95
onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan)
da dirildəcə-yəm». Mələklər nəfsi torpağa atırlar
və Peyğəmbər –
sallallahu aleyhi və səlləm – bu ayəni oxudu:
«Allaha şərik qoşan kimsə
göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub
uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs
yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir.
Bundan
sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin
Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Dinin nədir?» O,
deyir: «Mmmm…bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O,
deyir: «Mmmm…bilmirəm?!» Onda mələklər qışqıraraq: «O,
Muhəmməddir!» O, isə: «Mmmm…bilmirəm. Mən insanların nə isə
danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca
getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu
Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!».
Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki,
qabırğaları bir-birinə keçir. Onun yanına
murdar sifətli, murdar libaslı və
çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə
gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə
vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin
sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir:
«Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən
səni həmişə
Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da
sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra
kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı
ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla
kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə
qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı
eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir:
«Ya Rəbbim! Qoy qiyamət gəlməsin»
318
.
QƏBR ALƏMİ
Əhli Sünnə Vəl Cəmaat ölümdən sonra baş verəcək hər bir şeyə iman
edir və bütün bunların da axirətə imanın içərsinə daxil olduğuna da
inanırlar. O, baxımdan möminlər qəbir fitnəsinə (sualına)
qəbirdə olan
əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində
sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?».
Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara
318
əl-Albani «Əhkəmul Cənaiz» s 202, İmam Əhməd 4/287, 295-296, Əbu Davud 4753, İbn Kəsr
2/131, İbn Həcər 3/234, 240.
96
cavab vermək üçün sabit olurlar.
«Allah iman gətirənləri dünyada da,
axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah
zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27). O,
baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim
Muhəmməd
– sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir.
Uca Allah zalımları və kafirləri azdıracaqdır. Onlar «Mmmm...
bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan
kimsələr isə: «Mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim»
deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab.
Bu da böyük
qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər
haqqında buyurur:
Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı
zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə
(indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr,
bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-
hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən
sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100).
Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini
uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər
danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı
bir əzabla cazalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).
Allah Firon əhli haqqında buyurur:
«Firon əhlini isə şiddətli əzab sardı.
Onlar (ölən gündən Qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki
dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon
əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer
göstərilir. O, kimsə Cənnət əhlindəndirsə Cənnət. O,
kimsə Cəhənnəm
əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, Qiyamət
günü Allah səni öz yerinə göndərəcəkdir»
319
. Ənəs b. Məlik
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Qul qəbirə qoyulub və yaxınları dönüb geri getdikləri zaman,
ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir.
Onlar ölünü oturdub ona: «Sən Muhəmməd deyə bilinən adam haqqında
nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın
qulu və Rəsulu olduğuna
şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah
onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən
görür». Bəşqa rəvayətdə: Möminin qəbiri yetmiş arşın genişlənir. Münafiq
ilə kafirə gəlincə ona da: «Sən Muhəmməd deyə bilinən adam haqqında
319
Buxari, Müslim.