192
Maraqlıdır ki, heç vaxt şir olmayan Çində bayram şənliklərində
onun müqəvvasını gəzdirib, onunla rəqs ifa edilməsi Novruz
mərasimindən gəlmədir (56).
Çində şirlə bərabər, pişiklər, xoruzlar, meymunlar, ilanlar da
müqəddəs sayılmışdı. Qədim Çində ata xüsusi hörmət bəslənil-
mişdir. Ata belə əlahiddə münasibət atın fövqəlgüc və əhəmiyyətə
malik olması ilə bağlıdır. «Atlar dövlətin hərbi hazırlığıdır. Əgər
səma bu hazırlığı əldən alırsa, onda dövlət tənəzzülə məruz qalar»
(29, 137-139). Çində ata ilahi mənşəli bir varlıq kimi də baxmışlar.
Elə bu inamın nəticəsidir ki, miflərdə səma atlarından danışılır.
Qədim inamlarda qanadlı atlardan söhbət açılır. Geniş yayılmış
miflərin birində at əjdahanın qohumu kimi verilir və suyun,
möcüzəli gücün yaxını hesab olunurdu. Sudan yaranmış qeyri-adi
atlar haqqında, ümumən, türk, o cümlədən Azərbaycan türklərinin
təfəkkürünün məhsulu olan miflərdə də danışılır. Yeri gəlmişkən,
onu da qeyd edək ki, qədim Çində atın belə fövqələzəmətə malik
olması türklərlə birbaşa bağlıdır. Belə ki, həmin atları Çinə türklər
vermişlər. Biz burada məqsədli şəkildə Çin mifologiyasındakı
heyvan kultundan söhbət açdıq. Buna ilin heyvanlar üstündə təhvil
olması ilə bağlı məsələ səbəb oldu.
İlin heyvan və ünsürlər üstündə təhvil verilməsinin özündə
elmi izahını hələ dəqiq bilmədiyimiz dərin bir mətləb gizlənir.
Hələlik əfsanələrə bələnmiş əsl həqiqət tarixin hansı dönəmindəsə
açıqlanacaqdır. İlin müəyyən heyvanlar üstündə təhvil olmasını bir
çox orta əsr mütəxəssisləri də qəbul etmişlər. Zodiak (zodiak yunan
sözü olub, mənası «heyvanlar dairəsi» deməkdir) bürclərinin adları
şərti olsa da, Günəşin il ərzində hərəkət trayektoriyası həmin
bürclərlə əhatə olunur. Günəş il ərzində – 12 ay müddətində zodiak
adlanan – Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb,
Oxatan, Oğlaq, Dolça və Balıqlar bürclərində qərbdən şərqə öz
yerini dəyişir. Bu zodiak bürcləri göy sferasının böyük dairəsi
boyunca yerləşir. Həmin dairə ekliptika adlanır. Ekliptika müstəvisi
193
ekvator müstəvisi ilə 23 dərəcə 27 dəqiqə bucaq altında sferanın
mərkəzindən keçən xətlə kəsişirlər. Yuxarıda qeyd etdik ki, həmin
kəsişən nöqtələr bərabərlik nöqtələri adlanır (66). Bunları qeyd
etməkdə məqsədimiz Günəşin zodiak düzümündə hərəkət ardıcıl-
lığını göstərməkdir. 12 zodiak astronomik hadisənin təzahürüdür.
12 zodiakda heç bir fərqlilik yoxdur. Yalnız zodiakların adlarında
müəyyən şərtilik ola bilər.
Bütün dünyada tanınmış məşhur özbək alimi Uluqbəy (1394-
1449) tərtib etdiyi astronomik cədvəllərdə və «Yeni astronomik
cədvəllər» əsərində yaz gecə-gündüz bərabərləşməsi vaxtını həmin
heyvanların adları ilə 12 yerə bölmüşdür və hərəsinə 2 saat ayır-
mışdır. 24 saatdan ibarət olan sutkanın hər iki saatı bir heyvanın adı
ilə adlanır. Saat 00-dan 2
00
-ə kimi, 2
00
-dən 4
00
-ə, 4
00
-dən 6
00
-ya,
6
00
-dan 8
00
-ə və s.
Dəqiq koordinatlar və təsdiqini tapmış astronomik müşahidələr
vasitəsilə Novruzun astronomik hadisə olduğu qəbul edilibdir.
Martın 21-də Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə
keçməsi, bunun nəticəsində kainat və təbiətdə köklü dəyişikliklərin
baş verdiyi gözləgörüləsi, hissolunası, duyulası gerçəklikdir.
