Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
39
•  milli valyutaların məzənnəsini pozan inflyasiya prosesləri-
nin inkişafı;  
•  bəzi  ödəmə  balanslarının  xroniki  passivliyi,  digərlərinin 
isə  xroniki  aktivliyi  ilə  ifadə  olunan  beynəlxalq  hesablaşmaların 
müvazinətsizliyi;  
•  beynəlxalq valyuta-maliyyə münasibətləri hüquqlarını, on-
ların  dünya  iqtisadiyyatında  roluna  uyğun,  təmin  etməyən  bey-
nəlxalq sistemin təşkili prinsiplərinin natamamlığı;  
•  iqtisadiyyatdan  kənar  amillərin  təsirinə  məruz  qalan  bey-
nəlxalq valyuta bazarlarının qeyri-sabitliyi;  
•  beynəlxalq  valyuta  ehtiyatlarının  həcmi  ilə  müqayisə  edi-
lən möhtəkar axınlarının yaranmasına səbəb olan istehsalın beynəl-
miləlləşməsi; 
•  ölkələrin qeyri-bərabər inkişafının güclənməsi; 
•  yüksək  dərəcəli  milli  tənzimləmə  ilə  dövlətlərarası  səviy-
yədə  valyuta  münasibətlərinin  tənzimlənməsinin  məhdud  imkan-
ları arasında ziddiyyət.  
L.N.Krasavinanın  qiymətləndirdiyi  kimi  dünya  valyuta 
sisteminin  böhranına  valyuta  məzənnələrinin  kəskin  dəyişmələri, 
kapitalların  “qaçışı”,  devalvasiya  və  revalvasiya,  beynəlxalq  val-
yuta  alıcılıq  qabiliyyətinin  pisləşməsi,  valyuta-kredit  və  maliyyə 
münasibətlərində  ziddiyyətlərin  kəskinləşməsi  ilə  ifadə  olunur.   
Valyuta  böhranının  ictimai  təkrar  istehsal  prosesi  ilə  qarşılıqlı 
ə
laqəsi  xüsusi  qeyd  olunur.  Valyuta  böhranlarının  səbəblərindən 
biri  kimi  valyuta  hegemonluğu  (hökmranlığı),  satış  bazarları,  və 
kapitalların istifadə sahələri uğrunda mübarizə olan valyuta müha-
ribəsi göstərilir. Bunun bariz nümunəsi kimi 1960-cı illərin sonla-
rında  Fransa  ilə  ABŞ  arasında  baş  vermiş  valyuta  müharibəsini 
göstərmək  olar.  Bu  gün  dolların  və  Avronun  bazar  rəqabəti 
şə
klində gizli valyuta müharibəsi gedir. Bütün maliyyə sisteminin 
sabitliyinin  pozulmasına  gətirib  çıxardan  valyuta  və  maliyyə 
böhranları  arasında  sıx  əlaqə  onları  ümumiləşdirilmiş  hadisə  - 
valyuta-maliyyə  böhranı  kimi  müzakirə  etməyə  imkan  verir. 


