213
isə saçlarının uzanması, könüllərinin gənc qalması inancı ilə
başlarına Novruz çiçəkləri taxırlar (70, 61). Balkan türklərində
Novruz mevris adlandırılır. Həmin gün çəmənlik törənləri daha
geniş keçirilir. Balkan türkləri də törənləri, bir qaydada olaraq,
ağaclıq, yaşıllıq bol olan yerlərdə, bulaq və çay kənarında
keçirirlər. Bunun üçün bir gün əvvəlcədən hazırlıq görülür. Xüsusi
hazırlanmış yeməklər də mərasim keçiriləcək yerə gətirilir.
Mərasimdə rəngarəng əyləncəli tədbirlər, çeşidli oyun və mahnılar
ifa olunur. Törən başa çatan vaxtı, evə dönüş ərəfəsində iştirakçılar
bulaq və çay suyu ilə bir-birinin üstünə su səpirlər. Bu adəti yerinə
yetirənlərdə yazın yağmurlu keçəcəyinə, bol məhsul olacağına
daxili bir inam var idi.
Yuqoslaviya türkləri Novruz bayramına «Sultani Navruz»
deyirlər. Yuqoslaviya türkləri ümumi türk dünyasına xas olan
Novruz özəlliklərini hifz etməklə yanaşı, xarakterik adət və
inancların da yaradıcılarıdır. Bayram üçün məxsusi olan «kravay»
və «kol börek» adlı yeməklər hazırlayırlar. Kravay bayram ərəfəsi
hazırlanır. Bu xörək hazırlanarkən onun içinə qədim gümüş pul da
qarışdırılır. Kol börek də bayram günü hazırlanır. Xörək hazır
olanda evin xanımı sidqi ürəkdən deyir: «Bu kollar bir-birinə
sarıldığı kimi, ailəmizdə bir -birinə bağlı olsun. İnşallah!»
Bayramın sabahısı evin ağsaqqalı kravayı parçalayıb bütün ailə
üzvlərinə paylayır. Gümüş pul kimə düşərsə, həmin adam daha
şanslı sayılır.
Kravay və kol börek kimi yeməklərin yanında süfrəyə soyutma
yumurta da qoyulur.
Həmin gün qızlar öz aralarında martufal oyunu keçirirlər. Bu
törən digər türk xalqlarında olan falabaxma mərasiminin eynidir
(70, 64-65).
Kıbrıs (Quzey Kipr) türklərində Novruz ənənələri «Mart doq-
quzu» adlandırılır. Məlumdur ki, əski təqvimlə ilin-günün təzələn-
məsi martın 9-na təsadüf edirdi.
214
«Kıbrıs türk alt kültüründə inanc kurumu» adı altında keçirilən
toplantıda ixtiyar bir kişi Novruzla bağlı kəndlərində keçirilən
törənlərdən söhbət açıbdır.
O, söhbətində «çox əskidən türklərin dağa çıxmağı ilə ilgili bir
əfsanə dolaşır» söyləyib. Martın 9-nu bayram etdiklərini xatırladıb.
Bu ifadə, həqiqətən, türklərin Ergenekondan çıxması ilə daha çox
səsləşir. Yaxın tarixə kimi əski təqvimlə türklər martın 9-nu
bayram edirdilər. Bayram törənləri təbiətin qoynunda, çəmənlik-
lərdə keçirilirdi. Əski çağların bir çox adəti davam etdirilirdi. Qə-
dimdə olduğu kimi, ipçəkmə, tullanma, qaçış, güləş və s. xalq
oyunları oynanılırdı (70, 68).
Ümumən, türk xalqlarında Novruz sisteminin məna və mahiy-
yəti eyni olduğundan adlandırılmasında da elə ciddi fərqlər
duyulmur. Anadolu türkləri də bu törənə «Sultan Nevrüz», «Nevruz
Sultanı», «Mart dokuzu», «Mart bozumu» deyirlər. Bu müxtəliflik
daha çox dini təriqət fərqindən yaranmışdır. Anadolu bölgəsində
Novruz çox geniş şəkildə qeyd olunur. Anadolunun Mersin Silifke
bölgəsində Novruz bayramı çeşidli adətlərlə sıralanır. Martın
başlanğıcından camaat Novruza hazırlaşır. Martın ilk günlərində
camaat qoyun sürülərini qarlı dağların ətəklərinə sürürlər. «Döl»
dedikləri, qoyunların quzulama dövrü artıq arxada qalmış olur.
