34
Günəş-Tanrının Yerdən olan oğludur. Türklər Günəşi yaradıcı
kimi qəbul ediblər. «Günəşin yaradıcı olması onu ilk yaz bayramı
ilə ilişgiləndirmişdir. Bayram deyildiyi kimi, Günəş və Ay bayramı
adlandırılmışdır. Deyəsən, bu bayramın adındakı Ay, aydan daha
çox, inamla bağlıdır. Bir çox türk xalqlarında Ayın yaradıcı, insan
yaradan, Tanrı anlamı var. Deməli, Günəş-Ay bayramı deyərkən,
yaradıcı Günəş, Tanrı Günəş təsəvvür edilmişdir. Belə izahat
ağlabatandır. Yaz da yaradıcıdır, Günəş də» (17, 15).
M.Seyidov «Qam-Şaman və onun qaynaqlarına ümumi baxış»
kitabında Günəş tanrısı ilə bağlı Çin mənbələrində özünə yer almış
diqqətçəkən bir mifdən danışır. Novruzun əsas komponentlərindən
olan Günəşlə bağlı olduğundan həmin mifin məğzinə nüfuz edək. V
yüzilliyin 40-cı illərində Co qəbiləsindən ayrılmış Tuqyular cənubi
Altayda yaşayırdılar. Yetmiş qardaş olmuş Tuqyuların böyük
qardaşı Nişidunun anası qurd olmuşdur. Nişidu istədiyi vaxt külək
əsdirə, yağış yağdıra bilərmiş. Nişidunun anası qurd-Günəşlə
ilişgəli olduğundan onda mifik keyfiyyətlər var idi. Nişidu Yayın
və Qışın qızları ilə evlənmişdi... Bizcə, Nişidunun Yayın və Qışın
qızları ilə evlənməsi də Günəş mifi və dual təşkilat qanunları,
əksliklər görüşü ilə bağlıdır. Əksliklərin qarşı-qarşıya duran ucla-
rında yerləşən yay və qış fəsilləri bir kökdəndirlər Günəşlə
ilişgəlidirlər» (15, 120-122). Günəşə türklərin qutsal, müqəddəs
inamı olubdur. Günəşin doğmasını türklər mərasimlərlə qeyd edib-
lər. Bu ayin haqqında bir qədər sonra danışacağıq. Qədim türklər
dualarını, diləklərini üzü göylərə ediblər. Hunlar da çadırlarını üzü
gündoğana tərəf tikiblər.
Ay, Göy-Tanrının Yerdən olan qızı sayılırdı. Türk mifində Aya
ikili münasibət bəslənilib. Bu münasibət günümüzə qədər dəyiş-
məmiş, eləcə qalmışdır. Aya həm qadın, həm də kişi simvolu kimi
baxılmışdır.
«Ulu Toyon» mifində qadın, «Oğuz kağan»da isə kişi obra-
zında canlandırılıbdır. Oğuz Kağanın oğlanlarından birinin adı Ay
(xan) idi.
35
«Yetim qız» əfsanəsində deyilir ki, Ay çalılar arasında Su
aparan yetim qıza acımış, çalıya qızın göyə gətirilməsini əmr
etmişdir. Çalı ata dönərək qızı Ayın yanına – göyə aparmışdır. Ay
ona aşiq olmuşdur. Şəkildən-şəklə düşməsinin səbəbi də bu
sevgidir» (32, 67).
Tanrının azman gücünü duyan türklər kainat-planet, təbiət-cə-
miyyət vəhdətini qorumaq naminə Tanrı qarşısında özlərini borclu
saydıqlarından ona sitayiş məqsədi ilə müxtəlif mərasim-rituallar
keçirirdilər. Bu mərasim-rituallar Göy-Tanrı ilə birbaşa əlaqədar
olan kosmik təfəkkürlə bağlıdır. Çin mənbələrinə görə, hunlar və
göy türklər ildə üç dəfə qurban verib, bayram keçirirdilər. Qur-
bankəsmə mərasim və bayram törənləri ilin birinci, beşinci və doq-
quzuncu aylarında – 22 martda (yaz), 22 iyunda (yay) və 24 sent-
yabrda (payız) qeyd olunurdu. İyunun 20 və 22-nə təsadüf edən
qurbanvermə mərasimi müqəddəs dağda, Ötüken dağında Tanrıya
qurbankəsmə və bayram törənləri şəklində həyata keçirilirdi (11,
87).
