Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
32
Maliyyə sistemi fərdlərin və firmaların fondlarını məhsuldar 
investisiya  imkanlarına  çevirən  kanaldır.  Bu  çevrilmənin  sağlam 
olması maliyyə bazarları iştirakçılarının investisiya imkanları haq-
qında düzgün mühakimələrə malik olmasından asılıdır.  
 Bankçılıq  sisteminə  təsir  edən  maliyyə  böhranları  fəaliyyət 
və məhsuldarlıqlarının düşməsinə səbəb olmaqla kifayətlənməmiş, 
onların  struktur  quruluşlarının  da  pozulmasına  səbəb  olmuşdur. 
Bank  böhranlarının  yayılaraq  digər  sektorlara  təsir  etməsi 
nəticəsində problem makroiqtisadi sabitliyə təsiredəcək səviyyəyə 
çatmışdır.  Bu  mənada  böhranın  zərərləri      büdcəyə  ağır  yük  və 
onun  milli  gəlirdəki  payı  ilə  kifayətlənməyib,  real  mənada  daha 
böyük ölçülərə çatmışdır.   
Caprio və Klingebielə görə bank böhranı aşağıdakı hadisələ-
rin  hər birinin əmələ gəlməsi ilə təyin olunur. 
1. Geri qaytarılmayan kreditlər bütün bank kreditlərinin 15-
20 %-i civarındadır və ya bundan çoxdur. 
2.  Bank  sektorunda  problemlərinin  sistem  yönümlü  aradan 
qaldırılma xərcləri ÜDM-un ən az 3-5 %-inə çatmışdır. 
Kaminsky və Reinhart, Caprio və Klingebieldən fərqli olaraq 
bank böhranlarını aşağıdakı “hadisələrlə” açıqlayırlar. 
1. Bank sistemində böhran, bank bağlanması, birləşmələri və 
ya dövlətin müsadirəsi ilə ortaya çıxır. 
2.  Böhran,  bağlanma,  birləşmə  və  ya  dövlət  tərəfindən 
müsadirənin  olmadığı,  ancaq  az  əhəmiyyətli  maliyyə  qurumuna 
böyük miqdarda dövlət yardımının edilməsi halında ortaya çıxır. 
Mikroiqtisadi  səbəblər  bank  sektorundakı  struktur  və 
idarəetmə parametrlərinin hamısını əhatə edir. Bu çərçivədə höku-
mətin  və  ya  mərkəzi  bankın  bank  sektoruna  birbaşa  müdaxilələri 
və ya təsirləri yer alır. 
1.  darəetmə - Hər bir bank uğursuzluğunda idarəetmə xəta-
sını göstərir, ancaq idarəetmə xətası heç bir zaman tək başına uğur-
suzluğun səbəbi ola bilməz. 
2. Qeyri-qənaətbəxş infrastruktur - Bank sisteminin uğursuz-
luğunda  qeyri-qənaətbəxş  infrastruktur  tək  başına  səbəb  olaraq 


 
33
göstərilə bilməz. Ancaq uçot və ya yoxlamadakı qüsurlar problem-
lərin həll olunmasını gecikdirir. Hüquqi infrastrukturdakı problem-
lər mülkiyyət haqlarından və ya bankların alacaqlarının reallaşma-
masından irəli gəlir. 
3. Sərbəstləşmə/Yenidən Tənzimləmə - Maliyyə sistemində-
ki  rekonstruksiya  və  sərbəstləşmə  iddialı  bir  hərəkət  olduğundan 
bir  çox  problemə  yol  açır.  Bu  səbəblə  bank  sisteminin  liberallaş-
ması  birdən-birə  deyil  pillə-pillə  həyata  keçirilməlidir.  Rekonst-
ruksiya  isə  daha  çox  qayğı  gərəktirdiyindən  rəhbərliyin  bu  işin 
düzgün həyata keçirilməsindən əmin olması lazımdır. 
4.  Hökumət  Müdaxilələri  -  Bank  sektorunun  verdiyi  kredit-
lərə və şərtlərə hökumət müdaxilələri bank sektorundakı nağd böh-
ranını sürətləndirmişdir. Bu müdaxilə rəqabətçi olmayan faiz dərə-
cələrinin tətbiq olunması və ya qeyri-iqtisadi layihələrə fond trans-
feri şəklində olur. Digər bir potensial rəsmi hərəkət isə məcburedi-
ci qanuni qarşılıqların istənməsi və hökumət açıqlarını maliyyələş-
dirmək üçün bank sektorunun hökumət tərəfindən istifadəsidir.  
