8
«Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratqıq». (əl-
Qəmər 49).
Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz.
Bunlardan birini inkar edən kimsə kafir olur. O, halda iman bu altı əsas
üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə, əlbətdə ki, mömin
olmaz. Çünkü o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina
ancaq təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın
rükunlarıdır. Kitab və Sünnətə uyğun olaraq bunlara əməl edilmədikcə
iman da tamamlanmaz. Sələfi Salihin yəni Əhli Sünnə vəl Cəmaatın
əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq
etmək, dil ilə söyləmək və əzalarla əməl etmək deməkdir. İman itaətlə
artır, asiliklə azalır. Şəriətdə isə gizli və açıq bütün itaətlərdir. Gizli
əməllərə qəlbin əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas,
məhəbbət və s. Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə
isə bədən ilə edilən əməlləri məs: Ruku, səcdə və s. misal göstərmək olar.
Qısaca iman – qəlbdə yer tutan əməl
tərəfindən təsdiqlənən, meyvələri
Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə
ortaya çıxan şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası
da olmaz. Əməldən uzaq bir elimin bir kimsəyə faydası olsaydı, Allahın
lənətinə düçar olan iblisə faydası olardı. O, Allahın şəriki olmadığına, tək
olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin Allah: «Adəmə
səcdə et!» deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafir-
lərdən oldu.
(Allah) buyurdu: «Ey iblis! Sənə mənim öz əlimlə
yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa
özünü yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin
üstündən əskik olmasın!». (Sad 75-78). Allahın vəhdəniyyətini bilməsi
ona (İblisə) fayda vermədi. Çünkü əməldən ayrı bir elmin aləmlərin
Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Useymin
–
rahmətullahi aleyhi
–
«Üç Əsas» kitabının şərhində dediyi kimi: «Əməl
elmin meyvəsidir.
Kim elimsiz əməl edərsə o, Xristianların misalındadır.
Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».
«Əməllər iman deyilən şeyin içərsinə girməz» - deyənlər, iman tək bir
şey olduğuna görə: «Mənim imanım Əbu Bəkr əs-Sıddıq, Ömər
–
radıyallahu anhum
–
un imanı kimidir. Hətta mənim imanım
Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» -
deyənlər də vardır.
Ayə və hədislərdən bizə məlum olduğuna görə - əməl olmadıqca iman
kamil olmaz. Niyyətsiz nə söz və nə də əməl olur. Sünnətə uyğun
olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. Allah Qurani Kərimdə bir
9
çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir.
«İman gətirib saleh
əməl edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107).
Şübhəsiz ki: «Rəbbim Allahdır deyən, sonra da (söz və əməllərində) düz
olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər:
Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin».
(Fussilət 30). «Bu sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində
varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72). «Yalnız iman gətirib saleh
əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsə-
lərdən başqa». (əl-Əsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab
–
radıyallahu anhu
–
rəvayət edir
ki,
mən Rəsulullah
–
sallallahu aleyhi
və səlləm- in belə buyurduğunu eşitdim. «Əməllər ancaq niyyətlər ilədir
və hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti
12
Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər
kimin hicrəti əldə edəcəyi bir dünyalıq və ya nigahlanacağı bir qadın
üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onadır»
13
. Əbu Amr-
Əbu Amra da deyirmişlər - Sufyan b. Abdullah
–
radıyallahu anhu
–
rəvayət edir
ki, mən: «Ey Allahın Rəsulu! İslama aid mənə elə bir söz de
ki, bu haqda səndən başqa heç kimə sual verməyim?». Rəsulallah
–
sallallahu aleyhi və səlləm- buyurdu: «De
- Allaha iman etdim və bu
yolda düz dur»
14
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Bir
və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha
iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha
gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah
olmadığına, Muhəmmədin onun
Rəsulu olduğuna şəhadət etmək, namaz
qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir»
15
. Əbu Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir
ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən
ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığını
(
Lə İləhə İlləllah)
söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf
etməkdir. Həya da imanın bir şöbəsidir»
16
. Dinə girmək üçün ilk
söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə qəlbin əməli, söyləmək
etibarı ilə dilin əməlidir. İbn Teymiyyə –
rahmətullahi aleyhi
–
deyir ki:
«Pəyğəmbərlərin dinindən başa düşülür ki - bu fikirlə bütün ümmət də
razılaşır - İslamın əsaslarından ilki hansı ki, hər bir məxluqatın
üzərində
12
Hicrət – tərk etmək deməkdir. Küfür ölkəsindən İslam yurduna köçmək. Həmçinin Allahın
qadağalarını tərk etmək də hicrət adlanır.
13
Buxari, Müslim.
14
Buxari, Muslim.
15
Buxari, Müslim, Nəsai, Əbu Davud.
16
Buxari, Müslim.