4
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki
düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın
salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah
- səllallahu aleyhi
və səlləm
–
in yoluna uyaraq öz risaləmi «
Bismilləh» ilə başlayıram.
Çünkü Allah Rəsulu
- sallallahu aleyhi və səlləm - də öz məktublarını
«
Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə
«
Bismilləh» ilə başlanılmazsa o işin sonu kəsikdir»
3
.
Allah,
Muhəmməd - sallallahu aleyhi və səlləm
–
i aləmlərə rəhmət,
əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə
göndərdi. O,
- sallallahu aleyhi və səlləm - ona verilən əmanəti yerinə
yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin əsaslarından
tutmuş
hər bir şeyi incəliyinə kimi bizə xəbər vermişdi. Açıqlamadığı bir şey,
ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik
buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi,
onların yollarına uyan kimsələr də bu yolda yürüməyə başladılar.
Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa
başladı. Bu bidətlər, uydurmalar İslamı və müsəlmanları dağıtmağa və
onların firqələrə və məzhəblərə bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar
da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu
çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların
düşmənlərinin fikirləri birdir. Allahın nurunu söndürmək, yəni İslamı
məhv etməkdir. Lakin bu əsla belə deyildir. Allah buyurur:
«Onlar
Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə
söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu
(dinini) tamamlayacaqdır». (əs-Səff 8). Allahu Əkbər!
Həqiqətən də
onların xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və
tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda Allahın dinini bəxş
etdiyi iman, elm və hikmət ilə din düşmənlərinə qarşı vuruşan, onların
hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və onları Quran və
Sünnə ilə məhv edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır.
İnşəallah!
Səvban
–
radıyallahu anhu
–
dən gələn rəvayətdə Rəsulullah
-
sallallahu aleyhi və səlləm - buyurur: «Ümmətimdən
bir qrup insanlar
olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə
yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409,
«Mişkətul məsabih» 3149,5860.
3
Əbu Davud.
5
və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər»
4
.
Bu cəmaat Firqətun Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl
Cəmaat, Sələfi Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə
Peyğəmbər
- sallallahu aleyhi və səlləm
–
in və əshabələrin izləmiş
olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik
- radıyallahu anhu
–
rəvayət edir ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə,
qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə
bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə
düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim
yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri Cənnətə, qalanları isə
Cəhənnəmə düşəcəkdir»
5
. İbn Ömər
- radıyallahu anhu
–
nun rəvayətində
isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Onlar mənim və səhabələrimin
yolu ilə gedənlərdir»
6
. Başqa rəvayətdə Rəsulullah
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «O da cəmaatdır»
7
.
Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta
yolu mənimsəmiş Əhli Sünnə vəl Cəmaat olduğunu açıqca
göstərməkdədir. Çünkü onlar bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və
Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir inanca
yönəlməmiş, insan üçün lazımlı hər şeyin bu iki
qaynaqda bəyan
edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarını gücləndirmək və
bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.
Buna görə də hörmətli müsəlman bacı və qardaşlarım hər biriniz bu
müxaliflərə qarşı mübarizə aparmalısınız. Hər biriniz Allahın dinini
qorumalısınız.
«Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz,
o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Muhəmməd 7).
Allahı qorumaq isə onun dinini qorumaq ilə olur. İbn Məsud
–
radıyallahu
anhu
–
rəvayət edir
ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu:
«Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz
ümmətindən sünnətini alan və əmrlərinə uyan bir çox həvvariləri və
səhabələri vardır. Sonra onların ardından etməyəcəkləri şeyləri
söyləyən
və əmr olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara
qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə
mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə
4
Buxari, Müslim.
5
İbn Məcə.
6
Tirmizi, əl-Albani «Səhih hədislər silsiləsi» 1348.
7
İmam Əhməd «Musnəd» 4/102, əl-Albani «Ziləlul Cənnə».