12
raq, Novruz insanların şüuraltına daxil olduğundan, qanına-canına
işlədiyindən onu tamamilə qadağan edə,
bir dəyər kimi sıradan
çıxara bilmədilər.
Etiraf edək ki, indiyə qədər Novruz etnoqrafiya və folklor
materialları əsasında yalnız cari və mövsümi mövzu kimi tədqiqat
predmeti olmuşdur.Elə bu bir qədər yad tendensiyanın təsirindən
bir çox tədqiqatçılar Novruzun məna və mahiyyətini həddindən
artiq primitivləşdirmiş, onu yalnız əkin-biçin və təsərrüfat işləri ilə
məhdudlaşdırmışlar. Bu səbəbdən Novruz barədə elmi araşdırmalar
bayram ərəfəsində dərc olunmuş qəzet məqalələrindən uzağa get-
məmişdir.Etnoqrafik araşdırmalarda sırf məişət-təsərrüfat, folk-
lorşünasların tədqiqatlarında isə daha çox mifoloji yönümdən təd-
qiq olunmuşdur. Düzdür, Novruz sisteminin ümumi mündəricə-
sində məişət-təsərrüfat məsələləri də özünə yer almış, onun ilkin
yaranışında mifik təfəkkür də müəyyən səviyyədə iştirak etmişdir.
Ancaq özündə ciddi maddi-mənəvi dəyərləri cəmləmiş Novruz
sistemini yalnız məişət-təsərrüfat məsələləri ilə bağlamaq və ger-
çəkliklə bir o qədər də səsləşməyən mifoloji qaynaqlarla əlaqələn-
dirmək onun əhatə dairəsini daraldır və mənəvi nüfuzunu azaldır.
Bu məqamda mifik düşüncə ilə bağlı bir məsələni də qeyd
etməliyik.Novruz xalqın milli-mənəvi dəyərlər toplusunda əsas yer
tutduğundan onun mifoloji qatlarının həyati gerçəkliyinə təsirini
tam şəffaf şəkildə araşdırıb ortaya çıxarmaq mümkün deyildir.
Novruzla əlaqədar yaranmış miflərin əksəri onun mahiyyətini işıq-
landırır. O da maraqlıdır ki, həmin miflərin böyük bir qismi kosmik
və antropoqonik səciyyə daşıyır.
Novruz sistemi haqqında qədim və orta əsrlərdən üzü bəri apa-
rılmış tədqiqatlardan birmənalı şəkildə aydın olur ki,onun nə əfsa-
nəvi və tarixi, nə də dini (zərdüştlik, islam) şəxsiyyətlərlə heç bir
bağlılığı yoxdur.
Kainat və planet qanunları əsasında yaradıldığından Novruz
təqviminin (Günəş təqvimi) dəqiqliyi, dürüstlüyü BMT və onun
elm və təhsil üzrə qurumu olan YUNESKO tərəfindən etiraf olun-
13
muşdur. BMT-nin qərarı ilə 21 mart Yer günü elan edilmişdir. Hər
il martın 31-də BMT-nin mənzil-qərargahının qarşısında 3 dəfə
zəng çalınır. Bütün bəşəriyyətə həmin günün Yer günü olduğu bil-
dirilir, bununla da yer kürəsində yaşayan insanları üzərində
yaşadıqları planeti qorumağa səsləyirlər. Kitabda ilk dəfə olaraq
Novruz bir sistem kimi araşdırılmış, Azərbaycan və bəzi məqam-
larda dünya folklorşünaslığının elmi-nəzəri və təcrübi bazasına is-
tinad edilmişdir. Tədqiqat işində türk mifoloji qaynaqlarına, «Aves-
ta» məlumatlarına və orta əsrlərdə yaşayıb-yaratmış Biruni, Xəy-
yam və b. araşdırmalarına əsas mənbə kimi yanaşılıbdır. XX əsr
Azərbaycan folklorşünaslığının tanınmış tədqiqatçılarıdan olan
M.Təhmasib, M.Seyidov, A.Nəbiyev, E.Əlibəyzadə, M.Qasımlı,
K.AlIahyarov, E.Aslan, B.Abdulla və başqalarının elmi araşdırma-
ları da tədqiqat işinin istinad mənbələrindəndir.
Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qala-
caqdır. İnsan övladı yaşadığı və mənsub olduğu cəmiyyətdən asılı
olmayaraq həmişə ilkinliyə can atıb, özündən əvvəlki sivilizasiya-
ların maddi-mənəvi dəyərlərini öyrənməyə ciddi maraq göstər-
mişdir.
Çağdaş insanı bugünkü sivilizasıyanın modern texnoloji və
kosmik inkişafından daha çox, təbiilik, ilkinlik özünə çəkir.