5. Əxlaqi Risk (moral hazard) - Bankların iflas etməsinə ica-
zə verilməyəcəyinə və çətin zamanlarda maliyyə dəstəyi gələcəyi-
nə dair ümumi bir gözləntinin olması əxlaqi risk məsələsini ortaya 
çıxarır. Bu vəziyyətdə banklar vəziyyətlərini yaxşılaşdırmaq əvəzi-
nə hərəkətlərini şiddətləndirirlər və əmanət sahibləri də “yaxşı” və 
“pis” olanı bir-birindən ayıra bilmir. 
6. Şəffaflığın Olmaması –   şlək hüquqi tənzimləmələrin ol-
mamasına görə bank sistemində əmanət sahiblərinə və səhmdarlara 
düzgün və lazımlı məlumat çatmır.  
 Yerli pul vahidinin həddindən artıq dəyər qazanması ixracatı 
gəlirli olmaqdan çıxardacaq və valyuta mövqeyində pozuntuya yol 
açacaqdır.  Səhm  bazarında  məzənnə  enişləri  firmaların  dəqiq  də-
yərləriylə birlikdə bank kreditlərinə dayaq olan “təminat” dəyərlə-
rinə də mənfi istiqamətdə təsir edəcəkdir. Real faizlərin yüksəlmə-
si istehsalı və iqtisadi böyüməni aşağı salaraq bank sistemində aşa-
ğ
ı keyfiyyətli aktivlərin artmasına səbəb olacaqdır. 
  


 
34
Bank  sektorunda  böhranla  üzləşən  ölkələrin  ortaq  xüsusiy-
yətləri böhrandan əvvəlki dövrdə artan xarici borclardır. Yeni borc 
təmin edə bilməmə və ya geri ödəmələrdə çıxan problemlər xarici 
investorların artan qeyri-müəyyənlik qarşısında bölgədən və ya öl-
kədən  investisiyalarını  çəkməsi  sistemin  çökməsini  sürətləndirir. 
Artan  xarici  borclar  və  bank  sektorunun  üstləndiyi  ağır  öhdəlik-
lərin  hökumətin  qarşılaşabiləcəyi  maksimum  təminat  xəttini  keç-
məsi,  xarici  kreditorların  banklara  istiqamətlənmələri  və  sər-
vətlərini geri çəkmələri ilə nəticələnir. 
nkişaf  edən  bazarlarda  özəl  sektorun  kapital  axınlarını 
çəkməyə  yönəlik  təşviqedici  təminatlar  böhranların  səbəbkarıdır. 
Qısa müddətli kapitalın təmin etdiyi imkanlar, özəl və dövlət sek-
torunun bu fondları məsuliyyətsiz və hesabsız təşviq və təminatlar-
la  ölkə  daxilinə  çəkməyi  cazibədar  edir.  Beynəlxalq  maliyyə  ba-
zarlarında  meydana  çıxan  hər  hansı  bir  narahatlıq  qısa  müddətli 
kapitalın dərhal özünə etibarlı bir “liman” axtarması ilə nəticələnir 
və ani kapital çıxışı olan ölkə maliyyə çətinliyi ilə qarşılaşır. Bey-
nəlxalq kapital axınlarının artan ölçüləri, inkişaf etmiş maliyyə ba-
zarlarından  inkişaf  etməkdə  olanlara  elm,  texnologiya  və  təşkilati 
struktur ixracını da artırmışdır. Maliyyə liberallaşması nəticəsində 
ölkəyə  girən  xarici  bankların  rəqabət  təzyiqi  ilə  yerli  bankların 
marka  dəyərləri  düşmüş  və  bu  banklar  balanslarını  pozan  yüksək 
riskli  və  daha  qısa  müddətli  kreditlərə  istiqamətlənmişlər.  Vaxt 
keçdikcə zəifləyən və kövrək bir struktura malik olan bu banklara 
xarici kredit verənlər, kredit verdikləri bankların pisləşən vəziyyə-
tini görə bilməmiş və itkilərə uğramışlar. Bankları tənzimləyən qu-
rumlar isə kommersiya  banklarının riskli fəaliyyətlərinə müdaxilə 
etməmiş  və  xarici  banklardan  nəzarətsiz  səviyyədə  xarici 
borclanmalarına  göz  yummuşlar.  Bunun  nəticəsində  dövlətin  ver-
diyi etibar istismar edilmişdir.  
Təşkilati  çatışmazlıqlar  böhran  və  böhranın  koordinasiyası 
problemini meydana gətirir və ilk anda müdaxilə olunmamış böh-
ran  dərinləşir.  Bu  vəziyyətlərdə  iflaslara  icazə  verilməməsi,  yeni-
dənqurmanın qanuni-idari çərçivəsinin zəifliyi, maliyyə quruluşları 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə