152
arasında ixtilaf yaranmışdır.
Alimlər demişlər ki, İslam başqa bir şeydir,
İman isə tam başqa bir şeydir.
İmanın həqiqəti bir dəlildən götrülmür. Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – bu hədisdə İmana qəlbi (batini) əməlləri zikr etdi. Başqa bir
hədisdə isə zahiri əməlləri imana vermişdir. Yəni İslama verdiyi tərifi
başqa bir hədisdə İmana vermişdir. İbn Abbas
- radıyallahu anhu –
rəvayət edir ki, AbdulQeys
445
heyəti
Rəsulullah – sallallahu aleyhi və
səlləm – in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia
qəbiləsindənik. Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir
qəbilə maneə olmuşdur. Buna görə də sənin yanına yalnız Haram
aylarda
446
gələ bilirik. Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə
yetirək və həm də geridə qalanlara onu dəvət edək Cənnətə girək.
Rəsulullah
– sallallahu aleyhi və səlləm – onlara
dörd şeyi əmr etdi və
dörd şeydən də çəkindirdi. Rəsulullah
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və
tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və
Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ilah olmadığına,
Məhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat
vermək və qənimətin
1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən,
Nakirdən və Muzzafərdən çəkindirirəm»
447
Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – Cəbrail
– əleyhissəllam - ın hədisində İslama verdiyi tərifi bu
hədisdə İmana vermişdir. Elm əhli isə bu hədislərdən belə bir nəticəyə
gəlmişlər ki, İslam və İmanın deyiliş forması vardır. Yəni bunların həm
xüsusi və ümumi mənaları vardır. Ümumi mənası odur ki, bütün dini
əhatə edir. Yəni İman ümumi mənada gələrsə bütün dini əhatə edir.
Həmçinin də İslam ümumi mənada gələrsə bütün dini əhatə edir. Bəzi
sözlər də belədir. Məs: Miskin və Fəqir. Allah:
«Sədəqələr (zəkatlar)
445
Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – in yanına gəlmişlər. Heyətin böyüyü Munziru b. Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc
və ya bıçaq
izi olduğu üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu əl-Eşecc diyə
ləqəbləndirmişdir. Bundan sonra o, kimsə Abdulqays Eşecci ləqəbi ilə şöhrət tapmışdır. Heyəti sayı
barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.
446
Haram Aylar – «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri
Allahın kitabında on ikidir. Onlardan dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram
aylardır. Bu doğru dindir. Ona görə də həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı
sizinlə vuruşduqları kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36).
Bu aylarda döyüşlər etmək, hücum etmək, ozünə zülm etmək qadağan edilmişdir. Məhz buna görə də
bu ayları haram aylar adlandırırlar.
447
Bu adları çəkilən
dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların adlarıdır.
Dubba –
içi ovulmuş balqabaqdır,
Hantəm – saxsıdan düzəldilmiş qabdır,
Nakir – içi ovulmuş ağac parçasıdır
ki, içərisinə kiçik xurmalardan atır. Sonra içərisinə su tökərdilər. Bir müddətdən sonra onu şərab
olaraq alırdılar.
Muqayyər – qır sürtülən qabdır. Buxari, Müslim.
153
Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq
fəqirlərə, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən)
miskinlərə ….». (ət-Tövbə 60). Bir dəlildə həm fəqir, həm də miskin ləfzi
işlədilmişdir. Bunun da hər birinin həm xüsusi, həm də ümumi mənaları
vardır. Fəqir kəlməsi işləndiyi zaman onun içinə miskin də girər.
Miskin
kəlməsi də tək başına işləndiyi zaman onun içinə fəqir də girər. Lakin
iksinin arası birləşdiyi zaman isə hər biri ayrı-ayrı mənaları ifadə edər.
Fəqir sözü ayrı işlənərsə içərisinə miskin kəliməsi də daxildir. Həmçinin
də Miskin sözü ayrı işlənərsə içərisinə fəqir kəliməsini də daxil edir.
Lakin bir yerdə işləndiyinə görə ayrı-ayrı mənaları vardır. Lakin
baxmayaraq ki, onlar ehtiyacda müştərəkdilər. Yəni ehtiyac sahibidirlər.
Yanaşı gəldiklərinə görə aralarında fərq vardır.
Lüğəti mənalarına görə İslam və İman ayrı-ayrı şeylərdir. Şəri mənaları
ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan
işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla
birlikdə islam da vardır və ya harada islam varsa onunla birlikdə iman da
vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri
də onun
içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına
işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Yəni İslam ləfzi tək
gələrsə həm qəlbi (batini) əmlləri, həm də zahiri əməlləri əhatə edər.
Həmçinin İman ləfzi də tək gələrsə həm zahiri, həm də qəlbi (batini)
əməlləri əhatə edir. