28
Qədim türk düşüncəsinə görə, yuxarıda göy, aşağıda yer yaran-
dıqdan sonra onların arasında insan övladı əmələ gəlmişdir. Göy
üzündəki Günəş türklər arasında əlahiddə ilahi məna daşımışdır.
Türk xaqanının çadırı həmişə üzü Şərqə-gündoğan tərəfə qurular-
mış. Günəş müqəddəsliyinin mayasında təbiətin bir çox kom-
ponentləri durur. Günəş qurd, aslan bəlgəsi olmaqla yanaşı, təbiətin
əsas yaradıcı ünsürlərindən olan odun da gerçək simvolu və özü idi.
Odun insan tərəfindən əldə edilməsi bütövlükdə bəşəriyyətin həya-
tında əsaslı dönüşə səbəb olmuşdur. Təbiətin ən vacib olan dörd
ünsürü (od, su, torpaq, hava) barədə qabaqda danışacağımızdan
burada söhbət açmağı lüzum bilmirik. Ona görə ki, qədim türklər
şamançılıqdan sonra dünyanıdərkin ali məqamı sayılan Tanrıçılıq
məqamına yüksəlmişlər. Tanrıçılığa gələn yol şamançılıqdan keçir.
Şamançılığın özündə də Tanrıya-ruha qovuşma mərkəzi yer tutur-
du. Qədim türklər qəlbən, mənən Tanrıya bağlı olublar. Həyatları-
nın yalnız Tanrıdan asılı olacağını, gələcək günlərinin təminatını da
Tanrıda görüblər. Tanrıçılıq inancı eradan əvvəl Sayan, Altay, Orta
və Mərkəzi Asiyada, Qıpçaq düzlərində, Oafqazın şimal və
cənubunda geniş yayılmışdı. Qədim türklərdə Allah-Tenqrı, Tenqri
xan adlandırılırdı. Məşhur fransız türkoloqu və dinşünası Yan Pol
Runun düşüncəsinə görə, e.ə. türklərdə «İnsan – Göy», «İnsan –
Günəş» Tenqri (Tanrı) sitayiş obyekti olmuşdur. Çin tarixçiləri də
Tenqri Allahının meydana gəlməsini e.ə. 5-ci əsrə aid etmişlər (45,
100). Bu gün bizim Tanrı kimi qəbul etdiyimiz Allaha buryatlar
Tenqri, monqollar Tenqer, Çuvaşlar Tura desələr də, məna-məz-
mun eynidir. Tanrı – işıq, ruh, şəxsləndirilmiş kişi ilahi başlanğıcı
məzmununu daşımışdır (45, 100). Burada onu da qeyd etmək
yerinə düşərdi. Bir çox şumer ədəbiyyatında şumerlərin Tanrıya
(Allaha) dinqir dedikləri göstərilir (72, 500). Ümumiyyətlə, Tanrı
sözünü işlədən xalqlar onu göy üzü, səma ilə bağlamışlar. M.Seyi-
dovun gəldiyi qənaət belədir: tenqri əski türklərə aiddir (15, 52).
Tenqri, Tanrı kosmik miqyasda, kainat parametrində düşünül-
müşdür. Göyün-kainatın, yerin-planetin, ümumən, canlı-cansız
29
aləmin taleyini Tanrının müəyyənləşdirdiyini qəbul etmişlər. Başqa
xalqlardan fərqli olaraq, türklərdə Allah tək idi. Yuxarıda göstərdik
ki,
Tanrıya şəxsləndirilmiş kişi bəlgəsi kimi də inanmışlar. Doğum
ilahəsi olan Umay Tanrının xanımı imiş. Umay gözəllik və artım
ilahəsi imiş. Umay adına Orxon-Yenisey abidələrində də rast gəli-
rik. Qədim türk mənbələri göstərir ki, xaqan, onun ordusu Tanrı ilə
Umaya, adətən, birlikdə ibadət edər, döyüşlərdən zəfərlə qayıtmaq
niyyəti ilə onlardan yardım diləyərmişlər (33, 14). Bu dövr
Tanrının mifikləşdirildiyi dövr idi. Uzun illərin təfəkkür dəyişikli-
yindən sonra Tanrı mif dövrünü başa vurur, birdəfəlik göylərə
yüksəlir. Dünyaya meydan oxuyan türk xaqanının özü Tanrıya sığı-
nır. Tanrıçılıq dininin formalaşması və yayılmasında türk xaqanları
xüsusi rol oynamışlar. Türklər göyü doqquz qata bölmüşlər. Hər bir
qatda dixotomiyanı (ikiyə bölünmə) təsəvvür edirdilər: işıqlı və
qaranlıq , xeyir və şər və s. Yakutlarda xeyir Allahı-Ayn-Toyon (və