Ağartı və süd məhsulları bollaşır, oğlaq-quzu çol-çəmənliyə yayılır.
Bu bölgədə Novruz iki ayrı-ayrı vaxtlarda qeyd olunur. Şəhər
camaatı, Novruz günü bazara təsadüf etməzsə, Novruz həftəsinin
bazar günündə bayramı təntənə ilə qeyd edirlər. Silifke bölgəsində
Novruz, adətən, mart ayının üçüncü həftəsinin bazar günü keçirilir.
Ancaq kənd və yaylalarda Novruz martın 22-də keçirilir.
Kənd camaatı 22 mart səhəri dəstə-dəstə piyada və atlı formada
özlərinə yaxın olan yaylaların yolunu tutub gedirlər. Həmin ərəfədə
yaylalarda oba evləri və davar evləri çoxdan yerləşmiş olurlar.
Davar evlərində məskunlaşanlar kənddən gələn qohum-əqrə-
balarını, dost-tanışlarını, qonşularını qonaq kimi qarşılayırlar.
Kənddən yaylaya gəlmiş insanlar gəldiklərini havaya atəş açmaqla
215
bildirirlər. Davar evlərində məskunlaşmış obaların ağsaqqalı da
gələnləri qəbul etməsini göyə bir atəş açmaqla cavablayır. Bundan
sonra gələnlərlə bir yerdə yayla camaatı tək-tək silahlardan atəş
açırlar. Sonra qarşılıqlı bir güllə atmaqla salamlaşırlar. Bir-birlərinə
«Novruzunuz kutlu, dölünüz hayırlı ve bereketli olsun!» deyə
təbrik edirlər. Gələn qonaqlar çadırlarda yerləşdirilir. Söz-söhbətə
başlanılır. Bu vaxt süd və ayran içilir. Döl dövründə 20 quzu və ya
oğlaq olmuş sürü sahibi həmin gün qurban kəsir. Bu mərasim hər
obada və hər çadırda eyni şəkildə icra olunur. Kəsilmiş qurban elə
meydanda bişirilib yeyilir.
Sünni məzhəbinin daşıyıcıları bu bayram törəninə öz imam-
larını da dəvət edirlər. Törəndə iştirak edən imamlar dualar edirlər
Mərasim iştirakçıları xor halında «Amin» deyib imamların dua-
larına həmrəyliyini bildirərək səs verir, şükürlər edirlər.
Bu törənlərdə gənclər də fəal iştirak edirlər. Bayram süfrəsi
arxasında əyləşirlər. Davul, zurna, qaval və digər musiqi alətləri
altında gənclər oynayır, şərqi və türkülər söyləyərlər. Gənclərin bu
törəninə bir qədər sonra yaşlı kişilər, qız və gəlinlər də qoşulurlar.
Axşamdan xeyli keçənə qədər bayram törəni davam edir. Törən
başa çatandan sonra kəndlərdən gələn dəstələr doğma evlərinə
qayıdırlar (70, 72). Yuxarıda göstərdik ki, ümumən, türk xalq-
larında, o cümlədən Anadolu mahalının ayrı-ayrı bölgələrində
Novruzla bağlı müxtəlif adət-ənənə və inanclar mövcuddur.
Güney doğu Anadolu bölgəsində 22 marta «Sultan Nevruz»
deyilir. Xalq arasında yayılmış inanca görə, 21 martdan 22-nə
keçən gecə Sultan Novruz dəqiq məlum olmayan bir saatda göydə
ayaqlarında halqaları cingildədərək, batıdan doğuya (qərbdən
şərqə) köç edən gözəl bir qızdır. İnanca görə Novruz gecəsi
sübhədək yatmayıb oyaq qalanların bütün arzu-diləkləri hasil olar.
Bir qabı su ilə doldurub ay işığının altında qoyur, yatmayıb, səhərə
qədər ibadət eləyir, suyun qızıla dönəcəyinə inanardılar. Ertəsi gün
Dostları ilə paylaş: |