Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
35
və şirkətlərində mühasibat qaydalarının çatışmazlığı, şəriklərin və 
borc  verənlərin  hüquqlarının  zəif  qorunması,  məhkəmə  fəaliyyə-
tinin  məhdudlaşdırılması  kimi  problemlərin  meydana  gəlməsi 
mümkündür. Bunlara əlavə olaraq maliyyə qurumlarında yaxşı və 
təcrübəli menecer azlığı, ölkədaxili yenidənqurma və sanasiya üzrə 
mütəxəssislərinin olmaması və maliyyə quruluşlarının keçmişində 
bu cür yenidənqurmaların olmaması qarşımıza çıxır. Eyni zamanda 
məsələyə hökumət tərəfdən baxıldığında böhranın dərinləşməsinin 
səbəblərindən  biri  olaraq  hökumətin  özünün  etibar  problemi  ilə 
qarşılaşmasıdır.  qtisadiyyatın  və  sistemin  yenidən  qurulmasında 
monetar  xərclərdən  imtina  olunması  və  zamanın  düzgün  seçilmə-
məsi ilə tez-tez rastlanılır. Koordinasiya probleminin qarışıq olma-
sı sistemli böhranların həllini çətinləşdirir. 
nkişaf  etməkdə  olan  ölkələrdə  maliyyə  sisteminin  ümumi 
xüsusiyyəti  maliyyə  qurumlarının  çeşidinin  azlığı,  maliyyə  aktiv-
lərinin  məhdud  olması  və  əhəmiyyətli  dərəcədə  hökumət  müda-
xilələrinin olmasıdır. Bu ölkələrdə formal olmayan maliyyə struk-
turları da kommersiya bankları ilə birgə fəaliyyət göstərirlər. Bəzi 
ölkələrdə dövlət müxtəlif mərhələlərdə etdiyi müdaxilələrlə bank-
lara istiqamətlənən fondlara nəzarət etmək, qiymət müdaxilələri ilə 
bank  kreditlərinin  paylanmasını  istiqamətləndirmək  və  ya  ban-
kların  fəaliyyətlərinə  müxtəlif  miqdarda  məhdudiyyətlər  yaradır-
lar.  Bu  və  ya  oxşar  tətbiqetmələr  vasitəçi  qurum  olan  bankların 
ə
mələ  gətirdiyi  kreditləri  məhdudlaşdıraraq  fəaliyyət  və  məhsul-
darlıqdan uzaqlaşdırır, yığım, investisiya və iqtisadi inkişafa mənfi 
təsir edir. 
Beləliklə, hər bir ölkədə bank sisteminin böhrana salan fərqli  
səbəblərlə bərabər,  bütün ölkədə keçərli ortaq səbəblər də var və 
beynəlxalq  təcrübədə  bank  böhranının  ən  geniş  yayılmış  izahına 
görə  əgər  aşağıdakı  dörd  şərtdən  biri  mövcud  olarsa  bank 
sisteminin vəziyyəti böhranlı hesab oluna bilər: 
1.
  Bankların  aktivlərində  işləməyən,  yəni  gəlir  gətirməyən 
aktivlərin payı 10 %-dən çoxdur; 


 
36
2.
  Bankların xilas etmə əməliyyatına  sərf olunan məsrəflər 
ÜDM-un 2 %-dən çoxdur; 
3.
  Bank  sektorunun  problemləri  bankların  əhəmiyyətli  his-
səsinin (10 %-dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb; 
4.
  Əmanətçilər  arasında  şaiyələr  (panika)  yaranıb  və 
depozitlərin  kütləvi  surətdə  geri  götürülməsi  baş  verib  və  ya 
depozitlərin  dondurulması,  ya  da  ki,  böhrana  cavab  olaraq  höku-
mət tərəfindən depozitlərə ümumi zəmanətlərin tətbiq olunması ki-
mi fövqəladə tədbirlər görülüb. 
 
 


 
37
1.4. VALYUTA BÖHRANI MAL YYƏ BÖHRANININ 
TƏRK B HISSƏS  K M  
 
Valyuta krizisi bir ölkənin milli puluna etibarın itməsi, dola-
yısıyla  spekulyasiya  (alver,  bazar  qiymətləri)  fondlarının  həddən 
artıq ölçüdə ölkəni tərk etməyə başlaması və mərkəzi bankın bütün 
tədbirlərinə  baxmayaraq  mövcud  vəziyyətin  belə  davam  et-
dirilməsinin imkansızlığı şəklində özünü göstərir. 
Pul böhranı pul vahidinə qarşı bir təzyiqin əhəmiyyətli olan 
pul  ehtiyyatlarının  itkisinə  və  ya  təzyiq  sonrası  müsbət  nəticələr 
ə
ldə olunarsa, pulda sürətli bir dəyərə və ya hər ikisinə birdən yol 
açdığı bir vəzyyət olaraq göstərilir. Pul krizisinin bu göstəricisi sa-
bit  məzənnə  nisbətlərinə  sadəcə
 
spekulyasiya  təzyiqləri  (misal:  2 
iyul 1997 - ci il Tayland təcrübəsi) əhatə üçün deyil, eyni zamanda 
dəyişən  sabit  məzənnələr  rejiminin  və  ya  bir  valyuta  lentinin 
yerləşmiş  qanunlarının  digər  tərəfində  böyük  bir  devalüasyona 
(kağız pulların məzənnəsinin aşağı düşməsi) yol açan təzyiqləri də 
(misal:  ndoneziyada  14  avqust  1997  -  ci  il  tarixində  dövrəyə 
buraxmadan əvvəl pul kütləsinin genişlədilməsi) əhatə etmək üçün 
lazımi  şəkildə  əhatəli  olmaq  avantajına  sahibdir.  Pul  ehtiyatının 
itkiləri  də  nəzərə  alındığından  uğursuz
 
spekulyasiya  təzyiqləri  də 
(misal:  1999  -  cu  il  Meksika  krizisi  dalğasında  Argentinanın  eh-
tiyat pul itkiləri) əhatə olunur.
 
 
Valyuta  (pul)  krizislərinin  göstəriciləri  isə  aşağıdakı  beş 
qrupda toplana bilər: 
1.
 Zəyif makroiqtisadi göstəricilər və səhv iqtisadi siyasət. 
2.
 Malyyə bünövrəsinin yetərsizliyi/zəyifliyi. 
3.
 Əxlaqi risk və assimetrik informasiya
 
ifadəsi. 
4.
 Mövcud  kreditlərin  və  beynəlxalq  maliyyə  təşklatlarının 
səhv proqnozları. 
5.
 Terrorist hadisələri kimi gözlənilməz risklərin reallaşması. 
Maliyyə  krizisindən  qabaq  valyutanın  dəyərinin  düşməsi, 
lazım olduqda beynəlxalq valyutaya qarşı iqtisadi agentlər tərəfin-
dən spekulyasiya təzyiqlərinin başladılmasına yol açır. 


 
38
1994 - cü ilin sonunda Meksika krizisindən sonra Dornbusch 
belə deyirdi: “Valyuta məzənnəsinə əsaslanan sabitləşmə proqramı 
üç  mərhələdən  keçir.  Birinci  mərhələ-valyuta  məzənnəsindəki 
sabitlik  iqtisadiyyatda  da  ümumi  bir  sabitləşmə  saxlayır.  kinci 
mərhələdə  pulun  real  olaraq  dəyər  qazandığı  məlumdur,  gedərək 
daha çox hiss olunur, fəqət bu mövzuda bir şey etmək düzgün ol-
maz.  Üçüncü  və  son  mərhələdə  artıq  bir  tədbir  görmək  üçün  çox 
gecdir.  Pulun  real  dəyər  qazanması  (və  digər  şərtlər)  yüksək  nis-
bətli bir devalüasyonu (kağız pulların məzənnəsinin aşağı düşməsi) 
lazımlı bilir.   
Valyuta böhranlarının təsnifatı  yetərincə dərin işlənib hazır-
lanmışdır. Bu məsələ daha ətraflı Z.V.Atlas, A.V.Anikin, L.N.Kra-
savina  tərəfindən  müzakirə  olunmuşdur.  Valyuta  böhranları  həm 
böhran  hadisələrinin  əsasında,  həm  də  təzahür  miqyasları  üzrə 
mövcud  yaranma  səbəbləri  üzrə  bölünürlər.  Ölçü  əlamətinə  görə 
ümumi  və  xüsusi  böhranlar  seçilir.  Ümumi  valyuta  böhranları 
ümumi  iqtisadi  böhranların  tərkib  hissəsidirlər,  onlar  həm  qızılın 
demonetizasiyası,  valyutaların  qiymətdən  düşməsi,  təkrar  istehsal 
sistemində struktur nisbətsizlikləri ilə permanent (daimi) xarakterə 
malikdirlər, gecə böhranları müvəqqəti xarakterə malik olan amil-
lərlə - müharibələr, inflyasiya, pul-kredit mexanizminin balansının 
pozulması  ilə  şərtləndirilmişdir.  kinci  əlamətə  əsasən  böhranlar 
dünya və yerli (lokal) olurlar. Dünya valyuta böhranlarına beynəl-
xalq valyuta münasibətlərinin xroniki ziddiyyətləri ilə qarışan val-
yuta sisteminin struktur böhranları aid edilir, məsələn, 1969-1971 
illərin böhranı (bu böhran qızıl valyuta standartından imtina ilə nə-
ticələnmişdir).  
Yerli  valyuta  böhranlarına  ayrı  ölkənin  valyutasına  zərər 
vuran böhranlar aid edilir (məsələn,  kinci Dünya Müharibəsindən 
sonrakı ilk illərdə Fransa və  ngiltərə böhranları, 1994-1995 illərdə 
baş  vermiş  Meksika  böhranı).  Valyuta  böhranlarının  səbəbləri 
aşağıdakılardır:  
•  qısa və uzun müddətli dövri dəyişmələr;  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə