162
Əgər sən Allaha onu görür kimi ibadət edə bilmirsənsə, onda Ona O,
səni görür kimi ibadət et. Beləliklə Ondan qorxan, əzab və cəzasından
qaçan kimsənin ibadəti kimi Ona ibadət etmiş olursan. İnsan Uca Allaha
bu şəkildə ibadət etmiş olarsa Uca Allaha qarşı ixlaslı olar. İbadətini
riyakarlıq və başqalarının eşitməsi üçün etməz, insanların onu tərifləmə-
sini düşünməz. İnsanlar onun ibadətini istər bilsinlər, istər bilməsinlər
onun üçün fərq etməz. Hətta ixlasın tamamlayıcı ünsürü də budur: «İnsan
etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin
bir sir olaraq qalmasına diqqət edər».
SƏLƏF İMAMLARININ ƏHLİ SÜNNƏ VƏL
CƏMAAT HAQQINDA SÖZLƏRİ
1. Əbu Bəkr əs-Siddiq - radıyallahu anhu – deyir ki: «Sünnə Allahın
sağlam ipidir»
472
.
2. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Sünnəni tərk edən kafir
olur»
473
.
3. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə
baxdı. Muhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbini qullarının
qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü
üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Muhəmməd
– sallallahu aleyhi və səlləm – in qəlbindən sonra yenə də qullarının
qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında
ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini
uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl
gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də
Allah dərgahında da pisdir»
474
.
4. Ömər - radıyallahu anhu – deyir ki: «Qurani Kərimin mütəşabihləri
ilə sizlərlə mübahisə edəcək bir qrup kimsələr gələcəkdir. Siz də onları
sünnətlərlə susdurun. Çünki sünnətə tabe olan kimsələr Allahın Kitabını
ən gözəl bilən kimsələrdir»
475
.
5. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Sizlərdən hər kimsə birinin
sünnətini (yolunu) izləmək istəyərsə, ölmüş olanların (sünnətini) yolunu
izləsin. Bunlar da Muhəmməd – sallallahu aleyhi və səlləm – in
səhabələridir. Onlar bu ümmətin xeyirliləri idilər. Qəlbləri ən yaxşı,
elmləri ən dərin, əbəs yerə özlərinə zülm etməkdən ən uzaq olan kimsələr
472
İbn Batta «Şərhu əl-İbanə».
473
İbn Batta «Şərhu əl-İbanə».
474
İmam Əhməd «Musnəd» 1/379 Əhməd Şakir səhih.
475
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «əl-İbanə».
163
idilər. Allah onları Peyğəmbərinə yoldaşlıq etməyə, dinini (daşımaq)
başqalarına çatdırmaq üçün seçdi. Buna görə də sizlər də onların əxlaqı ilə
əxlaqlanmaya və onların getdikləri yolla getməyə çalışın. Onlar
Muhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələridirlər. Onlar
Kəbənin Rəbbi olan Allaha and olsun ki, doğru yolda idilər»
476
.
6. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki: «Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in səhabələrinin ibadət deyə etmədiyi heç bir
şeyi siz də ibadət deyə etməyin. Çünki əvvəl gələn, sonra gələnə
söyləyəcək bir söz buraxmamışdır. Ey Alimlər topluluğu! Allahdan
qorxun. Sizdən əvvəlkilərin izlədiyi yolu tutun»
477
.
7. İbn Ömər - radıyallahu anhu – deyir ki: «İnsanlar əvvəlkilərin
izlədikləri (yolu) izlədikcə doğru yolla getməyə davam edəcəklər»
478
.
8. Əbu Dərda - radıyallahu anhu – deyir ki: «Sən əvvəlkilərin izini
(yolunu) izlədiyin müddətdə əsla azmazsan»
479
.
9. Məhəmməd b. Sirin – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə
əvvəlkilərin izini (yolu) üzərə yürüməyə davam etdikcə, doğru yol
üzərində yürüməyə davam edir deməkdir»
480
.
10. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Güvənib
dayandığın əsər (əvvəlkilərin yolu) olsun»
481
.
11. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz ki, sünnə
əhli olan kimsələr insanlar arasında say etibarı ilə ən az olanlardır. Yerdə
qalan insanlar arasında da insanların ən az olanlarıdır. Onlar kef və
dəbdəbə içində olanlarla kef və dəbdəbələrində iştirak etməzlər, bidət
əhlinin də bidətlərinə qarışmazlar. Rəbblərinə qovuşana qədər sünnə
üzərində sabit qalarlar. Siz də Allahın izni ilə belə olun»
482
.
12. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif
olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan
həyatımda olsun, ölümümdən sonra olsun vaz keçirəm»
483
.
13. Rabi b. Süleyman deyir ki: «İmam Şafii bir gün bir hədis rəvayət
etdi. Bir nəfər: «Ey Abdullahın atası! Sən bunu qəbul edirsən?» deyincə
Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn səhih bir
476
Əbu Nuaym «əl-Hilyə» 1/305.
477
İbn Batta «əl-İbanə».
478
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
479
İbn Batta «əl-İbanə».
480
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
481
Beyhəqi «Sünənul Kubra».
482
Darimi 1/72.
483
Xatib «əl-Fakibu vəl Mutefakkib».
164
hədis rəvayət edib və onu qəbul etməmiş olsam siz şahid olun ki, mən
ağlımı başımdan itirmişəm»
484
.
14. İbnul Məcisun deyir ki, İmam Malikin belə dediyini dinlədim: «Hər
kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd –
sallallahu aleyhi və səlləm – in risalətinə qarşı xainlik etdiyini iddia etmiş
olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl
etdim...». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan
heç bir şey bu gün də din olmaz»
485
.
15. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnətin
əsasları Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin
izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər
bir bidət yol azmaqdır»
486
.
16. İmam Əhməd b. Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir ki:
«Dünyada nə qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. Çünki
adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti sökülüb alınır»
487
.
17. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Hidayət
yollarına uy. O, yolu izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan
isə çəkin. Həlak olanların çoxluğuna da aldanma»
488
.
18. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Sünnət əhli olan bir
kimsəyə baxmaq, sünnətə dəvət edər, bidəti də qadağan edər»
489
.
19. Sufyan əs-Sövri – rahmətullahi aleyhi – deyir ki: «Gün çıxan
tərəfdən olan bir adamın sünnətə bağlı olduğuna dair sənə bir xəbər
çatarsa, sən də ona salam göndər. Çünki sünnət əhli (sünnətə bağlı)
kimsələr azalmışdır»
490
.
20. Əyyub əs-Şahtiyani – rahmətullahi aleyhi – deyir ki: «Mənə sünnət
əhlindən olan bir nəfərin ölüm xəbəri gəlib çatdıqda sanki orqanlarımdan
birini itirmiş kimi oluram»
491
.
21. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Ey
qardaşım! Bunu da bil ki, bu gün sünnətə sarılaraq ölmək Allahın
hüzuruna çıxacaq hər bir müsəlman üçün bir lütf, bir mərhəmətdir»
492
.
484
İbn Batta «əl-İbanə».
485
Şatibi «əl-İtisam».
486
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
487
Nəvəvi «ət-Təzkirə».
488
Şatibi «əl-İtisam».
489
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
490
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
491
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
492
İbn Vaddah «əl-Bidau vən Nəbyu Anhə».
165
22. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz Allah
onların vasitəsi ilə ölkələrə hidayət verdiyi qulları vardır. Bunlar sünnət
əshabı olan kimsələrdir»
493
.
23. Muafa b. İmran – rahmətullahi aleyhi – deyir ki: «İnsanı öləndən
sonra tərif et. Çünki ölənə qədər onun sünnə və ya bidət üzərə öləcəyi
bilinməz»
494
.
24. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən hədis əhlindən
bir kimsəni gördümmü sanki Peyğəmbər –sallallahu aleyhi və səlləm– in
səhabələrindən birini görür kimi oluram»
495
.
