31
Maraqlı tədqiqatlar müəllifi olan alman alimi Q.Dörfer Tenqri
barədə qədim məlumatlar əldə etmiş, Tenqri anlayışının erkən, hələ
şamanlardan başlamış, onu dini inkişafın ən ali pilləsinədək təşək-
külünü ardıcıl izləmişdir. Tədqiqatçının fikirincə, Tanrıçılıq bəşə-
riyyətin ilk monoteist dinlərindəndir (45, 101). Bu məsələdə
türkoloqlarla həmfikir olan dünyanın tanınmış teoloqları da
türklərin hələ eradan çox-çox əvvəl bütpərəstlikdən uzaqlaşdıq-
larını dönə-dönə qeyd etmişlər.
Əski türklər kainat (kosmos) və planetin (yerin) başlanğıcının
bir olan Tanrı olduğuna şəksiz-şübhəsiz inanmışlar. D.Banzarovun
təbirincə desək, göy üzü hər zaman yerdəki düzənin, ədalətin, qa-
nunun qoruyucusu missiyasını öz üzərində daşımışdır. Türk mifik
düşüncəsinə görə, göy üzü bütün canlılara həyat, yer isə forma,
şəkil verir (11, 86).
Novruz sisteminin bazisində Tanrıçılıq durur. Novruzdakı
Tanrı-Göy (Kosmos) – Planet (Yer) harmoniyası, işıq-zülmət,
xeyir-şər qarşılıqlı (dualizm) və s. anlayışlar Tanrıçılıqdan qida-
lanır. Bu günün özündə də Tanrı inamı və inancı yaşayır. Hər şeyi
Tanrının umuduna buraxmaq bu günün özündə hələ də şüuraltında
qalmaqdadır. Bu gün də deyirik: «Hər şeyin yaxşısını Tanrı bilir»,
«Tanrı bilsin», «Qoy Tanrı özü cəzasını versin» və s.
Qədim türklər Tanrının yeganə güc mərkəzi olduğunu, onun
ədalətsizlik edənləri, günah işlədənləri – Göy-Yer, Kainat-Planet
qayda-qanunlarının əleyhinə gedənləri cəzalandırdığını yaxşı dərk
etmişdilər. Türk mifoloji düşüncəsinə görə, dünyanı on yeddi ilahə
idarə edir. Bunlar aşağıdakılardır:
Göy-Tanrı, Yer-Sub, Humay, Erlik, Yer, Su, Od, Günəş, Ay,
Ulduz, Hava, Bulud, Külək, Qasırğa, Şimşək və İldırım, Yağış,
Göy qurşağı. Monqollar isə dünyanı 99 iİahənin idarə etdiyinə
inanırdılar. Göy-Tanrı baş Tanrı olduğundan 17 ilahəni xəlq edən-
dir. Bu mifikləşdirilmiş 17 Tanrı Novruz sisteminin ən əsas
komponentləridir. Bu ünsürlərsiz kainat və planet, təbiət və cəmiy-
32
yət, bütövlükdə bəşəriyyət yoxdur. Yer-Sub türklər üçün gözlə
görünən bütün aləm demək idi. Türklər, üzərində yaşadıqları vətəni
– torpağı Yer-Sub anlayışında qəbul edirdilər. Onlar vətənə Tanrı
haqqı kimi baxırdılar. Elə bu təfəkkürün nəticəsi idi ki, türklər
vətənə xəyanətdən qorxardılar. Onların düşüncəsinə görə, Yer-
Subun halallığı olmadan insan yer üzərində xoşbəxt ola bilməzdi.
İkinci ilahə Humaydır. Onun adına ilk dəfə Gültəkin abidəsində
rast gəlinibdir: «Umay təq öq im katun kutınqa inim Kültiqin ərat
boltı» (On yaşda olanda Humay tək anam Xatunun şərəflnə kiçik
qardaşım Kültigin igid adı qazandı) (33, 261).
Tonyuquq abidəsində də Umay adına rast gəlinir. Humay-
Umay Göy-Tanrının zövcəsidir. Humay-Umayın Göydə yaşadığına
inanılır. O, insanlara işıq, şüa salır. Belə bir inam hasil idi ki, bu
şüa-işıq insanların bədəninə daxil olur və ömrünün axırına qədər
qalır.
Bu, ilahi (kosmik) enerjidir. Qədim türklər Yer ilahəsini də
Göy-Tanrının tərəf-müqabili – qadını simvolunda qəbul etmişlər.
