201
layardısa, həmin ilin qışı mülayim keçəcəyi gözlənilirdi. Əgər çinar
aşağıdan yarpaq tökümünə başlayardısa, qışın sərt olacağı
proqnozlaşdırılırdı. Ağaclar yarpaqlarını gec tökərdisə, qışın son
dərəcə sərt keçəcəyi və uzun sürəcəyi gözlənilirdi. Xalqın inam və
müşahidələrində belə nümunələr saysız – hesabsızdır. Əvvəlcədən
aparılan empirik müşahidələr sərt və ağır qışla bağlı idi. Sözün
həqiqi mənasında, qış insanlar üçün məşəqqətli bir dövr sayılırdı.
Elə bu səbəbdən xalq payızla bağlı deyirdi:
«Qorx payızdan, qabağından qış gəlir. Qorxma qışdan,
qabağından yaz gəlir». Xalq maddi-mənəvi cəhətdən payızdan qışın
sərt üzünə hazırlaşırdı. İqtisadi baxımdan qışa hər cür ehtiyat
görmüş insanlar mənəvi – psixoloji baxımdan da qışa tam hazır
olduqlarını nümayiş elətdirirdilər. Qədim tarixə malik olan
«Kəvsəc» bayramı da elə bu niyyətlə keçirilirdi. «Kəvsəc» oyunu
payızın ortalarında (noyabrda) keçirilirdi. Bu o vaxt olur ki, havalar
soyuyur, yer – yurd qırov bağlayır. «Kəvsəc» geniş xalq
kütlələrinin marağına səbəb olan mərasim tamaşası olub. Xalqın
iştirakı ilə meydanda keçirilən bu mərasim tamaşasının leytmo-
tivini qışı nüfuzdan salmaq, onu qorxutmaq, camaatı psixoloji
cəhətdən qışa hazırlamaq təşkil edir. Komik qiyafədə olan bir nəfər
əynində cındır paltar qatıra minib meydana çıxar və əlində tükü
yolunmuş qarğa tutarmış. Ətrafdakılar onun üst-başına soyuq su
tökərmiş. Ancaq o, bunu hiss etdirmədən «istidir – istidir», – deyə
qışqırar, əlindəki yelpiklə üzünü yelləyərdi. Həmin şəxsin bir
əlində qarğa tutması da təsadüfi olmayıb. Xalqımızın inamlarından
bizə məlumdur ki, qarğanın «qarr», «qarr» səslənməsi qarın, qışın
çağırılması kimi mənalandırılıb. Buradakı qatır da qışın simvo-
ludur. Məlumdur ki, qatır doğub-törəmir, artıb-çoxalmır. Qış da
qatır kimi barsız-bəhərsizdir, nəsil artıran yox, nəsil kəsəndir (40,
109).
Tədqiqatçıların bəziləri «Kəvsəc» mərasim tamaşasını Novruz
ərəfəsində keçirilən «Qarı ilə martın deyişməsi» və qarı nənə ilə
202
bağlı olan digər süjetli səhnələrlə eyniləşdirirlər. «Kəvsəc» meydan
tamaşasının bir sıra variantları olmuş (A.Nəbiyev), ancaq yuxarıda
qısa mündəricəsini xatırlatdığımız mərasim oyunu daha qədim və
populyar olmuşdur. Onun məzmunundan göründüyü kimi, orada
qışın yazla deyişməsi – mübarizəsi yoxdur. Dediyimiz kimi, qışı
mənən əzmək, onu hörmətdən salmaq, ona əhəmiyyət verməmək
daha çox qabardılır. Qış şər qüvvə kimi diqqətə çatdırılsa da, onun
mənəvi qələbəsinin olmayacağı, tezliklə yox olacağına psixoloji bir
inam yaradılır. Xalqın təfəkküründən süzülüb gəlmiş və zaman –
zaman cilalanmış belə nümunələrdən daha xarakterik olanına
diqqət yetirək:
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı.