25. Amr b. Qeys əl-Mulai – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən
bir gəncin əvvəldən Əhli Sünnə vəl Cəmaatla birlikdə yetişdiyini görsən
bir ki, ondan (xeyirli şeylər) uma bilərsən»
496
.
26. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə
ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur
(düzəlir). O, gün din olmayan heç bir şey bu gün də din olmaz»
497
.
Bunlar Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin imamlarından olan
bəzilərinin söylədikləri sözlərdir. İnsanlar arasında ümmətlərinin ən çox
xeyrini istəyən, ümmətlərinə ən çox xeyirləri toxunan, onların nə ilə
düzəldiklərini, harada hidayət tapacaqlarını ən yaxşı bilənlər onlardır.
Onlar Allahın Kitabı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
sünnətinə sımsıxı sarılmağı tövsiyə edən, sonradan ortaya çıxmış işlərdən
bidətlərdən çəkindirməkdə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
onlara xəbər verdiyi şəkildə qurtuluş yolunu bildirməkdədirlər. Bu yol isə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnətinə və hidayətinə
sımsıxı yapışmaqdır. Allah bizi də onlardan etsin. Amin!
493
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
494
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
495
Xatib «Şərəfu Əshəbu Hədis».
496
əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «Şərhu əl-İbanə».
497
Kadi İyad «əş-Şifa» 2/88.
166
SON SÖZ
Bu ümmətin ilk nəslinin Tövhid əqidəsi budur. Bu əqidə olduqca saf və
sağlam bir əqidədir. Kitab və Sünnətin yolu bu ümmətin sələfinin
(keçmişinin) görüşləri ilə imamlarının getdiyi yola uyğun, doğru və
sağlam bir yoldur. Bu ümmətin ilk nəslinin qəlblərini dirildən yol da bu
yoldur.
Müsülman qardaş və bacılarım! Allah bizi də sizi də doğru yola
yönəltsin. Bunu da bilin ki, Allahın kitabı, Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
in Sünnəti və Səhabələrin anlayışından başqa bir yerdə
hidayəti axtaran yaxud Allahın qoyduğu şəriətdən başqa bir şəriət ortaya
çıxardan kimsə, heç şübhəsiz ki, açıq bir azğınlıq içindədir, doğru yoldan
uzaqdır, möminlərin izlədikləri yoldan başqa bir yolu izləməkdədir.
İmama Məlik - rahmətullahi aleyhi
–
deyir ki, dinin ən xeyrli olanı sünnət
olanıdır, ən pis işlər isə sonradan ortaya çıxmış bidətlərdir
498
.
Müsəlmanların birlik olmalarının yolu əqidə birliyindən keçdiyində heç
bir şəkk-şübhə yoxdur. Tərtəmiz əqidə isə bu ümmətin sələfi olan ilk
nəslin inandığı əsaslardır. Uca Allahın bizə bağlanmağı əmr etmiş olduğu
doğru yol və sağa-sola sapmayan yol budur. «Bu şübhəsiz ki, mənim
doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq
yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən
çəkinəsiz». (əl-Ənam 153).
Allahdan Sələfi Salihin yolunu bizə göstərdiyi kimi bizi də onlardan
etməsini, yaratdıqlarının ən xeyirlisi olan Məhəmməd
–
sallallahu aleyhi
və səlləm
–
ilə birlikdə Qiyamət günü həşr etməsini, bizi hidayətə
yönəltdikdən sonra qəlbimizi saptırmamasını, onun yolunda çalışan
Muvahhid və saleh qullarından etməsini diləyirəm. O, hər şeyi eşidən və
duaları qəbul edəndir. Amin!
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi
və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun
yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
BİTİRDİM: HİCRİ 1425-ci il 2 SƏFƏR
MİLADİ 2004-ci il 23 MART
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA (YUNUS 10)
498
İmam Şatibi «əl-İtisam».
167
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
«Qurani Kərim» Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi.
«Sələsətil Usul» Muhəmməd b. Saleh əl-Useyminin şərhi ilə.
«Kəşfi Şubuhət» Muhəmməd b. Saleh əl-Useyminin şərhi ilə.
