210
təbii proseslərdən cənub yarımkürəsinin xalqlarının xəbəri olmur.
Bu iqlim onlara xas deyildir. İlin-günün dəyişməsi, təzələnməsi
qlobal kosmik (astronomik) proseslərin müşayiəti ilə baş
verdiyindən ilin dəyişilməsinin başqa bir vaxta düşdüyünə zərrəcə
şübhə qalmır.
Novruz şimal yarımkürəsində yaşayan xalqların bir çoxunun
həyat və məişətini tənzimləyən daimi bir sistemə çevrilibdir. Yaxın
və Orta Şərqin bir çox ölkələrinin böyük təntənə ilə qeyd etdiyi
Novruz artıq insanların şüuraltına daxil olmuşdur. Novruz Yaxın və
Orta Şərqdə mənəvi dəyərləri əsaslı şəkildə müəyyən etmiş, bu
ərazidə mövcud olmuş şamançılıq, atəşpərəstlik və islam kimi
böyük din və etidadların maddi-mənəvi qaynağı olmuşdur.
Novruz uzaq Altay-Sayan dağlarından tutmuş Balkanlara qədər
olan böyük bir ərazini əhatə edir. Yeri gəlmişkən, onu da qeyd edək
ki, bu böyük ərazidə məhz türklər məskunlaşmışlar. O da məlum-
dur ki, türk xalqları Novruzu digər bayramlardan, o cümlədən dini
bayramlar olan Ramazan, Qurban və s. törənlərdən daha geniş və
təntənəli qeyd edirlər. Sözün bütöv mənasında, Novruz türk
xalqlarının ruhudur. Qədim türklərin Ərgənəkon adlandırdığı bu
törəni sonralar özbəklər novruz, qırğızlar nooruz, qazaxlar novruz,
uyğurlar novruz, krım türkləri naavrez, kazan tatarları neuruz,
balkan türkləri mevriz, Bosniya və Kosova türkləri sultani navrız,
kipr türkləri mart dokuzu, Anadolu türkləri sultanı nevruz, mart
dokuzu, mart bozumu deyirlər (49). Ümumən, türk xalqlarında
Novruz bir qurtuluş, oyanış, dirçəliş anlamında qəbul edilibdir.
Türk düşüncəsinə görə, Novruz kainat (kosmos) və planet (yer)
bayramıdır. Türkiyəli professor Abdulhalük M.Çayın 1996-cı ildə
Ankarada nəşr olunmuş»Türk Ergenekon bayramı Nevruz»
kitabında Çin qaynaqlarına istinadən yazılır ki, Ergenekon əcdad
mağarasıdır (70, 13). Yuxarıda göstərdik ki, türklər Ergenekondan
çıxdığı zaman yaz olub və həmin günün şərəfinə bayram edilibdir.
Qeyd etdiyimiz kitabda yenə Çin qaynaqlarına istinadən yazılır ki,
211
türk imperatorluqları dövründə yaz və payız bayramları rəsmi
dövlət bayramı kimi qeyd edilmişdir (70, 18).
Türk xalqlarında Novruz mahiyyətcə eyni olsa da, forma və
şəkil baxımından fərqlidir. Türk xalqlarında qeyd olunan Novruz
təntənələrini məzmun və forma müxtəlifliyinə görə şərti olaraq üç
qrupda birləşdirmək mümkündür. Bu bölgü daha çox ərazi əsasında
formalaşıb: Mərkəzi Asiya, Ön Asiya və Şərqi Asiya. Mərkəzi
Asiyaya Qazaxıstan, Sibir, Altay və Çin türkləri olan uyğurlar
daxildir. Orta Asiya türkləri arasında martın 21-də təntənə ilə
keçirilən Novruz böyük nüfuza malikdir. Bu bölgədə bayram
şənlikləri daha çox kütləviliyi ilə seçilir. Bayram günü əhali kənd-
kənd, el-el göy çəmənliklərdə, çay və bulaq başında toplaşır, çalır,
oxuyur – elliklə bayram şənlikləri keçirirlər. El-obanın «Daşqazan»
dediyi böyük qablarda «bayram aşı» bişirirlər. Bu xörək həm də
«gecə» adlandırılır. Xörək əsasən buğdadan hazırlanır. Qaranlıq
düşəndən sonra tonqallar çatılır, üstündən tullanırlar. At yarışları və
«keçiqapdı» törənləri şənliklərin əsas hissəsini təşkil edir. El
şənlikləri aşıqların iştirakı ilə daha da rövnəqləndirilir. Aşıqlar
böyük şövq və həvəslə Novruz nəğmələri, «Ərgənəkon», «Manas»
və başqa xalq dastanlarından parçalar söyləyirlər (49).
