düşür. Özbəklər şiri müqəddəs hesab edir, onu öldürməyi günah
bilirdilər. Şirlə rastlaşdıqda ona baş əyməli, şiri-xuda deyilməli idi.
Tarixi və ədəbi abidələrdə göstərilir ki, Yaxın Şərq ölkələrində
bir zamanlar şir ağ atla yanaşı, alovun-işığın, həyatın simvolu
hesab edilən Günəşi yerdə təmsil edən bir heyvan sayılırmış.
Dostları ilə paylaş: |