186
komponentləri sutka və tropik ildir. Günəş (tropik) ilinin uzunluğu
365, 25 gün qəbul edilirdi. Daha dəqiq desək, 365 gün 6 saat idi.
Bu da 12,4 ay (12 ay, 12 gün) təşkil edirdi ki bir neçə ildən bir Ay
ilinə 3 ay da əlavə olunurdu. Bu əməliyyatı aparmaqda məqsəd Ay
təqvimi ilini Günəş ilinə yaxınlaşdırmaq idi. Bununla da, Ay-Günəş
təqvimi yaradılmışdır. Ay-Günəş təqvimini Babilistandan başqa,
Çin, Yunanıstan, Roma və başqa qədim ölkələrdə də tətbiq
etmişlər. Bu günün özündə belə, bir çox ölkələrdə hələ də Ay-
Günəş təqvimindən istifadə olunur.
Açıq-aydın görünür ki, haqqında söhbət açdığımız hər iki təq-
vim sistemi – Ay və Ay-Günəş sistemi qüsurlardan xali deyildir.
Həmin təqvimlərdə günlər (tarix) və dini bayramlar fəsil və möv-
sümlərdə yerlərini dəyişirdi. Bu nöqsanlar Günəşin ekliptika dairəsi
üzrə hərəkəti və dövrləri əsasında hazırlanmış təqvimlərin, daha
doğrusu, Günəş təqvimlərini meydana gətirmişdir. Vaxtın Günəşin
hərəkəti ilə hesablanması eramızdan hələ dörd min əvvəl qədim
Misirdə yaradıldığı ehtimal olunur. Günəş təqvimi daha mükəmməl
və geniş yayılmış bir təqvimdir. Qeyd edildiyi kimi, Günəş ilinin
uzunluğu 365 gün qəbul edilmişdir. İl 12 aydan, hər ay isə 30
gündən ibarət olmuşdur. Yerdə qalan 5 gün isə ilin sonuna əlavə
olunmuşdu (66).
Yerin Günəş ətrafında illik qət etdiyi məsafə orbit üzrə 940
mln. km-dir. Bu məsafəni Yer saatda 107 min km və yaxud 29, 8
km/san sürəti ilə qət edir. Yerin Günəş ətrafında tam dövr etməsi
365 sutka 5 saat 48 dəqiqə 46 saniyəyə başa gəlir. Bu müddət il
adlanır. Yer kürəsi öz oxu ətrafında tam hərəkətini 24 saata (daha
dəqiqi 23 saat 56 dəqiqə 48 saniyə) başa vurur.
Yerin öz oxu ətrafında tam fırlanmasına bir sutka (gecə-
gündüz) deyilir.
Yerin fırlanması nəticəsində gecə ilə gündüz növbələşir və vaxt
vahidi yaranır. Bu harmoniyanın sayəsində Yer səthində işıq-isti və
soyuğun dəyişməsi – atmosfer sirkulyasiyası yaranır. Bununla
187
bərabər, Yerin saat qurşaqlarını ayırmaq, vaxtı dəqiq hesablamaq
mümkün olur. Yer öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət
edir. Elə bu səbəbdən də Günəş şüaları yer üzünü şərqdən qərbə
doğru meridianlar üzrə işıqlandırır. Hər bir meridian xətti üzərində
yerləşən ərazilər eyni vaxt ərzində Günəş işığına qərq olur. Coğrafi
enliyindən asılı olmayaraq, coğrafi uzunluqları eyni olan bütün
coğrafi məkanlarda vaxt fərqlənmir. Bu, yerli vaxt adlandırılır.
Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillərin yaran-
ması da astronomik elmi əsaslarla sübuta yetirilmişdir. Sırf Novruz
mövzusu ilə bağlı olduğuna görə elə ilin başlanğıc günü olan 21
martdan başlayaq. Aydındır ki, 21 martda Günəş qütblərdən eyni
məsafədə yerləşən ekvator xətti üzərində zenitdə olur. Günəşin bu
mövqeyi nəticəsində onun şüaları Yer kürəsinin şimal və cənub
yarımkürələrini eyni vaxtda bərabər işıqlandırır və qızdırır. Bu vaxt
gecə ilə gündüz bərabərləşir. Martın 21-nə yaz gecə-gündüz
bərabərliyi deyilir. Martın 21-dən Yer kürəsi də elə bir mövqe tutur
ki, Günəş tədricən şimal yarımkürəsinin üzərinə doğru meyillənir.
