16
etimologiyası bu günə qədər mübahisəyə səbəb olmayıbdır.
Bilqamıs – hər şeyi bilən və dünyanın hər üzünü görmüş adamdır.
«O, insandır, yarıdan çoxu tanrıdır ancaq» şumerlərin insanı
tanrımisallı görməsi insan böyüklüyünə olan inamdan irəli gəlir.
Onların bütün əməllərinin mayasında onun nəslinin davamı, hə-
yatın əbədiliyi dayanıb. Uruk şumerlərin dövlət şəhəridir. Bu şəhəri
Bilqamıs öz əlləri ilə salıb. Uruk adını Bilqamıs təsadüfən
seçməyib. Uruk yurd-yuva, nəsil-kök mənalarını daşıyır. Uruk sozü
bu gün də diliımzdə işlək haldadır. Bu gün xalqımızın gündəlik
leksikonunda «Uruğun üzülsün!», «Uruk-turuğun kəsilsin», «Uruk
-turuğun lənətə gəlsin!» kimi qarğışları işlədilir.
Dərin inam və böyük cəsarətlə demək olar ki, şumerlər dün-
yanın əzəli və əbədi qanunlarını – kainat (kosmos) və planet (yer)
qanunlarını kifayət qədər incəliklə duymuş və onlara lazımınca
əməl etmişlər. Daha doğrusu, bu qanunlara əməl etməyə özlərini,
bir növ, məcbur etmişlər. Başa düşmüşlər ki, təbiətdə kainat və
planet qanunlarına əməl etmədən yaşamaq və nəsil artırmaq heç cür
mümkün deyildir.Qədim yunan alimi Pifaqor sonralar kainat
(kosmos) və planetə (yer) bu cür baxışı «ezoterika» adlandırmışdır.
Bu termini ilk dəfə elmə Pifaqor gətirmişdir. Ezoterika sözünün
mənası gizli, sirli deməkdir. Yerlə göyün – mikrokosmosla
makrokosmosun vahidliyi və bunların gizli, daxili əlaqəsi ezoterika
adlandırılır.
Qədim şumerlər yaxşı dərk etmişlər kı, təbiətlə baş-başa, kəllə-
kəlləyə gəlib yaşamaq olmaz, təbiətlə yalnız baş-başa verib həyatı
davam etdirmək mümkündür. Şumerlər bu qənaətə uzun illərin
dərin və hərtərəfli müşahidələrindən sonra gəlmişlər. «Bilqamıs»
dastanı 12 lövhədən ibarətdir. Bu 12 lövhəyə də təsadüfi bir rəqəm
kimi baxmaq olmaz. Çox maraqlıdır ki, 12 sayı «Bilqamıs»ın
mənəvi varisi olan «Dədə-Qorqud» dastanında da davam etdiril-
mişdir. «Kitabi-Dədə Qorqud» dastanı da 12 boydan ibarətdir.
Böyük ehtimalla demək olar ki, bu 12 rəqəmi ilin aylarına işarədir.
Ancaq onu birmənalı demək olar ki, kosmik zaman dəyişilməzdir.
17
Qədim şumerlər zamanı nominallaşdırmışdılar. «Bilqamıs»
dastanının Babil versiyasının 3-cü lövhəsi «Yel lövhəsi» adlanır.
Şumerlər indi Novruz adlandırdığımız dünyanıdərk sisteminin ilkin
qanunauyğunluqlarını yaratmışlar. Kainatın harmoniyasını yarada-
nın Anu (Göy Tanrısı), Planetin qurucusu Enlil (külək və yer Tan-
rısı) olduqlarını qəbul etmişlər. Şumerlər dialektikcəsinə qəbul
ediblər ki, bu harmoniya həyatın, cəmiyyətin inkişafını tənzimləyir.
Əksinə, disharmoniya fəlakətlərə səbəb ola bilərdi. «Bilqamıs»
dastanında həyat ağacının yaşamağı və əbədi olmasının düsturu
göstərilib. Bu da dualizmin yaratdığı əbədi və əzəli mübarizədir.
