207
anadan olması» və onun yaza doğru dönüşünün qeyd edilməsinə
heç bir şübhə ola bilməz. Belə olarsa, Sədənin icrası qışdönümü
gününə düşməlidir» (58).
Məlumdur ki, oda inam, oda sitayiş zərdüştlikdən çox-çox
əvvəllər mövcud olmuşdur. Zaman-zaman Azərbaycanda odla bağlı
bir çox bayram və mərasimlər olmuşdur. Sədə bayramı bəhmən
ayının 5 və 10-cu günləri (yanvarın 24-29-da) arasında keçirilirdi.
Ə.Biruni yazırdı ki, Azərbaycanda od bayramı vaxtı evlərdə od-
ocaq yandırılardı. Tonqallar çatılardı. Allaha dualar edilərdi. Şənlik
keçirmək üçün camaat bir yerə yığışardı. Belə bir inam olmuşdur
ki, od bitkilərə hərarət verir, onları ziyanverici həşəratdan qoruyur.
Odla bağlı geniş yayılmış bayramlardan biri də Azərbaycanda
olubdur. Bu od mərasimi Atəş ayının doqquzunda (22 noyabr – 22
dekabr) keçirilibdir.Novruz sisteminin ilk araşdırıcılarından olan
Ö.Xəyyam Mehrikan bayramı haqqında «Novruznamə»sində
yazmışdır: «Bayram hər il xəzan vaxtı Turan və İranda təntənə ilə
qeyd edilirdi»(58).
Məxəzlərin özündə qoruyub saxladığı faktlardan belə qənaətə
gəlmək olur ki, Turan dünyası Novruz sisteminin tərkib hissəsi olan
Mehrikanı-Payız bayramını Novruz kimi təntənəli qeyd etmişdir.
İnsanlar min bir zəhmət hesabına topladıqları bol məhsulu çal-çağır
sədaları altında nümayiş elətdirir, şənlənir, sanki bununla qarşıdan
gələn ayazlı, şaxtalı qışdan qorxmadığını, əksinə hər cəhətdən hazır
olduğunu göstərir.
Mənbələrə istinadən müəyyən edilib ki, Azər və Sədə mə-
rasimlərindən əlavə, odla bağlı bir neçə bayram mövcud olmuşdur.
Həyat ünsürlərindən sayılan su ilə bağlı müxtəlif törənlər ke-
çirilmişdir. Suyun həyat rəmzi, aydınlıq və uğur simvolu sayılması
təsadüfi olmamışdır.
Əski çağlarda azərbaycanlılar suya müqəddəs varlıq kimi ya-
naşmış, onu ilahiləşdirmişlər. Azərbaycanda yaranmış inama
əsasən, Nahid su ilahəsi kimi xüsusi hörmətə malik olmuşdur.
208
Nahidin şərəfinə Midiya dövründə bir çox şəhərlərdə məxsusi mə-
bədlər tikilmişdir. Həmin dövrdə daha çox şöhrətlənmiş Həmədan
məbədini Midiya hökmdarı Kiaksarın tikdirdiyi qeyd olunur. Nahid
qadın surətində təsvir və təsəvvür edilib. Bu düşüncə də təsadüfi
olmayıb. Qadın yeni həyatın yaradıcısı və təməlini qoyan kimi
canlandırılıb. Zərdüştlik də su ilahəsi Nahidlə bağlı adət və ənə-
nələrdən lazımınca faydalanmışdır.
Zərdüştlikdə quraqlıq dövrlərdə su diləmək naminə Nahidlə
bağlı mərasimlər keçirilmişdir. Bu mərasimlərdə qadınlar Nahidə
xitabən su istəyirdilər. İnama görə, su ilahəsi Nahid də öz həm-
cinslərinin dilək və yalvarışlarını daha tez eşidirmiş. Onu da qeyd
edək ki, «Avesta»da «Abanyəşt» adlanan fəsil xüsusi olaraq su
ilahəsinə həsr olunub.
Orta əsrlərdə su ilə bağlı keçirilmiş mərasimlər Abrizəkan
bayramı da adlandırılmışdır. Bu bayramın motivində Tanrıdan
yağış, su diləmək dayanıbdır.