Bu zaman şimal yarımkürəsində gündüzün uzunluğu tədricən artır,
temperatur yüksəlir. Bu astronomik hadisəyə görə 21 mart şimal
yarımkürəsində yaz fəslinin başlanğıc günü hesab olunur.
Bir çox Şərq ölkələrində martın 21-i yeni ilin başlanması kimi
qeyd olunur. Üç aydan sonra 22 iyunda Günəş ekvatordan 23°
27`şimal enliyi (paraleli) üzərində zenitdə olur. İyunun 22-si şimal
yarımkürəsində ən uzun gün və ən qısa gecə olur. Ona görə də 22
iyuna yay gündönümü deyilir. 22 iyun şimal yarımkürəsində yay,
cənub yarımkürəsində isə qış fəslinin başlandığı gündür. Bu
müddətdə Yerin şimal yarımkürəsində 4, 6 dəfə istilik artır.
Sentyabrın 23-də yenidən Yer kürəsi fəzada elə bir mövqedə
olur ki, Günəş şüaları ekvator xəttinin üzərində zenitdə olur. Ötən
vaxt müddətində şimal yarımkürəsində günün uzunluğu tədricən
qısalır, gecənin uzunluğu artır, istilik artır. Bu dəyişikliyin
nəticəsidir ki, 23 sentyabr şimal yarımkürəsi üçün payız, cənub
yarımkürəsi üçün isə yaz fəslinin başlanması günüdür.
188
23 sentyabrda Günəş 21 martda olduğu kimi, Yerin şimal və
cənub yarımkürələrini bərabər səviyyədə isidir və işıqlandırır.
Bununla yanaşı, sutka ərzində gecə və gündüzün uzunluğu tam
bərabər olur. Elə bu kainat hadisəsinə görə 23 sentyabra payız
gecə-gündüz bərabərliyi deyilir. Günəşin şimal və cənub yarımkü-
rəsində olduğu müddətlərdə gecə ilə gündüzün uzunluqlarında
müəyyən vaxt fərqləri nəzərə çarpdığı halda, Günəş ekvator xətti
üzərində, zenitdə olduğu zamanda (21 mart və 23 sentyabr) gecə ilə
gündüz arasında heç bir fərq müşahidə olunmur. Elə yaz və payız
gecə-gündüz bərabərliyi məfhumu da bununla bağlı yaranmışdır.
23 sentyabrdan başlayaraq Günəş cənub yarımkürəsi üzərinə
keçməklə üç aydan sonra, yəni 22 dekabrda 23,5° cənub enliyinə
çatır. Bu vaxt şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə
yay fəsli başlayır. Bu zaman yerin cənub qütb sahəsi Günəşə daha
çox meyillənmiş olur. Günəşin cənub yarımkürəsi üzərində 23,5°
cənub paralelində, zenitdə olduğu 22 dekabra qış gündönümü
deyilir.
Günəş 22 dekabrda, 23.5° cənub enliyindən ekvatora doğru
dönərək üç aydan sonra, yəni 21 martda yenidən ekvator xətti
üzərində, zenitdə olur. Bununla da, yenidən şimal yarımkürəsində
bir daha yaz fəsli başlanır. Yerin Günəş ətrafında hərəkəti ilə
əlaqədar olaraq fəsillərin əmələ gəlməsi və növbələşməsi dövrü bir
il müddətinə başa çatır. Yer kürəsində il ərzində bir-birini
müntəzəm əvəz edən 4 fəsil – yaz, yay, payız və qış yaranır.
Yuxarıda göstərilənlər fəsillərin ardıcıl bir-birini əvəz etməsi
haqqında astronomiya elminin qəti qənaətidir. Ancaq eramızdan
xeyli əvvəl yaradılmış Novruz sistemindən qidalanan təqvimlərlə
elmin son texnologiyası əsasında yaradılan müasir təqvimlər
arasında elə bir ciddi fərq yoxdur. Əslində, bütün təqvimlər mahiy-
yətcə bir-birinə çox yaxındırlar. Onlar yalnız bəzi zahiri dəyişi-
kliklərlə fərqlənirlər. Ona görə ki, bütün təqvimlər (lap qüsursuzlar
belə) kainat qanunauyğunluqlara söykənir. Burada bir məsələyə
toxunmaq gərəkli olardı. Yuxarıda gördük ki, fəsillərin bir-birini
Dostları ilə paylaş: |