150
zaman: «Biz Allahın bəndələriyik və (öləndən sonra) ona tərəf (onun
dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156).
4. Sevinməmək Və Kədərlənməmək:
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət
yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda)
yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana
kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz
üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz».
(əl-Hədid 22-23). İbn Kəsir
– rahmətullahi aleyhi – deyir ki, Allahın sizə
bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin
əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən
ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi
şükrə,
kədərinizi isə səbrə çevirin
441
.
5. İnsanlardan Qorxmamaq:
De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər
toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun
zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir
mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola
bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38).
«Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs
qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə
maneçilik edə bilməz». (Yunus 107). İbn Abbas
- radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – mənə bir neçə
nəsihət verərək buyurdu: «...Bunu
da bil ki, əğər bütün insanlar sənə xeyir
vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir
xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə
yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər.
(Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur»
442
.
5. Ölümdən Qorxmamaq:
«Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda)
vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145).
6.
Olub Keçənlərə Peşman Olmamaq:.
«(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə
getmiş) qardaşları haqqında: «Əgər onlar sçzümüzə qulaq assaydılar,
öldürülməzdilər» deyənlərə (Ya Muhəmməd!) söylə ki: «Əgər doğru
deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran
168). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah güclü
441
İbn Kəsr «Təfsir» 4/314.
442
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.
151
mömini zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı
götürməyə səy göstər. Allahdan kömək dilə aciz olma. Başına
bir müsibət
gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «Allahın qəza və
qədəri bu imiş. Əgər sözü şeytana yol açır»
443
.
7. Allahın Məsləhət Bildiyində Xeyr Vardır:
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız
bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-
Bəqərə 216).
İSLAM VƏ İMAN
İmanın həqiqətini bəyan edən bir çox dəlillər vardır ki, bununla
bəndənin qəlbində iman ağacı kamilləşir. Bununla imanın səmərələrini
görürlər və tamını, şirinliyini dadırlar. Bununla Allahın razılığını və
Cənnətini qazanırlar. Bu o, naslardır ki, imanın həqiqətini və kamiliyyini
bəyan edir. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – İslam və İmanı
məşhur Cəbrail
– əleyhissəlam – hədisində zikr etdi. Belə ki,
səhabələrin
əhatəsində Cəbrail
– əleyhissəlam – ondan İslam və İman barəsində
soruşdu. Ömər
- radıyallahu anhu – rəvayət edir ki, bir gün Rasulullah
–
sallallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı
düm ağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və
aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə
söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Muhəmməd! Mənə
İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam)
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın
elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda
oruc tutmaq, imkan olduqda Beyti həcc etməkdir» deyə buyurdu. (Adam):
«Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik.
Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam):
«Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman)
Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə,
Axirət gününə və
Xeyir və Şərrin Allahdan olmasına inanmaqdır» deyə buyurdu…
(Peyğəmbər): «O, Cəbrail
– əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə
gəlmişdi!» deyə buyurdu
444
.
Bu hədisdən İslam və İman arasında fərq
olduğu aydın olur. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən İslam
haqqında soruşduqda zahiri əməlləri zikr etmiş, İman barəsində
soruşduqda isə qəlbi (batini) əməlləri zikr etmişdir. Bununlada elm əhli
443
Buxari, Müslim.
444
Buxari 50, Müslim 8,10.