195
olaraq çalıb-oxumaq, deyib-gülməklə müşayiət olunur ki, bu
optimist keyfiyyətlər də islam dini ilə bir o qədər bağlı deyildir. XI
əsrdə yaşamış böyük mütəfəkkir, filosof şair Ö.Xəyyam «Novruz-
namə» adlı xüsusi traktat yazmış, Novruzu «xalqın əvəzsiz şənliyi»
adlandırmışdır.
Bütün dünyanın böyük mütəfəkkirlər kimi tanıdığı Rudəki,
Firdövsi, İbn Sina, Xaqani, Nizami və b. Novruza təbiətin diktə
etdiyi əsl xalq bayramı kimi baxmışlar. Tarixin müxtəlif dönəm-
lərində yazın gəlişi münasibəti ilə onlarla «Bahariyyə» yazılmışdır.
Bütün bunlar əsas vermir ki, həmin bayramın yaradıcısının Həzrəti
Əli olduğu qənaətinə gələk.
Novruz bayramının geniş kütlə arasındakı nüfuzunu hiss edən
din xadimələri müxtəlif dövrlərdə ondan bu və ya digər formada
faydalanmağa çalışmışlar. «Bu bayramı müxtəlif dövrlərdə hakim
siniflər öz mənafelərinə xidmət edən bayrama çevirməyə çalış-
mışlar: atəşpərəstlik və islam dini nümayəndələri ona öz təsirlərini
göstərməyə, ona gah İranın əfsanəvi hökmdarlarından olan Cəmşi-
din, gah da Həzrəti Əlinin taxta çıxması günü ilə əlaqələndirməyə
çalışmışlar.
…Ancaq xalqı buna inandıra bilməmişlər. Əslində, Novruz
bayramı nəinki islam dininin prinsiplərinə uyğunlaşmamış, bəlkə
də, bu prinsiplərin ziddinə olmuşdur. Təkcə onu qeyd etmək kifa-
yətdir ki, islam dini ilə əlaqədar olan dini bayramlar kədər və
matəm günləri olduğu halda, Novruz-şənlik, sevinc bayramıdır.
Toy mərasimləri çox vaxt Novruz günlərində keçirilmişdir» (48,
74-75).
Ümumən, vahid bir sistem olan Novruzun son günü astronomik
hadisəyə təsadüf etdiyindən təntənəli qeyd olunubdur. Həmin gün
–
martın 21-i sabitdir. Hər il eyni astronomik hadisə baş verir. Nov-
ruz bayramı günü dəyişilməzdir. Tarixin müxtəlif dönəmlərində bu
bayramın təntənəsinə, şöhrətinə göz dikilib, şərik çıxılıbdır. Dini
bayramlar qəməri təqvimi ilə keçirildiyindən sabit qala bilmir,
196
yerini hər il dəyişir. Qəməri ildə aylar 28-29 gündən ibarət
olduğundan il 354 gündən artıq olmur. Günəş təqvimi də bundan
11 gün artıqdır. Elə bu səbəbdəndir ki, qəməri təqviminə əsaslanan
dini bayramlar Günəş təqviminə nəzərən hər il 10-11 gün irəli
çəkilir. Məsələn, bu il Qurban bayramı aprelin 10-da keçirilibdisə,
gələn il fevralın sonuna düşəcəkdir. Daha bir il sonra isə fevralın
20-sinə təsadüf edəcəkdir. Digər dini bayramlar da (orucluq,
məhərrəmlik və s.) bu taleyi yaşayır. Hər il 11 gün fərq olmaqla,
hər 33 ildən bir qəməri il, Günəş ilindən düz bir il geri qalır. Bu
müqayisə bir daha sübut edir ki, Novruz dini bayram deyil. Dini
bayramlar qəməri təqvim, Novruz isə Günəş təqviminə əsaslanır.
Novruz bayramı sabit bayram olduğundan islam din xadimləri
rişxəndlə ona «topal bayram» demişlər» (51).
