10
haqdır bu da şəhadət kəliməsidir. Şəhadət
kəliməsini deyən kimsə
kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı
azad və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş
olur. Əgər o, bunu yalnız dili ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə
o, kimsə İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə. Yox əgər o,
şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o,
kimsə həm zahiran
həm də batinən də kafirdir və bütün müsəlmanlarda bu fikirdqə
yekdildilər»
17
. Əziyyət verən bir şeyi yoldan qaldırmaq – əzaların əməli,
həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək bir əməl
olduğu halda, Rəsulullah
–
sallallahu aleyhi və səlləm - onu imandan
saymışdı.
İbn Battal –
rahmətullahi aleyhi -
18
deyir ki: «Buxari –
rahmətullahi
aleyhi - nin iman bölümündə qeyd etmək istədiyi məna da elə budur. O,
bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: Umurul iman
(imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad
imandandır adı altında açdığı başlıqlar ilə o, Murciənin - iman əməlsiz
sözlərdən ibarətdir - (yəni əməl imandan ayrıdır) sözlərini rədd etmiş,
onların bu səhf fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir
19
.
«Allah
sizin imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız
namazlarnızı) əvəzsis buraxmaz”. (əl-Bəqərə 143). Allah bu ayədə
namazı iman deyərək adlandırmışdı. Namaz həm qəlbin,
həm dilin, həm
də əzaların əməllərini bir yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına
görə qəsd - İslamın ilk əvvəlində müsəlmanların Beytul Məqdisə tərəf
qıldıqları namazlardır. Allah «Kəbəyə tərəf dönün!» deyə əmr etdikdən
sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə Allah bu ayəni nazil
etmişdi.
Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan
olduqları üçün iman itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta
möminlər də öz imanlarında, əməllərində və s. bir-birindən fərqlənmişlər.
«Sonra Kitabı bəndələrmizdən seçdiklərmizə miras qoyduq. Onlardan
kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar),
kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də
Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli keçər. (yaxşı
əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn
17
«Tövhid Kitabı», «Fəthul Məcid».
18
İbn Battal
– rahmətullahi aleyhi - Adı Əli b. Haləf b. Abdulməlikdir. əl-Ləccam deyə tanınır. Hədis
elimində tanınmışdır. Məliki məzhəbindəndir. İbn Həcər
– rahmətullahi aleyhi - «Fəthul-Bəridə»
ondan çox danışır.
19
Nəvəvi, Müslümün şərhi 1/125.
11
Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə
bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33).
1. Xeyir
işlərdə irəli keçənlər fərz
20
və müstəhəbləri
21
edənlər, haram və
məkruhları
22
tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı
görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və
kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır.
2. Orta yolda olanlar.
Sünnətləri etməsə də, məkruhlardan çəkinməsədə, sadəcə fərzləri edib
haramları
23
tərk etməklə kifayyətlənənlər. Bu vacib iman sahibidir.
3.
Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə bərabər, imanlarını
qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə də qüsurlara yol
verirlər. İcmali iman sahibləri. Abdullah b. Abbas
–
radıyallahu anhu
–
dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada
gedənlər Allahın rəhmətiylə Cənnətə girəcəklər.
Özlərinə zülm edənlər
Məhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər
24
.
Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar.
Bu haqda Quran və Sünnədə bur çox ayə və hədislər vardır.
«Bir surə
nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını
artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların
imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-
Tövbə 124). «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13).»Allah
doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu
tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar».
(Məhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-
Fəth 4). «İman gətirənlərin imanının daha da artması». (əl-Muddəssir
31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). «O,
kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan
qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah
bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173).
«Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və
əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu
zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz
Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf
edərlər». (əl-Ənfal 2-3). Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-
Təmimi
–
radıyallahu anhu
–
, Əbu Bəkr
–
radıyallahu anhu
–
ilə birlikdə
20
Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olur. Məs: Namaz, oruc və s. əməllər.
21
Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olmur.
22
Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Məs:
Məscidə sol ayaq ilə daxil
olmaq.
23
Bunu tərk edən savab qazanır. Ona əməl edən isə əzaba düçar olur. Məs: Zina, içki və s. əməllər.
24
İbn Teymiyyə «əl-Əqidətul Vasitiyyə», Təfsiri Təbəri 11/ s. 189, Təfsir İbn Kəsir.