Mənbələrin verdiyi məlumata görə, Abrizəkan bayramının da
yaranma tarixi eramızdan əvvələ gedib çıxır. Məxəzlərdə göstərilir
ki, Ənuşirəvanın babası Firuz şahın vaxtında uzun sürən quraqlıq
olur. Firuz şah özü Tanrıya dua edib, yağış diləmişdir. Bu an göy
üzünə bulud gəlmiş, yağış yağmağa başlamışdır. Yağışın yağdığını
görən camaat sevindiklərindən bir-birlərinin üstünə su səpməyə
başlamış, şadlıq etmişlər. Deyilənə görə, elə həmin vaxtdan camaat
uzun əsrlər boyu su bayramını qeyd etmişlər. Bayramın keçirilmə
vaxtı barədə fikirlər üst –üstə düşür. Abrizəkan bayramı «Avesta»
təqvimi ilə tir ayında (ilin dördüncü ayı olub) keçirilibdir. Aydındır
ki, ilin yay fəsli dördüncü aydan başlanır və getdikcə də istilər
şiddətlənir. Havaların isti keçməsi də əkin-biçin üçün suya, yağışa
ehtiyacı birə – ikiqat artırır. Elə bu ciddi zərurətdən – suya-yağışa
ehtiyacdan Abrizəkan bayramı qeyd olunubdur. X əsrdə yazılmış
«Hüdud əl-Həm» adlı bir mənbədə Abrizəkan bayramının adı
çəkilmiş və bayramla bağlı epizodik təsvirlər də verilmişdir.
209
Adıçəkilən mənbədə göstərilir ki, adamlar çeşmə başına toplanır,
çalıb oxuyur, şənlik edir və dualar edirlər (31, 134-135 və 138).
Professor A.Nəbiyev «Ritual, mərasim və bayramlarımız» adlı
məqaləsində çox məntiqli bir nəticəyə gələrək yazır: «Çox az
xalqlar var ki, onların dünyəvi düşüncəsi bu qədər zəngin, geniş və
əhatəli halda bayram ritual və mərasimlərində əks olunsun. Novruz
yekunlaşdıqdan sonra onun ümumi məzmun dəyərləri özündən
sonrakı ritual, ayin, etiqad və mərasimlərdə xeyli müddət nüfuz və
təsirini göstərmişdir. Məhsul bolluğu etiqadları, şum, səpin, əyəsər
(döl), calaqkəsmə və s. kimi qismən kiçik, region səciyyəli
mərasim və bayramlarda öz modern məzmununu qoruyub saxlayır
« (25).
Bakı və regionlarda yaz bayramı Novruzdan sonra keçirilən
Güləkən bayramı ilə tamamlanıbdır. Ə.Biruni «Əski xalqlardan
qalmış yadigarlar» əsərində Güləkən bayramının Şirvanşah
Ənuşirəvan tərəfindən yarandığını göstərir. A.Nəbiyev də yuxarıda
adını çəkdiyimiz məqaləsində yazır ki, bayram Novruzdan sonra
qızılgül əkmə ilə başlayır. Üç mərhələdə davam edir. Bu mərasim
gül-çiçəyin əkilməsi, becərilməsi və böyümüş gül-çiçəkdən gül
suyu, gülab və müxtəlif alkoqolsuz içkilərin çəkilməsi, orijinal
qoxusu olan ətirlərin alınması, dadlı-ləzzətli mürəbbələrin
bişirilməsi ilə başa çatır.
4.3. Novruzun əhatə coğrafiyası
Novruz sisteminin əsas yaradıcıları türklər olsa da, bu sistemin
mahiyyətini digər xalqlar da əxz etmişlər. Novruz sisteminin
mahiyyətini ən çox şimal yarımkürəsində yaşayan xalqlar mənim-
səmişlər. Bunun da səbəbi birbaşa kainatda baş verən astronomik
hadisələrlə bağlıdır. Məlumdur ki, şimal yarımkürəsində yaşayan
xalqlar ağır, məşəqqətli, qarlı-şaxtalı bir mövsüm yaşayırlar. Bu
Dostları ilə paylaş: |