Novruzun şiə təriqəti ilə əlaqələndirilməsində daha bir
ziddiyyətlə rastlaşırıq. Aydındır ki, bu kainat bayramını şiə təriqə-
tinə mənsublarla eyni təntənə ilə sünni məzhəbinin daşıyıcıları da
qeyd edirlər. İslam dininə mənsub Azərbaycan türklərinin böyük
bir hissəsini təşkil edən sünni təriqətinin tərəfdarları da şiələrlə
birgə bu bayramı böyük təntənə ilə keçirirlər. Bu versiyanı
Novruzun sünni məzhəbinin daşıyıcıları tərəfindən dəbdəbə və
əzəmətli keçirilməsinin özü açıq şəkildə inkar edir.
Novruzun islam dininə bağlılığını açıq-aşkar inkar edən daha
bir «əşyayi-dəlil» vardır. 1897-ci ildə F.A.Brokhauz və İ.A.Yefro-
min Sankt-Peterburqda nəşr etdikləri «Ensiklopedik lüğət»də
deyilir ki, Novruz baharda gecə və gündüzün bərabərləşdiyi gün
şərəfinə keçirilən yeni il bayramıdır, mey və qızılgüllər bayramıdır.
Adıçəkilən «Ensiklopedik lüğət»də daha çox diqqətiçəkən
Novruzun mey bayramı kimi qeyd olunmasıdır (37, 17). Mifik şah
olan Cəmşidin (Cami Cəmşidin) meyin yaradıcısı olması barədə
əfsanə də elə bu fikirdən su içir. Novruz bayramında mey (şərab)
içilməsi onun islamdan çox əvvəl yarandığını bir daha təsdiqləyir.
197
Novruz və dinlərin xronologiyasına azacıq nəzər saldıqda
görürük ki, Novruz dinlərdən çox əvvəl meydana gəlibdir. Novruz
qanunauyğunluqları insanların həyat normalarına çevrilibdir. Nov-
ruz qanunauyğunluqlarının insanların şüuraltına keçdiyini, insan-
ların həyatlarını Novruz sisteminə uyğun qurduqlarını açıq-aşkar
görən dini ideologiya tərəfdarları Novruzdan faydalanmağa baş-
lamışlar.
4.2. Fəsillərin yaranmasında Novruzun yeri
Yuxarıda Novruzun bütöv bir sistem olduğunu dönə-dönə qeyd
etdik. Novruz yalnız martın 21-22-ni əhatə etmir. Bir daha vurğu-
layırıq ki, ilin təzələnməsini təsdiqləyən astronomik hadisənin –
Günəşin zenitdə olması, günəş şüalarının yerin hər iki cənub və
şimal yarımkürələrini eyni səviyyədə işıqlandırması, gecə-gündüz
bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır. Təqvim
Novruzdan (21-22 mart) başlanır. Həmin gün yaz fəsli də başlayır.
Günəşin gecə-gündüz bərabərliyindən (21 martdan) ilin ən uzun
gündüz vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Elə
bu qlobal kainat hadisəsini müşahidə edən insanlar həmin günləri
martın 21-22-ni dəbdəbəli bir formada qeyd edirlər. Novruz
bayramı bu təntənələrlə başa çatsa da, Novruz sistemi bir tsikl kimi
davam edir. Kainat və planetin sirlərinə kifayət qədər bələd olan
Azərbaycan türkləri yazın ilk gününü həssaslıqla müşahidə etmiş-
lər. Xalqın min illərlə apardığı müşahidələrdən gəldiyi qənaətə
görə, bahar fəslinin birinci günü yazı, ikinci günü yayı, üçüncü
günü payızı, dördüncü günü qışın əlamətlərini bildirirdi. Baharın
ilk günü yağmurlu-yağmursuz, küləkli-küləksiz keçməsi ilə
müəyyənləşdirilərdi ki, yaz necə keçəcəkdir. Əgər hava küləksiz və
yağmursuz keçərdisə, yazın da xoş keçəcəyi güman edilərdi. Əgər
həmin gün hava soyuq və yağmurlu keçərdisə, yazın da yağmurlu
olacağı qənaətinə gəlinərdi. Empirik müşahidə əsasında xalq belə
Dostları ilə paylaş: |