Bu mərasimlər son dərəcə təntənə ilə qeyd edilibdir. Tanrının
şərəfinə qurban mərasimi açıq havada keçirilirdi. Əcdad kultu ilə
bağlı olan törənlər mağaralarda gerçəkləşdirilirdi (11, 88). Bu
mərasimlər adi qada-bala qurbanları deyildi. Təntənəli qeyd edilən
günlərə bir daha diqqət yetirək: 22 mart, 22 iyun və 24 sentyabr.
Hər üç təqvim günü Novruz sisteminin tərkib hissələridir. Bəllidir
ki, 22 mart ilin başlanğıcı – yazın gəlməsi, 22 iyun yayın gəlişi, 24
sentyabr isə payızın ilkin günüdür. Bu təqvim günləri barədə bir
qədər sonra ətraflı danışacağıq.
Tək Tanrıyla bağlı ayinlər haqqında ilkin məlumatlar Çin
qaynaqlarında qorunub saxlanılmışdır. Çin təqviminə görə, beşinci
ayın üçüncü on günündə Tukyular Tanrıya qoyun və at qurban
kəsərdilər. Bu tarix indiki təqvimlə iyunun 5-10 arasına təsadüf
edir. Digər mənbələrdə bu tarix 30 iyun göstərilir. Əslində, bu
qızmar yayın gəlməsi ilə bağlı keçirilən mərasim olduğundan, çox
güman ki, iyunun 20-22-də reallaşdırılıbdır. Mənbələrdəki bu
36
fərqin səbəbini yalnız subyektivlikdə görmək doğru olardı. Böyük
ehtimalla demək olar ki, bu yanlışlıq Çin mənbələrindən irəli gəlir.
Bu ayinlərin təntənəli keçirilməsində qədim türklər Göy-Tanrıdan
ruzi-bərəkət, bolluq, soy və tayfalarının, nəsillərinin davam
etməsini, dövlətlərinin sülh və əmin-amanlıqla yaşamasını diləmək
idi. Məqamı gəlmişkən, Göy türklərin qurbankəsmə mərasimi
barədə qədim Çin mənbələrinin verdiyi məlumatlara toxunmaq
istərdik. Mənbələrdə göstərilir ki, əski türklər Tanrının şərəfinə çay
kənarında qurban kəsirdilər. Qurbanvermə mərasiminin çay-su
kənarında keçirilməsi təsadüfi deyildir. Su Novruz sisteminə daxil
olan dörd əsas ünsürdən biridir. Bu tipli mərasimlər qutsal guşə
sayılan uca dağlarda keçirilmişdir.
Ötükenin qərbində yerləşən Budun İlli vardı ki, bunun da
anlamı elin, dövlətin mühafizəçisi, qoruyanı deməkdir (11, 90).
Türk dünyagörüşünə görə, kainat və planetdə boş, mənasız heç nə
yoxdur. Bütün yaranış təbiət və cəmiyyətdə müəyyən məqsəd üçün,
nəyinsə naminə yaradılıb, yaradılmışın hər biri nəyəsə gərəkdir.
Fikrimizcə, türklər Tanrıya qutsal, müqəddəs, saf və pak bir
məkanda, uca dağlarda qurban verməklə, bir daha Tanrı ucalığını,
Tanrı müqəddəsliyini qorumuşlar. Bu uca dağlar qoynunun digər
simvolik mənası dağ ucalığında, dağ yüksəkliyində Tanrıya
qovuşmaq niyyətinin güdülməsidir. Qurbanvermə ritualında elə ən
böyük məram Tanrıya ruhən, mənən qovuşmaq idi. Tanrıya qur-
bankəsmə mərasimində dualar oxunur, niyyət edilir, dilək dilənirdi.
Qurbankəsmə ayini də göstərir ki, Göy-Tanrı inamının da nüvəsin-
də Novruz sisteminin komponentləri dayanır. Bir daha vurğulayaq
ki, dünyada mövcud olan dinlərin hamısı Novruz sistemindən əsaslı
şəkildə faydalanıblar. Bunun başlıca səbəbi Novruz sisteminin
hərtərəfli və kamil olmasıdır. Novruz sistemində təbiət və cəmiy-
yətin dialektikası üçün icrası vacib olan inkaredilməz dəyərlər
(qanunlar) özünə yer almışdır. Qədim türklər dünyanın yaranması,
dünya-insan, göy-yer, yaradan və yaradılan münasibətləri barədə
mifik olduğu qədər də, gerçək təsəvvürə malik olublar. Türklər
Dostları ilə paylaş: |