ya Aar Toyon), yeraltı şər qocası Allara Ohonyor (və ya Arsan
Duolay) adlandırılımışdır. Altay türklərində işıq allahı Ulgen, şər
ilahəsi Erlik sayılırdı (45, 103). Tam əminliklə demək olar ki,
«Avesta», sırf türklərin dünyagörüşünün məhsulu olan Tanrıçılıq-
dan gen-bol bəhrələnmişdir. Bu dualizm ilkin olaraq türk
təfəkküründə yaranmış, sonrakı tarixi mərhələlərdə də özünü
həyatın inkişaf qanunu kimi doğrultduğundan əbədi həyat qanunu
statusu qazanmışdır. Dualizm-təbiət və cəmiyyətin qanunauyğun-
luğudur. Bu əzəli-əbədi qanun təbiət və cəmiyyətin simmetriyası-
dır. Kainat və planetin, təbiət və cəmiyyətin gözlə görünməz
harrmoniyasını dualizm tənzimləyir. Dualizm, ən başlıcası, həyatın
dinamikasıdır. Elə bu məqamda onu da vurğulamaq istərdik ki,
Novruz sisteminin də mərkəzində dualizm durur. Bundan başqa,
bütün dünya dinlərinin nüvəsində Novruz sisteminin komponentləri
dayanır. Novruz sistemi həyatın inkişaf qanunlarının məcmusudur.
Tanrıçılıq dininin də bazasında Novruz təfəkküründən süzülüb
gələn ideyalar durur. Monqollar göydə müəyyən ulduzlar və ulduz
bürclərinin yaranması ilə əlaqədar Tenqri xana müxtəlif ləqəblər
30
vermişdilər. İlin müxtəlif vaxtlarında Göy-Tanrının başqa-başqa
adı olurdu. Ona görə ki, göydə, ümumən, həyat və təbiətdə olduğu
kimi, vaxtlı-vaxtında dəyişikliklər baş verirdi (45, 101).
Bu gün Novruz kimi qəbul etdiyimiz sistemin mərkəzində
dünyanıdərk, kainat və təbiətin kod və koordinatlarını ələ keçirmək
dururdu. Tam məsuliyyətlə deyə bilərik ki, buna da ilk dəfə qədim
türklər nail olmuşlar. Ayağının altındakı yerin başının üstündəki
Göy-Tanrıdan asılı olduğunu əcdadlarımız həssaslıqla müəyyən
etmişdilər. İbn Fədlanın yazdığına görə, haqsızlığa rast gələn,
ədalətsizliyə düçar olan oğuzlar başlarını göyə qaldırıb deyərdilər:
«Bir Tenqri!» (11, 83). Göy-Tanrının varlığını türklər, peyğəm-
bərlər və onların müqəddəs kitabları ilə deyil, birbaşa Göy-Tanrının
türklərə bəxş etdiyi kodlar vasitəsi ilə dərk etmişlər. Bir çox
xalqlardan fərqli olaraq, türklər dünyanıdərkə Tanrını (tək Allahı)
dərk etməklə başlamışlar. Digər xalqlar türklərdən çox-çox sonralar
təkallahlılığa gəlib çıxmışlar. Bu dərketməni müxtəlif fonetik
dəyişmələrlə şumerlərin Dingir (tanrı) deyimindən başlamış Ten-
geri (Altay), Tanrı (Azərbaycan və Türkiyə), Teniri (qazax), Tenre
(başqırd), Tenri (uyğur), Tangrı (özbək), Tenir (qaraqalpaq), Tura
və ya Tora (çuvaş), Tenir (qırğız) və b. türk xalqlarının təfək-
küründə uzun bir proses keçdiyinin şahidi oluruq. Tanrının türk
xalqlarında indi Allah dediyimiz (biz bu gün də daha çox Tanrı
deyirik) və göy üzü-səma mənasında işlənildiyi artıq bütün dünya
tədqiqatçıları təsdiqləyirlər. Bəşəriyyətin sonrakı mədəni inkişafı
bir daha əyani formada türklərin dünyanıdərk təfəkkürünün
böyüklüyünü təsdiqlədi. Türklərin Göy-Tanrı inamından çox-çox
sonralar meydana gəlmiş monoteist dinlər, o cümlədən ən mü-
tərəqqi və sonuncu din sayılan islam dininin təməl dəyərlərindən
çıxış edərək deyə bilərik ki, türklər Tanrının kimliyini kifayət qədər
dərk etmişlər. İslam dininin buyurduğu: la ilahə illəllah (Allahdan
başqa Allah yoxdur) dünyagörüşünə türklər e.ə. gəlib çıxmışdılar.
Dostları ilə paylaş: |