Kainatın əzəli-əbədi qanunlarına söykənən Novruz sistemi əfsanə
və dinlə bağlılığı qəbul etmir. Novruz sistemi kainat qanunlarına
əsaslandığından ən qədim dinlərdən olan zərdüştlikdən belə çox-
çox əvvəl yaranıb. Novruz bayramının nəinki islam dinindən, hətta
atəşpərəstlikdən də əvvəl meydana gəldiyini tarixi fakt və mənbələr
təkzibolunmaz dəlillər və sübutlarla təsdiqləyibdir. Görkəmli
Azərbaycan şairi N.Gəncəvi «İskəndərnamə»də yazır ki, İskəndər
İran və Azərbaycana gəlməmişdən əvvəl buralarda Novruz və Sədə
bayramları keçirilirdi. Novruz sisteminin uca nöqtəsi sayılan bay-
ram hissəsi ayın, günün dəyişdiyi astronomik hadisə olduğundan
hər hansı dini baxışa və ya digər düşüncəyə dünyəvi ehtiyacı yox
idi. Biruninin dediyi kimi, «bayram var ki, səbəbi dini işlərdir,
bayram da var ki səbəbi qeyri-dini işlərdir». O, Novruzu qeyri-dini
bayramlar sırasına aid edir.
194
İ.S.Braginski «Bahar bayramı haqqında» məqaləsində yazır ki,
Novruz bayramından yazan orta əsr müəllifləri Şərq ölkələrində
hətta islam dini yaradıldıqdan sonra da bu bayramda yaz əmək
ənənələrinin möhkəm yer tutmasını qeyd etmişlər. «Avesta» Nov-
ruz sistemindən kifayət qədər bəhrələnibdir. Zərdüşt dinində od
müqəddəs sayılıb. Bu özəl inam Novruzdan gəlirdi. Ancaq Novruz-
dakı oda inancla «Avesta» inamı arasında kəskin fərq də duyulur.
Novruz düşüncəsində odun üstündən tullanmaq, odda təmizlənmək
adəti olduğu halda, zərdüştlükdə bu hərəkət qəbahət sayılırdı.
Müqqədəs hesab edilən şeyin üstündən tullanmaz, ağırlıq-uğurluğu,
azar-bezarı onun üstünə tökməzlər. Bu mərasim atəşpərəstlikdən
çox-çox qədimdir. Görünür, o dövrdə hələ od müqəddəsləş-
dirilməmişdir (51). Ancaq islamın müqəddəs kitabı olan Quranda
Novruz bayramının adı belə çəkilməyibdir. Novruz bayramının
Həzrət Əli ilə əlaqələndirilməsi heç bir məntiqə uyğun gəlmir. Ən
birincisi, Novruzun islam dinindən xeyli əvvəl formalaşdığı həqiqi
təsdiqini tapıbdır. Həzrəti Əlinin Novruz bayramının yaradıcısı
kimi qələmə vermək gerçəklikdən çox uzaqdır. Axı Əli İbn Əbu
Talıbın vətəni olan Ərəbistanda Novruz bayramı birmənalı şəkildə
qeyd olunmur. Bu məsələdə Həzrəti Əli ilə bağlı ikinci bir əsassız
versiya da irəli sürülür ki, bu da havadan asılı qalır. Bu versiyanın
tərəfdarları yazırlar ki, guya Məhəmməd peyğəmbər həmin gün
(Novruz günü) Əlini şiələrin başçısı elan etmişdir. İslam tarixindən
məlum olur ki, şiəlik bir təriqət kimi Həzrəti Məhəmməd dünyasını
dəyişəndən sonra meydana gəlibdir.
Əsl həqiqəti isə islam tarixinin özü diktə edir. Tanınmış fransız
islamşünası A.Masse tarixi faktlara istinadən yazır: «656-cı il
dekabr ayının əvvəllərində Əlinin xəlifə seçildiyi gündən beş aydan
artıq vaxt keçmişdir» (43, 52).
Bu tarixi faktdan açıq şəkildə aydın olur ki, Əli hakimiyyətə
martda (Novruzda) yox, iyulun əvvəllərində keçmişdir. Tarixin
yaddaş da təsdiqləyir ki, Əlinin hakimiyyətə gəlməsinin Novruzla
heç bir bağlığı yoxdur. Novruz türklərin əhval-ruhiyyəsinə uyğun
Dostları ilə paylaş: |