«Fəthu Rabbil Bəriyyə bi Təlhisil Həməviyyə» Muhəmməd Saleh əl-
Useyminin şərhi ilə.
«Aləmus Sunnətul Mənşura» Hafiz b. Əhməd əl-Həkəmi.
«əl-Vəciz Fi Əqidətul əs-Sələfi əs-Salihin» Abdullah b. AbdulHəmid əl-
Əsəri.
«əl-Əqidətul Təhaviyyə» İbn Əbil İzz əl-Hənəfinin şərhi ilə.
«əl-Əqidətul Təhəviyyə əl-Muyəssər» Muhəmməd əl-Humeyyisin şərhi
ilə.
«əl-Əqidətul Vasitiyyə» İbn Teymiyyə. Muhəmməd Xəlil Hərrasın şərhi
ilə.
«Ərbəin ən-Nəvəviyyə» Nazim Muhəmməd Sultanın şərhi ilə.
«Səhih Müslim».
«Sünnə və Cəməa anlayışı» Nəsir b. AbdulKərim əl-Əql.
«Zədul Məad» İbn Qeyyim.
168
MÜNDƏRİCAT
Ön Söz ----------------------------------------------------------------------------------3
İman -------------------------------------------------------------------------------------8
Allaha İman ----------------------------------------------------------------------------15
Allaha İmanın Faydaları ---------------------------------------------------------------18
Mələklərə İman -------------------------------------------------------------------------19
Kitablara İman --------------------------------------------------------------------------27
Quran Allahın Kəlamıdır --------------------------------------------------------------31
Kitablara İmanın Faydaları------------------------------------------------------------36
Peyğəmbərlərə İman -------------------------------------------------------------------36
Peyğəmbərimiz Muhəmməd - Sallallahu Aleyhi Və Alihi Vəs Səlləm ----------41
Peyğəmbərimizin Xüsusuiyyətləri ---------------------------------------------------55
Peyğəmbərlərə Imanın Faydaları -----------------------------------------------------64
Axirətə İman ----------------------------------------------------------------------------65
Qiyamətin Kiçik Əlamətləri-----------------------------------------------------------67
Qiyamətin Böyük Əlamətləri ---------------------------------------------------------78
Qiyamətin Adları -----------------------------------------------------------------------86
Ölüm -------------------------------------------------------------------------------------87
Qəbr Aləmi ------------------------------------------------------------------------------95
Sur ----------------------------------------------------------------------------------------102
əl-Bas - Öldükdən Sonra Dirilmək -------------------------------------------------- 104
əl-Bas - Öldükdən Sonra Dirilmək - Inkar Edənlərə Dəlillər ---------------------106
Həşr Və Məhşər-------------------------------------------------------------------------109
Haqq-Hesab ----------------------------------------------------------------------------111
Sırat --------------------------------------------------------------------------------------117
Hovuz -----------------------------------------------------------------------------------119
Cənnət Və Cəhənnəm -----------------------------------------------------------------121
Şəfaət ------------------------------------------------------------------------------------127
Qəza Və Qədərə İman -----------------------------------------------------------------139
Qəza Və Qədərə İmanın Faydaları ---------------------------------------------------149
İslam Və İman --------------------------------------------------------------------------151
İslamd Istisna Etmək “İnşəallah, Mən Müsəlmanam” Demək -------------------155
İmanda İstisna «İnşəallah, Mən Möminəm» Demək ------------------------------156
Ehsan ------------------------------------------------------------------------------------160
Sələf İmamlarının Əhli Sünnə Vəl Cəmaat Haqqında Sözləri -------------------162
Son Söz ----------------------------------------------------------------------------------166
İstifadə Olunan Ədəbiyyat ------------------------------------------------------------167
Чапа имзаланмышдыр: 18.07.2012
Форматы 60х84 1/16. Щяъми 10,5 ч.в.
Сифариш №262. Тираж 200.
«Зярдаби ЛТД» ММЪ
Няшриййат Полиграфийа мцяссисяси
иш (012) 514 73 73,
моб. (050, 055) 344 76 01
е-почту: зердаби_ем@маил.ру
Dostları ilə paylaş: |