154
Həmçinin İmanla yanaşı saleh əməl, İslam, təqva,
düz durmaq əmri
gələrsə burada birinci yəni İmanla qəsd olunan qəlbi (batini) əməllərdir.
O, biri ilə (saleh əməl, İslam, təqva və s.) qəsd olunan isə zahiri
əməllərdir. Həmçinin də əl-Muminun, əl-Muminat sözü gəldikdə: «İman
gətirib saleh əməl edən» deməkdir. Əgər «
Əl» artikli ilə gələrsə əl-
Muminun sözü: «
İllələzinə Əmənu Və Amilus Salihət» deməkdir.
Bu ayə
də İmanla qəsd olunan batini, saleh əməl ilə zahiri əməllər qəsd olunur.
Əgər İman ümumi heç bir şeylə yanaşı gəlməzsə onda bütün dini əhatə
edir.
«…Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş,
küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət
oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!». (əl-Hucurat 7). Bu
ayədə İman tək gəldiyi üçün Allah sizə nəyi sevdirdi? Dini.
«Allah
yanında (məqbul olan) din əlbəttə İslamdır…». (Ali-İmran 19). «Kim
İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz
və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). Burada İslam
ilə qəsd olunan bütün dindir.
Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq
olur. Bu vəziyyətdə İman ilə görünməyən (batini) etiqadlar (inanclar) qəsd
edilməkdədir. Bunlar isə Allaha, mələklərə,
kitablara və Peyğəmbərlərə,
axirət gününə, qəza və qədərə, xeyrinə və şərrinə iman etməkdir. Yəni
bütün bunlar qəlbin təsdiq etməsi, iqrar etməsi və bilməsidir. İslam ilə,
şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək,
oruc tutmaq və həcc
etmək kimi görünən ibadətlər yəni əməllərlə Allaha təslim olmaq, boyun
əymək və bağlanmaq qəsd edilməkdədir. Elm adamları buna belə deyirlər:
«Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». İbn
Teymiyyə
- rahmətullahi aleyhi – də İslam və İmana tərif verərək deyir ki,
əgər bir dəlildə cəm olarsa məna tərəfdən ayrılırlar. Ayrı-ayrı gələrlərsə
birləşirlər. Məs: Allah buyurur:
«Bədəvi ərəblər: «Biz iman gətirdik!»
dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz!
Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas –
radıyallahu anhu – deyir ki, onların bütünlüklə münafiq olmadığını,
imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri
-
rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki,
Allah Rəsulu -
səllallahu aleyhi və səlləm – bədəvi ərəblərin yalnız İslam (təslim)
olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş,
lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam
olduqları demələri əmr edildi. Çünki İslam (təslim) olmaq üçün söz yetərli
Hənəfi «Şərh Əqidətul Təhaviyyə» s. 347-351 və s. alimlər öz əsərlərində İslam və İmanın ayrı-ayrı
(nass və ya cümlədə) işlənərlərsə (göstərdikləri məna baxımından) birləşərək bir-birinin yerini tutarlar.
155
olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. İbn Qeyyim
-
rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki: «Uca Allah
bədəvilərin imanını inkar edərkən müsəlman olduqlarını,
Ona və Rəsuluna
itaət etdiklərini bildirmişdir. Kamil iman deyilərkən bu kəlimədə nə
nəzərdə tutulursa ayədə o, rədd edilir
449
.
«Allah kimi düz yola yönəltmək
istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi
azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki
(sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə
edər». (əl-Ənam 125).
Bu hədis Əhli Sünnə Vəl Cəmaatı imanın həqiqətinə dair gətirdiyi ən
güclü dəlillərdəndir ki, İman zahiri əməlləri də əhatə edir. Çünki bu heyət
haram aylarda gəlməkləri ilə yanaşı Rəsulullah
– sallallahu aleyhi və
səlləm – dən böyük
miqdarda bir el istəmişlər ki, ona əməl etsinlər və
geridə qalanlara da çatdırsınlar. Rəsulullah
– sallallahu aleyhi və səlləm –
də onlara İmanın həqiqəti barəsində xəbər vermişdir.
İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN
MÜSƏLMANAM» DEMƏK
İslamda istisna etmək bir kimsənin
– İnşəallah Mən Müsəlmanam –
deməsidir. Əhli Sünnə vəl Cəmaat istisnanı imanda caiz
450
görürlər.
İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir.
İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər.
Onlardan bir qrupu ehsan dərəcəsindədir,
bir qrupu mömindirlər, bir
qrupu da müsəlmandırlar. Bu da dərəcənin ən aşağısıdır. Ondan aşağı
küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman deyilsə kafirdir.
Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət
kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir.
Beləcə onun haqqında İslamın hökümləri işlədilir.
Şəri dəlillər İslamda istisna etmədən – Mən müsəlmanam – deməyə
dəlalət edir.
«Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlman-
lardanam deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət
33). «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər!
Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı
qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər
Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi
əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat
449
İbn Qeyyim «Kitabu Salət» s. 25.
450
İcazə verilən.