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Son dərəcə açıq-aydın və şəffaf olan bu folklor nümunəsi qısa,
lakonik olduğu qədər də, mündəricə baxımından da olduqca zən-
gindir. Bu poetik nümunədə ilin fəsillərinin xarakteri müdrikcəsinə
təsvir olunub. Bizə yağı kəsilən qış, cənnət bağı yaz, var-dövlət
yığıb toplayan yay, əldə edilmiş nemətləri dağıdan isə payızdır.
İlin son fəsli, canlı təbiətə və insanlara yağı kəsilən qışdır. Qış
fəsli dekabrın 22-dən martın 22-dək davam edir. Bir qədər irəlidə
qeyd etdik ki, 40 günlük böyük, 20 günlük kiçik çillədən və 30
günlük Boz aydan ibarətdir. Qışla vağlı bəzi məlumatları əvvəldə
verdiyimizdən burada təkrara ehtiyac duyulmur.
Novruz daxili harmoniyası, dəyişilməz nizamı olan sistemdir.
365 (4 ildən bir 366) gündən ibarət olan il, 4 fəslə, hər fəsil 3 aya,
hər ay özlüyündə 4 həftəyə, həftə isə 7 günə bölünmüşdür. Bu
harmoniya sutka ərzində də özünü qoruyub saxlayır. Əski
zamanlarda Azərbaycan türkləri vaxt və təqvim anlayışını özləri
üçün dəqiqləşdirmişdir. Vaxt və təqvim anlayışlarında zərrə qədər
203
səhvə yol vermədiklərinə əmin olan müdrik xalqımız qənaət və
düşüncələrini folklor nümunələrində belə açıqlamışdılar.
Babanın bir çuxası var,
On iki cibi,
Hər cibində otuz düymə,
Hər düymənin bir üzü ağ,
Bir üzü qara.
Xalqın təvəkküründə baba kainatı, çuxa ili, on iki cib ilin ay-
larını, otuz düymə ayın günlərini, ağ və qara düymələr isə gecə və
gündüzün rəmzidir.
Məna və mahiyyətcə bu tipli folklor nümunələri olduqca
çoxdur. Dərin müşahidə və güclü yaddaşa malik xalqımız hər ayın
və hətta hər günün belə xarakterini müəyyənləşdirə bilmişlər.
Fevralın 20-dən martın 20-nə qədər olan bir aylıq dövrə Boz ay,
aprel ayına – leysan, may ayına ağlar – güləyən, iyuna – vaynənə,
iyula – qorabişirən, avqusta – quyruq donan, (quyruq doğan),
sentyabra – sol, yan, noyabra – qırovdüşən deyiblər.
Bu adlar ötəri, təsadüfi verilməyib. Uzun illərin dəqiq və dərin
müşahidələrindən, dönə-dönə sınaqdan çıxarıldıqdan, təcrübədən
keçdikdən sonra verilibdir. Fevralın sonu və martın ilk ongünlüyü
havalar boz-bulanıq, dumanlı, aprelin yağıntılı mayın istili-soyuqlu,
iyulun həddindən artıq isti, avqustun nisbətən mülayim, sentyabrda
isə ot-ələfin yanıb-saralması bu ayların belə adlandırılmasını
şərtləndirib.
Xalqın uzun illər ərzində gəldiyi qənaət belə idi ki, payız gecə-
gündüz bərabərliyindən sonra günəş tədricən taqətdən düşür,
gücsüzləşir. Xalq da belə bir inam var idi ki, günəş dərinliyə düşür.
Dekabrın 21-22-ə kimi günəş tamam taqətdən düşmüş bir durumda
olur. Dekabrın 21-22-nə qədər gündüzlər qısalır, gecələr uzanır.
Nəhayət, qış gündönümündə Günəş zodiakın ən dərin guşəsinə –
Oğlaq (Təkə) bürcünə girir. Həmin gün (dekabrın 21-22-si) ilin ən
Dostları ilə paylaş: |