«Türk Ergenekon bayramı Nevruz» kitabında 1989-cu ilin
Novruzunda Urumçi televiziyasında yayımlanan «Tanrı Dağında
Novruz nəvası» verilişinə istinadən yazılır. «Novruz ilin bahar
mövsümünün elçisi, gecə ilə gündüzün bərabər olduğu və təbiətin
ən ədalətli günüdür. Novruz bayramı uyğurların ənənəvi bir
törənidir». Əcdadlarımız qəbilə, oymaq şəklində köçəri həyatı
yaşadıqları çağlardan bəri bu günü milli bayram olaraq keçirirlər.
Tarixi qaynaqlarda Novruz ilə ilgili belə bir rəvayət günümüzə
qədər qəlib çıxmışdır. Çox qədim çağlarda türk təqvimlərində
hunların əcdadları qırılıb tələf olduğundan türk qövmünün içində
sağ qalan təkqollu bir bala, bir dişi kök qurd tərəfindən Altay
dağlarında əmizdirilib, tərbiyə edilib, böyüdülüb. Bu balanın
212
sonradan on cocuğu olmuşdur. Bu cocuqların nəsli çoxalaraq bir
Novruz günü dağdan enərək dünyaya yayılmışdır.
Əcdadlarımız bu kutlu günü – yenidən başlanğıc, təzədən
doğmaq günü kimi qəbul edərək, hər il bahar mövsümündə Novruz
gününü – milli bayram olaraq qeyd etmişlər (69, 39-40).
Bu nümunədən də açıq-aydın görünür ki, ümumən, türk
dünyasında, türk təfəkküründə Novruzun mənşəyi və mahiyyəti
eynidir. Belə ki, bu düşüncə eyni mənəvi qaynaqdan su içir. «Türk
Ergenekon bayramı Nevruz» kitabında «Uyğur halk ağız ədə-
biyyatının əsasları» adlı əsərdən qaynaqlanaraq yazılır ki, Novruz
qazax, qırğız, özbək və tatar türkləri tərəfindən önəmli bir bayram
kimi qeyd olunur. Novruzun çinlilərin həyat və məişətinə dərin
təsir etdiyi də həmin mənbədə təsdiqlənibdir (70, 40).
Ön Asiya bölgüsünə şərti olaraq Şərqi Anadolunu, Şimali və
Cənubi Azərbaycanı və Özbəkistanı daxil etmək olar. Adları
çəkilən ərazilərdə qismən İran adət-ənənələrinin təsiri hiss olunsa
da, Novruz sistemi bütövlükdə türk düşüncə tərzinin məhsulu
olduğundan, sadaladığımız regionlarda da türk ənənələri üstünlüyə
malikdir. Bu dominantlıq bütün sahələrdə-törənlərdə, xörəklərdə,
məişətdə, adət-ənənədə özünü bu gün də qoruyub saxlayır.
Krım türklərində Novruz navrez şəklində söylənilir. Onlar da
bu bayramı 21 martda qeyd edirlər. Günlərin uzanması, gecələrin
qısalması səbəbindən həmin günə «gündönümü» də deyirlər. Krım
türkləri gecə ilə gündüzün bərabərləşdiyi günü «Kantar» da
adlandırırlar.
Bayram günü uşaqlar üç və səkkiz nəfərdən ibarət qruplar
halında, böyük qol-budaqları olan bir ağac parçasını Novruz çiçək-
ləri ilə bəzəyirlər. Həmin ağac əllərində evləri gəzirlər. Novruz
nəğmələri oxuya-oxuya evləri dolaşırlar. Ağac parçasındakı çiçək-
lərdən birini ev sahibinə verirlər. Ev yiyələri aldıqları «Novruz
çiçəklərinin» əvəzində uşaqlara yumurta, şirni, pul və başqa
bayram sovqatları bəxş edirlər. Çiçəklərlə bəzədilmiş ağac
parçasında isə şal, dəsmal, atlaz parça və şeylər bağlayırlar. Qızlar
Dostları ilə paylaş: |