146
Allahdır». (ər-Rum 40). «Bu (gördükləriniz) Allahın yarat-dıqlarıdır.
İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr,
zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11). «…Lakin Allah
imanı sizə sevdirmiş, onu ürəklərnizdə süsləmiş, küfrə, itaətdən çıxmağa
və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır...». (əl-Hucurat 7).
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah bir
işi edəni və onun etdiyi işi yaradandır»
435
.
Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına
(yəni pis və yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc
və qüvvəti olmasına zidd deyildir.
«Allahdan (Allahın əzabından)
bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin
tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin. Özünüz üçün
qabaqcadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç kəsi
qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı
əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).
Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil
gətirməsi doğru deyildir.
1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək
olanların hamsını bilir. Bunların saylarında artma və əskilmədə olmaz.
Allah hər insanın ana bətnində ikən iman əhli mi,
yoxsa küfr əhlimi
olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır. Allahın bu haqda elmi
əsla dəyişməz.
Yenə də quların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də bəllidir.
Bu Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun
əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm
əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir.
Bir kimsə pis əməldən sonra
saleh əməl etmək yazılmışsa o, etdiyi pis əməldən sonra Cənnətə girər.
Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi halda həyatı
Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli olaraq yazılar.
Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın
dilməsi ilə mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b.
Sad
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və
səlləm – buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki, insanlara
görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan xeyrli əməllər edər.
Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri də vardır ki,
insanlara görnüşünə (əməllərinə) görə Cəhənnəmliklərə aid
pis əməllər
edər. Halbuki o, Cənnətlikdir»
436
. Əbu Hureyrə
- radıyallahu anhu–
435
Buxari «Xalqu Əfalul İbad» s. 25, Beyhəqi «Əsməu və Sifət» s. 23.
436
Müslim.
147
rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman
Cənnət əhlinin əməlini
edər. Lakin sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub
möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin
sonra onun bu əməli Cənnət əhlinin əməli ilə son olub möhürlənər»
437
.
Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, nə də
atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik.
Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişlər.
Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara
biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan
uydurursunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil
etsəydı, Allah onlara əzabını daddırmazdı.
2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlili və ya bir
iddiası yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə
Peyğəmbərlər göndərmiş və qulun əməlini ona başa salaraq bunu qulun
qazandığı olaraq təqdir etmişdir.
«Biz Peyğəmbərləri (möminlərə) müjdə
gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar
üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın.
Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165). Əgər
Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi,
peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırılmamalıydı. Lakin
əksinə Allah Peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və
haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə qədəri
dəlil göstərməkdə heç bir əsası yoxdur.
3) Uca Allah əmr və qadağalar vermiş və ancaq
gücü çata bilən şeylərlə
onu sorumlu etmişdi.
«Allahdan (Allahın əzabından)
bacar-dığınız qədər
qorxun». (ət-Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi
(görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də
özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul əməllərini etməyə məcbur
olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün olmayan şeylərlə
sorumlu olmuş olardı. Belə bir şey isə batildir.
Çünki qul bilmədən,
unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günah-lardan
ötrü sorumlu olmayacaqdır. İbn Abbas
- radıyallahu anhu – rəvayət edir
ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə görə
ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq
etdiyi günahlardan keçib»
438
.
437
Müslim.
438
İbn Macə 2045; Beyhəqi 7/356. əl-Albani «Mişkətul-Məsabih» 6293-cü hədis.