160
həqiqət əhlinin bir özəlliyi də imanda istisna etmələridir.
Bu şübhə
üzərində edilən bir istisna deyildir – imanda şübhədən Allaha sığınırıq –
Lakin imanda kamil bir mənaya gələ biləcək şəkildə nəfislərini təzkiyə
etməkdən qorxduqları və imanın həqiqətinə layiq kimsələrdən olub-
olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və
onlara gözəl bir şəkildə uyanların yoludur»
466
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi – deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi
şeylərin hamısını etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə:
«Kimsə özünə mən möminəm dediyi zaman əmr edilən bütün şeyləri
yerinə yetirən və qadağaları tərk edən təqva sahibi yaxşılardan
olduğuna
şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir növü
öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi
deməkdir. Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun
Cənnətlik olmasına da şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik
olmasına şahidlik edən heç kimsə yoxdur. Öz nəfsi üçün imanla şəhadət
etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik
etməsi kimidir
467
.
İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və səhabələr,
Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə
imamları
– Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda
istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»
468
.
Həmçinin
səhabələrdən: «Ömər, İbn Məsud, Əli, tabiinlərdən - İbn Əbi Muleykə,
Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b.
Feyruz, Dəhhak b. Məşriki,İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm,
fikhçilərdən Abdullah b. Şübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri,
Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd
–
Allah onlardan razı olsun - və s. rəyləridir»
469
.
EHSAN
İslam dininin üçüncü mərtəbəsi - Ehsandır. Bu da tək bir rükndur.
Peyğəmbər
- sallallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara
öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail –
əleyhissəlam – a belə cavab vermişdi: «Ehsan, Uca Allahı sən Onu görür
kimi ibadət
etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni
görür».
«O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər
466
əl-Acurri «Kitabuş Şəriya» 2/656.
467
Məcmul Fətava 7/446.
468
İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460.
469
Abdullah b. Əhməd «əs-Sünnə» 307-384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim»
1/150, Bəğavi «Şərhi Sünnə» 1/41.
161
içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-Şuəra
218-219).
Ehsan pislik etməyin ziddidir.
«Həqiqətən Allah ondan qorxub pis
əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128).
«Yaxşılığın əvəzi ancaq yaxşılığdır». (ər-Rəhman 60). «Yaxşı işlər
görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzlərinə nə
bir toz, nə də bir zillət qonar». (Yunus 26). «Allah yolunda xərcləyin. Öz
əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq
edənləri sevər». (əl-Bəqərə 195).
Ehsanın içinə Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in buyurduğu
kimi; bir adamı miniyinə mindirmək, əşyalarını qaldırmaq və ya daşımaq
üçün kömək etmək, ona yol göstərmək və s. buna bənzər xüsusiyyətlərin
hamısı daxildir. Bunlar Allahın qullarına edilən yaxşılıqdır. Hətta bir
kəsin Allahın qullarına
bildiklərini öyrətməsi, dərs keçməsi və ya
məclislərdə elmi söhbətlər etməsi xeyr və ehsandandır. Əbu Yə’la Şəddad
b. Əus
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi
və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah hər şeydə ehsanı yazmışdır.
Buna görə də öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəstiyiniz
zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını
yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın»
470
. Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və
səlləm – buyurdu: «İnsanların hər bir bədən üzvü üçün günəşin doğduğu
hər bir gündə sədəqə vardır. İki nəfər arasında ədalətlə hökm vermək bir
sədəqədir. Kişini miniyinə mindirmək üçün kömək etmək və yaxut da
onun əşyalarını miniyə yükləmək üçün kömək etmək bir sədəqədir. Gözəl
bir söz söyləmək bir sədəqədir. Namaz qılmaq üçün (məscidə)
addımladığın hər bir addım bir sədəqədir. Yolda əziyyət verən bir şeyi
götürmək də bir sədəqədir»
471
.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Ehsanın bir-birindən fərqli iki
mərtəbədən ibarət olduğunu açıqlamaqdadır.
1. Uca Allaha sən Onu görür kimi ibadət etmək.
İbadətə gəlincə isə O, Allaha Onu görür kimi ibadət etmək deməkdir.
Belə bir ibadət yəni insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə
və sevgi ilə edilir. Bu yolla insan sevdiyi və arzuladığı bir şeyi əldə
etməyə çalışır. Çünki o, Rəbbinə Onu görür kimi ibadət edər.
Beləliklə
ona yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.
2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.
470
Müslim.
471
Buxari, Müslim.