İnsan həyatı yalnız ondan – hərəkətdən, mübarizədən asılıdır. Şu-
merlər insanın bioloji və əbədi yaşayışının kodlarını özləri üçün
müəyyənləşdirmişdilər. Dastanda bu belə açıqlanır: «Çörəkdən ye,
Enkidu, bu, həyat nemətidir, sikera içkinən sən, o, dünya qismə-
tidir. Enkidu doyanacan, o ki var, çörək yedi. Üstündən yeddi kü-
yüm sikera gillətdi. Onun ruhu oynadı, beyni tamam açıldı, qəlbinə
sevinc doldu, çöhrəsini nur aldı». Şumerlər həyatlarının torpaqdan,
sudan asılı olduğunu, həyatlarında əksliklərin vəhdətini, Günəş, Ay
və Ulduzların ömür-günlərinə birbaşa təsir etdiklərini incəliklə
duyublar. Onlar həyatlarında əksliklərin vəhdətini əyani şəkildə
hiss etdiklərindən, təkamülə təkan verəcək dualizmə meyilli olub-
lar. Bilqamıs dostu Enkidu ilə birlikdə Sidr meşəsində məskunlaş-
mış, ağzından alov çıxan, nəfəsi qan qoxuyan Humbabanı məhv
edirlər. Humbabanın ölümünə bais olmuş Enkidu da Tanrılar tərə-
findən ölümə məhkum edilir. Enkidu dostu Bilqamısın gözləri
önündə işıqlı dünya ilə vidalaşır. Bilqamısın gözləri qaralır, gen
dünya başına dar olur. Bilqamıs insan ölümünü qəbul etmək
istəmir:
«Ölüm məni qorxudur, qoymur dayanım rahat,
Tapa bilərəmmi mən, görən, əbədi həyat?
18
Bilqamıs ölümə qalib gəlmək, insanları onun məşum əlindən
qurtarmaq üçün çətin və məşəqqətli bir səfərə çıxır. Həyatın çıxıl-
mazlıqlarına baş vurur, əzab-əziyyətlərə düçar olur. Ancaq min bir
əzab-əziyyətdən sonra əldə etdiyi dirilik çiçəyi ona nəsib olmur.
Ömür-gününü mübarizələrdə keçirmiş Bilqamıs həyatın əbədi o-
madığını dərk edir.
«Bilqamıs» dastanının ideya-mənəvi qaynaqlarını Novruz də-
yərləri təşkil edir. E.ə. IV-III əsrlərdə şumerlər kosmoloji müşahi-
dələr əsasında belə qənaətə gəlmişlər ki, səmada bürclərin
harmonik hərəkətləri nəticəsində Planetdə (Yerdə) ciddi dəyişik-
liklər baş verir, fəsillər yaranır. Şumerlər dəqiqləşdirmişdilər ki,
yeddi qardaş bürcü (şumerlər bu bürcə keçi bürcü deyirdilər), Şir
bürcü (şumercə Çar bürcü) və Dolça bürcü (şumerlər Keçi bürcü
deyirdilər) səmada yerlərini dəyişməklə fəsillər bir-birini əvəzləyir.
Fevral ayının 10-da Şir bürcü Zenitdə olan vaxt Öküz bürcü göy
üzündən çəkilir. Və 40 gün səmada görünmür. Göy üzündə
bürclərin əsaslı formada yerlərini dəyişmələri Şirlə Öküzün «vuruş-
ması», Şirin Öküzü didib-yeməsi» kimi qiymətləndirilir (60).
Bu astronomik kəşf, yenilik şumerlərin ən böyük kəşfi sayıl-
malıdır . Şumer təfəkkürünün məhsulu olan bu kosmoloji kəşfin
sayəsində Yaxın Şərqdə ilk dəfə baharın gəlişi, təbiətin dirçəlişi
bayram edilmişdir. Şumer astronomları fəsillərlə bağlı təqvimlər
tərtib etmiş, ulduzlarda baş verən yeniliklərə diqqət yetirmiş, kainat
və təbiət proseslərində bunlardan şüurlu şəkildə istifadə etmişlər.
Onlar əyani şəkildə müəyyən etmişdilər ki , yaz girən gündə (martın
22-də) səmada Şir deyilən ulduzlar topası göy üzünün ən uca
nöqtəsində yerləşir. Şumerlərin bu astral elmi düşüncəsi bir çox
tarixi mənbələrdə simvolik motivlər ilə rəsmlərdə təsvir edilmiş
formada qorunub saxlanılıbdır. Həmin vaxt Yaxın Şərqdə Şirin
(sonralar qanadlı şirin – qrifonun) Öküz və ya Maral üzərində
qələbəsi təsvir edilmişdir. Azərbaycan ərazisində şir və maralla
bağlı kompazisiyalı təsvirləri özündə qoruyub saxlamış xeyli sayda
maddi mədəniyyət abidələri tapılmışdır. Qax rayonunun Qarabulaq
Dostları ilə paylaş: |