12
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
in hüzuruna girərək dedi:
«Hənzələ münafiqlik etdi, ya Rəsulallah!» Rəsulallah
–
sallallahu aleyhi
və səlləm
–
: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında
olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan.
Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından
ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul
oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim
əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və
zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə)
davam etsəniz
şübhəsiz mələklər sizinlə döşəklərnizdə və yollarnızda toqquşardılar».
Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə
isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»
25
. Əbu Səid əl-Xudri
–
radıyallahu anhu
–
rəvayət edir
ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə
düzəltsin. Əgər
gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə
(düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir»
26
. Abdullah b. Məsud
–
radıyallahu anhu
–
nun rəvayətində isə: Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə
yoxdur
27
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah
üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün
qadağan edərsə imanı tamamlanmış olar»
28
. Rəsulullah
–
sallallahu aleyhi
və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən
gözəl olanıdır»
29
. Əbu Hureyrə
–
radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir
kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox
sevmədikcə iman etmiş olmaz»
30
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»
31
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Çox gülmək qəlbin imanını
məhv edir». İbn Ömər
–
radıyallahu anhu – dan soruşulduqda ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli!
Əgər iman qəlblərində dağdan da böyük olsaydı»
32
.
Həmçinin Ənəs
–
25
Müslim, Tirmizi 2514, İbn Məcə 4239, Əhməd 2/304-305, əl-Albani «Səhih Hədislər Silsiləsi»
1948, «Səhihul Cəmius Səğir» 7073,»Mişkətul Məsabih» 2268.
26
Müslim.
27
Müslim.
28
İmam Əhməd 3/438-440, Əbu Davud 4681, Tirmizi 2521, əl-Albani «Səhih Hədislər Silsiləsi» 380,
«Səhih Cəmius Səğir» 5965, «Mişkətul Məsabih» 30-31.
29
Əbu Davud 2682, Tirmizi 1163, Musnəd 2/250,472,527.
30
Buxari, Müslim, Musnəd 3/207,275-278.
31
Müslim.
32
əl-Albani «Mişkətul-Məsabih» 4749.
13
radıyallahu anhu
–
rəvayət edir
ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd!
Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin
qəbul edilir!». Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurur: «Ya
Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda
və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…»
Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi
qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra
Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az,
daha az iman olan kimsələri oradan çıxart!…».
Başqa rəvayətdə isə
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım
dinar ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır».
Onalrın iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının
yarsına qədər, kimisinin diz qapaqlarına qədər yandırar
33
. Əbu Hureyrə
–
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina
etməz,
içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq
etdiyi vaxt mömin olarsa oğurluq etməz»
34
. Belə bir şəxsin imanı əskik bir
mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu
vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq
ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı
qaldırılmaz. Mötəzilə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq
Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan
çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın
mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər.
Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə
aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara
(imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq. İndi isə
bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman haqqında
olan fikirlərinə nəzər salaq.
Əli
–
radıyallahu anhu
–
deyir ki: «İman
qəlbdə ağ bir nöqtə kimi
başlayır, iman artdıqda o, ağ nöqtə də artır»
35
. Digər bir rəvayətdə isə Əli
–
radıyallahu anhu
–
deyir: «Səbrin imana görə durumu, başın bədənə
görə durumudur. Səbri olmayanın imanı da olmaz»
36
. İbn Məsud
–
radıyallahu anhu
–
dua edərək deyir ki: «Allahım! İmanımızı,
33
Şəfaət hədisi haqqında geniş məlumata görə Səhih Buxari və Müslimə baxa bilərsiniz.
34
Müslim.
35
İbn Teymiyyə «Kitabul-iman» s.90.
36
Bax: 35-ə.