156
14). İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə İmam
Əhməd
– rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna
edilməsinin və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam
mərtəbəsinə girdiklərinə dair sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi
ki: «İmam Əhməddən
- Mən İnşəallah Möminəm – sözü haqqında fikrin
nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman deyərkən istisna
etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O:
«Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman
etdik» dedilər. De ki: «Siz iman etmədiniz, müsəlman olduz deyin»
451
.
İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN
MÖMİNƏM» DEMƏK
Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən
möminəm» deməyin və özləri haqqında yəqin olaraq «Mən möminəm»
deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman
etmələrinə görədir. Çünki heç kəs
yəqin olaraq deyə bilməz ki, «mən
möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk
etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni
söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və
özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli
sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün
Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir.
«Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən
çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).
İstisna Etmək – «İnşəallah, mən möminəm» demək haqqında üç rəy
vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu,
kimisi də bu məsələdə orta yolu tuturlar.
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən
ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər
qəlb təsdiq edirsə o, özünün
mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət
kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm.
Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi kimidir
451
Məcmuu Fətava 7/253 – İman məxluqdur, yoxsa məxluq deyildir? Məsələsi haqqında: «Bu məsələ
bidətçilərin və hava əhlinin çıxardığı
Xalqul-Quran (Quran yaradılması) məsələsindən törənmişdir.
Əhli Sünnə Quran Allahın kəlamı olduğuna, məxluq olmadığı görüşündə ittifaq etmişlər. Onun
kəlamının sonu yoxdur. İman ilə
Lə İləhə İlləllah – sözü kimi Allahın sifətindən və kəlamından bir
şey qəsd edilirsə iman məxluq deyildir. İman ilə qulların əməllərindən və sifətlərindən
bir şey qəsd
edilirsə onda bütün qulları məxluqdur və onların bütün əməlləri də sifətləri də məxluqdur Məcmuu
Fətava 6/313, 7/652, 8/422.
157
və bu məsələdə «İnşəallah, mən möminəm» deyənlərə də
Şəkkak –
şübhəçi adını verirlər.
İmam Əbu Hənifə
– rahmətullahi aleyhi – də imanda inşəallah, mən
möminəm deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni
inanan
kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə
şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur:
«Onlar
həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdilər».
(ən-Nisa 151). Muhəmməd
- sallallahu aleyhi və səlləm – in ümmətinin
günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir
deyillər»
452
. İmam Əbu Hənifə
– rahmətullahi aleyhi –, Harisi və
Haskəfinin rəvayətinə görə belə demişdir: «Alqamə ilə birlikdə Ata b. Əbi
Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Muhəmməd!
Ölkəmizdə
imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş
qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki,
bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam
edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət
əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu
şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın
onlara verdiyi ən
böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər
-
sallallahu aleyhi və səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən
səhabələrin və eyni zamanda da Peyğəmbər
- sallallahu aleyhi və səlləm –
in də bunu etdiyinin şahidi olmuşam»
453
.
Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə
həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna
etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum»
və s. sözlər söyləməyə başladılar. Yenə onlardan
bir çoxu hər şeydə
istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu
ayaqqabıdır» və s.
Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah Qurani Kərimdə
yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlayaraq ifadə
edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs:
«And olsun ki, Allah
öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey
möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı
qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən)
qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O,
yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında)
çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban
452
əl-Vəsiyyə s.87, əl-Fikhul Əbsat s. 41,43,52.
453
Xarizmi «Cəmiul Məsanid» 1/182, Aliyyul Kari – şərhu musnədi Əbu Hənifə s.378.