6
apararsa o, da mömindir. Amma bundan aşağı (imandan)
bir xardal dənəsi
qədər də iman yoxdur»
8
.
Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
in yoluna uymaq, hidayət
yolunda olan cəmaatdan
olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz
əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl
edib başqalarına öyrətməlidir. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
bu
məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli
Sünnə alimləri - sünnətə
sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin imam Məlik deyir:
«Sünnət Nuhun gəmisi kimidir, minən qurtulur, arxada qalan isə həlak
olur. Haqq budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona
tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar.
Sünnətə tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir.
Dolayısı ilə risalətə tabe olan, Nuhla
bərabər gəmiya minən kimsə
durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe
olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan kimsə
durumundadır»
9
.
Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün
Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş
istifadə edərək Allahın izni ilə əlimizdəki bu risalənin toplanmasına nail
oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın əsaslarından,
ehsan və s. mövzular haqqında geniş yer verməyə və hər oxucu ondan
faydalansın deyə, aydın dəlillərlə göstərməyə çalışdım. İlk növbədə
Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını
diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını,
məndən qəbul
edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta
etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm
olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkin-
məyəcəyinizi ümüd edirəm.
Güvəndigim Allahdır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram.
Həmd və təriflər yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan
qoruyan da Odur.
«Məni yaradan və məni doğru yola yönəldən Odur!
Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O
şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü
xətamı bağışlayacağına ümüd etdiyim də Odur! Ey Rəbbim! Mənə
hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında
8
Müslim.
9
«Məcmuul Fətava» 4/137.
7
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et».
(əş-Şuəra 78-85).
Allahın salat və salamı onun
Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi
və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun
yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
İMAN
Sözdə iman təsdiq etmək deməkdir. Səriətdə isə qəlb ilə etiqad etmək,
dil ilə söyləmək və əzalar ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni
Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər
- sallallahu aleyhi və
səlləm - in məşhur Cəbrail –
əleyhissəlam
–
ın hədisində xəbər verdiyi
kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər
- səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və
İman haqqında sual vermək üçün gələn Cəbrail –
əleyhissəlam
–
a belə
cavab vermişdi: «İman, Allaha, Mələklərə,
Kitablara, Peyğəmbərlərə,
Axirət gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…»
10
.
Amr b. Əbəsə
–
radıyallahu anhu
–
rəvayət edir
ki, bir nəfər Peyğəmbər
-
sallallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?» Peyğəmbər: «Qəlbinin
Allaha təslim olması və müsəlmanların sənin dilindən və əlindən salamat
olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətlidir?» deyə
soruşdu. Peyğəmbər: «İman etmək» deyə cavab verdi. Adam: «Bəs iman
nədir?» deyə soruşdu. Peyğəmbər: «Allaha, Mələklərə, Kitablara,
Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır»
deyə cavab
verdi. Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər:
«Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu.
Peyğəmbər: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət
daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Cihad» deyə cavab verdi.
Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər: «Onlarla qarşılaşdığın
zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad
fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Atının ayaqları kəsilib yerə
yıxılaraq öldürüldüyü və qanının axıdıldığı cihad…»
11
.
Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani Kərimdə də Allah bu
haqda bir çox ayələr nazil etmişdi.
«Yaxşı əməl heç də üzünü günçıxana
və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi
əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi
bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177).
10
Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi.
11
AbdurRazzaq «Musənnəf» 20107, İmam Əhməd 4/114, Təbərani əl-Kəbir bax: «Məcmua Zəvaid»
1/59, 3/207, «Təzkiratul Huffaz» 1/94, «Siyer» 4/468,475.