14
I FƏSİL
NOVRUZUN GENEZİSİ VƏ
TARİXİ MİFOLOJİ QAYNAQLARI
1.1. Turan Novruzun ilkin vətəni kimi
«Tarix Şumerdə başlayır» – bu ifadə görkəmli Amerika şumer-
şünası S.N.Kramerə məxsusdur. Bu məşhur ifadə tanınmış şumer-
şünasın kitabının adıdır. Zaman-zaman danılmış, gizlədilmiş, tari-
xin müxtəlif qatlarında məqsədli şəkildə üstü örtülüb-basdırılmış
həqiqətin mərdi-mərdanə etirafıdır. Gecikmiş bu etirafın okeanın o
tayından gəlməsi tarıxin bir çox qaranlıq səhifələrinin üzərinə işıq
saldı, bəzi həqiqətləri gerçəkcəsinə təsdiqlədi. Artıq şumerlərin
bəşər mədəniyyətinin ilkin yaradıcılarından olmaları dünya tarixin-
də birmənalı öz təsdiqini tapıbdır. Tarixin qürurduyulası bu sivili-
zasiyasına sahib durmaq istəyənlər çox olubdur. Dünya mədə-
niyyətinin tarixini ədalətlə araşdıran bir çox alimlər şumerlərin
türklərin ulu babaları olduqlarını təsdiqləyirlər. Q.Vinkler yazırdı:
«Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini
hələlik izah edə bilməsək də, dünyada ən qədim mədəni dil olan
şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür
yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi
quruluşlu dildir və semit dillərinin quruluşundan tamamilə fərq-
lənir».
Mərhum alimimiz Aydın Məmmədov da tədqiqatlarında onlar-
la belə fakta istinad etmişdir. Şumerlər barədə tutarlı dəlillərlə
zəngin olan sanballı əsərin müəllifı Voolley şumerlərin morfoloji
cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir.
Bəşəriyyətin ilk fenomenləri olan şumerlər bir çox maddi-
mənəvi dəyərlərin yaradıcısı olduğu kimi, bu gün Novruz deyilən
mənəvi dəyərlər kompleksinin də ilkin və şəriksiz yaradıcılarıdırlar.
Bəşəriyyətin ilkin maddi-mənəvi abidələrini Babilistanda yaratmış
15
şumerlər semitlərlə vuruşdan sonra Orta Asiyaya iki çay arasına –
Amu-Dərya və Sır-Dərya ətrafına qədim yurd-yuvalarına – E1
Obeydə (el-obalarına) və Sibirə – yenə iki çay arasına – Orxon-
Yeniseyə qayıtmışlar. Qədim əcdadlarımızın bu tarixi hərəkət
trayektoriyası təsadüfi deyildir. Bu dönüşü tarixin və zamanın
obyektivliyi diktə etmişdir. Müdrik babalarımız təsadüfi yerə «ha-
rada su var, orada həyat var» deməmişlər. Elə buradaca xatırladım
ki, Novruzun əsas komponentlərindən biri sudur. Şumerlər torpağa
və suya həyat mənbəyi kimi baxdıqlarından onları ilahiləşdirmişlər.
Dünyanı qədərincə dərk edən şumerlər Dəclə-Fərat çayları arasında
araya-ərsəyə gətirdikləri bəşəri mədəniyyəti Orxon-Yenisey coğrafi
məkanında yaratmışdılar. Bütün dünyanı heyrətə gətirmiş Orxon-
Yenisey abidəIəri bu yüksək sivilizasiyanın əyani təsdiqidir.
İkiçayarası mədəniyyətlərdən söz düşmüşkən, tarixə şahidlik edən
və bizim üçün şərəf sayılan, əfsuslar ki, bu günə kimi hələ də
kifayət qədər tədqiq olunmamış bir Kür-Araz mədəniyyəti də
mövcuddur. Bu qədim və zəngin mədəniyyətin sirləri hələ də öz
geniş tədqiqini gözləyir. Bu keçidi təsadüfi etmədim. Burada
məqsəd iki çay arasına – Dəclə-Fərat çayları arasından Orta Asi-
yaya və Orxon-Yeniseyə dönüşü və «Bilqamıs»dan «Ergenekon»a
gələn mənəvi bağlılığı xatırlatmaqdır. S.N.Kramerin tədqiqatları
nəticəsində bir daha sübut olundu ki, eramızdan 3 min il əvvəl
şumerlər güclü maddi-mənəvi məktəblər sistemi yaratmışdılar.
«Bilqamıs» belə bir güclü tarixi mədəniyyətin yadigarıdır. Tarixə
yoldaşlıq edən bu qədim mədəniyyət abidəsi e.ə. IV-II əsrlərdə
meydana gəlmişdir.
Bilqamıs tarixi şəxsiyyətdir. Onun haqqında dastanda gerçək-
dən danışılır. Bilqamıs miladdan əvvəl 2800-2700-cü illərdə
yaşayıb. Şumerin Uruk şəhərinin baş kahini və hərbi rəhbəri olub.
Uruk şəhərinin bünövrəsinin onun tərəfindən qoyulduğu söylənilir.
Bu adı da ona təsadüfi qoymamışlar. Bilqamıs sözü sırf türk
mənşəlidir. Bilqamıs (bilik, bilgi + qamı – hamısı) xalis türk sözü
olduğundan mübahisə açmağa ehtiyac duyulmur. Bilqamıs adının
Dostları ilə paylaş: |