Türklərin düşüncəsinə görə, Göy-Tanrı yerləri mayalayır. Yağış
yağır, yer canlanır, ot-ələf bitir, canlılar onlardan qidalanır. Qədim
türklər dağı, torpağı yaradıcı saymışlar. Türk tayfalarının bir çoxu
əcdadlarının dağda, mağarada yaranmasına inanmışlar. Əcdadları-
mız olan türk tayfalarının bəziləri insanın torpaqdan yarandığını
qəbul etmişlər. Fikrimizcə, türklər digər həyat ünsürləri kimi, yeri-
torpağı da canlı qəbul etmişlər. Bu, səhv düşüncə olmamışdır.
«torpağın ana olması inamı daha bir görüşlə səsləşir. Bir çox əski
xalqların, eləcə də türk xalqlarının ulu babaları inanırmışlar ki,
Günəş hər nəsnənin yaradıcısıdır. Deyəsən, əski türk insanı inanmış
ki, Günəşdən torpağa gələn yaruq – şüa onun da yaranmasında ata
rolunu oynamışdır» (15, 87). Türklər bu düşüncələrində də ağıllı və
haqlı idilər. Günəş şüası olmadan yer üzərində canlı aləmin
mövcud olması mümkün deyildir. Ümumən, türklər bu düşüncə də
idilər ki, yer ana kimi insanları doyurur. Bu işıqlı dünya ilə vida-
33
laşanda da yer ona əbədilik yiyə durur. Yer (torpaq) türk
düşüncəsində əzəli-əbədi müqəddəs tutulubdur.
Qədim türklərə görə, Su Yerin bacısı idi. Kosmoqonik dü-
şüncəyə əsasən, əvvəlcə təkcə su varmış. Suya baş vurmuş səma
ördəyi dəryadan torpaq götürmüşdür. Səma ördəyinin götürdüyü
torpaqdan Yer yaranmışdır. Əfsanəyə görə, Tanrı torpaqdan kişi,
kişinin qabırğasından da qadını yaratmışdır. Çox maraqlıdır ki,
insanın yaradılışı elə bu şəkildə islam dinində də qəbul olunubdur.
İslam dininə görə də, Tanrı insan övladı Adəmi torpaqdan, Həvvanı
isə onun qabırğasından yaratmışdır. Qədim türklərin suya müqəd-
dəs baxmalarının kökündə suyun həyat elementi olması dururdu.
Su həyatdır. Onsuz həyatın inkişafı, intişarı yoxdur. Turanlılar odu
Tanrının nəfəsi, günəşin oğlu hesab edirdilər. Türklər o düşüncə də
idilər ki, od tanrısı yerdə yaşasa da, öləndən sonra tüstü şəklində
göylərə qalxmasını ata-babaya qovuşması düşüncəsində idilər.
Türklər yazın tez gəlməsi üçün Günəşə üz tutub odu, istini
diləyiblər. «Odun, istinin bəlgəsi çırağı-odu yandırırlar və bununla
inanırdılar ki, od çevrəni, torpağı qızdıracaq, onu əkinə hazır-
layacaq, otu bitirəcəkdir» (17, 13). İnsanlar suya dirilik-əbədilik
mənbəyi kimi baxmışlar. Suya olan bu münasibət onu digər
ünsürlərdən tamamilə üstün tutulduğunu göstərir. Belə deyirlər ki,
Xızırla İlyas eşidirlər ki, İskəndər abi-həyat axtarır. Onun yanına
gedirlər. İskəndərin qaranlığı işıqlandıran iki daşı varmış. Onun
birini Xızırla İlyasa verir. Hərəsi üz tutub dünyanın bir tərəfinə su
dalınca gedirlər. Qaranlıq dünyada Xızırla İlyas acırlar, balıq
yeməyə hazırlaşırlar. Xızır əlini yuyub yeməyə başlamaq istəyəndə
əlindən bir damla su balığın üstünə düşür. Balıq dirilərək suya
atılır. Xızırla İlyas axtardıqları dirilik suyunu tapdıqlarını güman
edib, bu sudan içirlər. Ancaq qeybdən gələn səs deyir ki, bu barədə
İskəndərə xəbər verilməsin. Onlar belə də edirlər. Qayıdıb
İskəndərə dirilik suyunu tapa bilmədiklərini söyləyirlər. Həmin
vaxtdan sonra hər il Xızırla İlyas görüşürlər ki, o günə də Xızır
İlyas deyilir.
Dostları ilə paylaş: |