 
40
Beləliklə,  valyuta  və  maliyyə  böhranlarının  mahiyyəti  kökləri 
iqtisadi  və  pul-kredit  sahələrində  gizlənən  və  bazar  aktivlərinin 
qiymətlərinin  xeyli  aşağı  düşməsinə  və  kapitalların  kənara 
axmasına səbəb olan ziddiyyətlərin kəskinləşməsindən ibarətdir.  
Valyuta və maliyyə böhranları nəzəriyyəsinin mühüm tərkib 
hissəsini  ümidlərin  qeyri-sabitliyində  və  mənfəət  yaxud  zərərin 
məhdudlaşdırılması  axtarışında  hadisələri  qabaqlamaq  arzusunda 
ifadə  olunan  aspekt  təşkil  edir.  O,  həmişə  müəyyən  çəkiyə  malik 
olub,  çünki  istənilən  sistem,  o  cümlədən  maliyyə  sistemi  insanlar 
tərəfindən idarə edilir. Lakin maliyyə sistemi və maliyyə bazarları 
və  xüsusilə  bir-biri  ilə  sıx  əlaqəli  olan  dünya  bazarları  digər  sis-
temlərdən  fərqli  olaraq  kapitalların  sürətli  hərəkəti,  sazişlərin 
böyük  həcmdə  və  yüksək  sürətlə  həyata  keçirilməsi  üçün  böyük 
imkan yaradırlar.  
Valyuta böhranlarının aşağıdakı klassifikasiyası mövcuddur: 
• Birinci  tip  –  hər  hansı  ölkədə  kursun  sabitləşdirilməsi  şə-
raitində pul kütləsinin artımı ilə bağlıdır, hansı ki, daxili qiymətləri 
dünya  qiymətlərinə  nisbətdə  artırır,  bu  isə  ticarət  balansını  pozur 
və nəticədə sabit valyuta kursundan imtina olunur; 
•  kinci  tip  -  həddən  artıq  dövlət  borcunun  yığılması  ilə 
ə
laqədardır. Bu müəyyən müddətdə investorların itməsinə yol açır, 
kapitalın “qaçışı” baş verir və kurs kəskin enir; 
• Üçüncü tip – özəl sektorun borcları ilə bağlıdır. 
• Dördüncü  tip-  dövlət  borcunun  həddən  artıq  yığılması  və 
bu borcun büdcənin ödəmə qabiliyyətində olmaması, bu isə sonda 
inflyasiya və devalvasiyaya yol açır. 
1999-cu  ilin  yanvar  ayında  Braziliyada  maliyyə  böhranı 
başladı, və C.Saksın fikrincə, bu böhranın səbəbi Braziliya valyu-
tası realın dəyərinin təxminən 30-40% qalxması idi. Bu o demək-
dir ki, Braziliyadakı əmək haqları və qiymətlər cari mübadilə kur-
su  ilə  ABŞ  dollarına  çevrildikdə  çox  yüksək  olur  və  bu  ölkənin 
beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini aşağı salır. Braziliya 
valyuta bazarına müdaxilələr vasitəsilə mübadilə kursunu süni şə-


 
41
kildə  yüksək  səviyyədə  saxlayırdı.  1998-ci  ilin  avqust  ayının  so-
nunda Mərkəzi Bank milli valyutanı qorumaq məqsədilə 25 mlrd. 
dollarlıq valyuta rezervini satmışdır. Valyuta rezervlərinin ümumi 
həcmi 70 mlrd. dollardan, təxminən, 45 mlrd. dollara endi
28

BPF-nin verdiyi tərifə görə, valyuta böhranı mübadilə kursu-
na  spekulyativ  hücumlar  zamanı  xarici  rezervlərin  xərclənməsinə  
və ya faiz dərəcələrinin kəskin qalxmasına səbəb olur.  
Elmi  ədəbiyyatda  valyuta,  böhranının  birmənalı  şərhi  möv-
cud  deyil.  Valyuta  böhranı  maliyyə  böhranı  ilə  əlaqələndirilir  və 
qarşılıqlı  əvəz  oluna  bilən  anlayışlar  kimi  nəzərdən  keçirilir. 
Valyuta böhranına geniş nəzər onu valyuta bazarındakı vəziyyətin 
kəskin ağırlaşması  kimi təqdim edilir. Valyuta böhranı – valyuta 
sferasındakı qarşıdurmanın  kəskin ağırlaşmasıdır. O, valyuta kurs-
larının kəskin tərəddüdlərində, kapital axınında, devalvasiya və re-
valvasiyada,  beynəlxalq  likvidliyin  zəifləməsində,  valyuta-kredit 
və maliyyə münasibətlərində qarşıdurmanın kəskinləşməsində özü-
nü göstərir. 
 
 
                                                 
28
 Сакс Дж., Ф.Ларрен Б. Макроэкономика - М. Дело. 1999.376с. 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə