22
ondan da işıq mənbəyi olan Günəş, Ay, planet və ulduzlar yara-
nıblar. Göyün yerdən ayrılması ilə bitkilər, heyvanlar və insanlar
yaranmışlar (27, 89).
Şumerlərin hansı xalqın əcdadları olması bəzi tarixi mübahisə-
yə səbəb olsa da, ancaq bəşəriyyətin ilkin övladları, özü də ağıllı,
təfəkkürlü olmaları bütün dünya tədqiqatçıları tərəfindən mübahisə-
siz qəbul edilibdir. Şumerlər harmonik, biçimlənmiş, gerçək və
dinamik təfəkkür sahibi olublar. Sivilizasiyanın bugünkü kosmik
inkişafı prizmasından da baxsaq görərik ki, şumerlər arxaik və
primitiv təfəkkür tərzinə malik olmayıblar. Onların tarixi hərəkət
trayektoriyası da zamanın qaçılmaz gerçəkliyidir. Şumerşünasların
əksəriyyəti onların Babilistana Mərkəzi Asiyadan gəldiklərini,
akkad və semitlərlə vuruşdan sonra doğma yurdlarına – Mərkəzi
Asiyaya və Orxon-Yeniseyə qayıtdıqlarını təsdiqləyirlər (13).
«Zəngin mədəniyyətə, dil və ədəbiyyata, elmə və sənətə malik
olan şumerlər Babilistandan «silinib», o torpaqdan çıxsalar da, yer
üzündən silinə, tarix səhnəsindən çıxa bilməzdilər. Şumerlər
məğlubiyyətdən sonra semitlərlə barışa, Dəclə-Fərat çayları arasına
sığınıb qala bilməmişlər» (13, 18).
Qədim Yunanıstanın filosof tarixçisi Aristotel və ondan sonra
gələnlər şumerlərin dünya mədəniyyətinin ilkin yaradıcıları olduq-
larını qəbul etmişlər. Tarixi həqiqəti olduğu kimi qəbul etmiş bir
çox tarixçilər şumerlərin qədim türklərin əcdadı olduqlarını bir-
mənalı təsdiqləmişlər. E.Əlibəyzadə «Azərbaycan xalqının mənəvi
mədəniyyət tarixi» əsərində 1861-ci ildə Sankt-Peterburqda nəşr
edilmiş «Çetıre stati iz Zendavesta» kitabından belə bir nümunə
gətirir: «Maqlar mənşə və soykökü etibarı ilə şumerlərlə qohum
idilər» (12, 214).
İngilis alimləri S.Leoyd və Q.Çayld bu qənaətə gəlmişdirlər:
«Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəc-
lə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan
saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya
23
sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin
məşəli alışdı (12, 62).
Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin dilində
İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və
Ural-Altay dilləri ilə birbaşa qohumluq vardır (12, 63).
Türk alimi Ahmet Cavat isə birmənalı şəkildə yazır: «Şumer
dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər
haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin
morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını
qəbul edir. «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin
çoxlu sübutları var. Bizi bu qənaətə gətirən iki ən güclü sübut
vardır:
1) dil sübutu, 2) geoloji və arxeoloji sübut» (12, 63-64).
Tanınmış şumerşünasların bir çoxu şumerlərin iskit-türk mən-
şəli xalq olduğunu təsdiqləyirlər. Məşhur şumerşünas alimlər
M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin
türklərlə genetik qohum olduqlarını qeyd ediblər.
Dmitri Reder yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə
məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz
nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o, iltisaqi
dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə
müqayisə edilə bilər» (73, 15). Polyak alimi Marian Belitskiyə
görə, Babilistana gələn şumerlər özləri ilə yüksək mədəniyyət
gətirmişlər. Onlar soykökü, dil və mədəniyyətinə görə semit
tayfalarına yaddırlar (72, 48). E.Əlibəyzadə «Qədim dünyanın ulu
kitabı» monoqrafiyasında tanınmış şumerşünas Elize Reklüdən
maraqı bir iqtibas gətirir: «Qədim yazıların şəhadətinə görə, Babil
sivilizasiyasını inkişaf etdirənlər Hind – Avropa dillərində danışıb,
özlərini dil və mənşəcə Avropanın həqiqi və yalançı ari xalqlarının
qohumu sayan qəbilələr olmamışlar. Arilərin bütün sahələrdə tam
üstünlüyünün təsiri altında olan assirioloqlar özlərinin bu kəşfindən
xeyli heyrətə gəldilər, onlar heyrət içində gördülər ki, ən qədim
24
oxşəkilli yazıların dilində İran və semit dillərinə xas olan cizgilər
qətiyyən yoxdur. Əksinə, Turan və Ural-Altay dilləri ilə birbaşa
qohumluq var. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dil-
lər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına
görə tamamilə başqa bir dildir, Babilistanın digər müxtəlif sakin-
lərinin danışığına heç cür uyğun gəlmir» (13, 19).
Bu səpkili nümunələr onlarcadır. Şumerşünasların bir çoxu
şumer abidələrində işlənmiş sözlərin bu gün də dəyişilmədən türk
dillərində işlənildiyini qeyd edirlər. Məşhur şumerşünas S.N.Kra-
mer «Tarix şumerdə başlayır» (Moskva, 1965) kitabında «Əkin-
çinin təqvimi» adlı şumer mətninin tərcüməsində torpaq ölçü vahidi
olan qaruş-qarış sözünü olduğu kimi saxlamış, tərcümə etməmişdir.
S.N.Kramer yazır: «Əkinçiyə hər qaruş torpağı, səkkiz şırım etmək
məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa «iki barmaq»
dərinliyində düşsün» (71, 80).
Məlumdur ki, qaruş=qarış sözü bu günün özündə əski mənasını
qoruyub saxlamaqdadır. Bu günün özündə belə dilimizdə «bir qarış
torpaq» ifadəsi işlənir. Müasir Azərbaycan türkcəsində şumerlərə
aid olan bir sıra sözlər mövcuddur. Məsələn, arpa, saman, su, qa-
nun, un, gülab, min, əl, tanrı və s. (62,59). Ümumən, türk dillərində
qədim şumer dilinə xas olan yüzlərlə söz vardır. Bəzi təqiqatçıların
şumerləri eyniləşdirdikləri semit dillərində belə nümunələrə rast
gəlmək mümkün deyildir. Bu dəyişilməmiş dil faktları da bir daha
şumerlərin türklərin sələfləri olduğunu təsdiqləyir.
Türk etnosunun zəngin həyat tərzi, mükəmməl bir mədəniyyət
sisteminin yaradıcısı olması, dünya sivilizasiyasında əlahiddə payı
olduğu artıq dünya etnokulturologiyası tərəfindən etiraf olun-
muşdur. Etnosun adını ifadə edən türk sözünün özünün etimoloji
açımı «törətmək», «yaratmaq», «qayda-qanun yaradan», «güclü,
qüvvətli» mənalarını verir.
Qədim türklər bu gün dünyanın siyasi xəritəsinin böyük bir his-
səsini tutan Türküstan adlanan ərazinin sakinləri və sahibləri
Dostları ilə paylaş: |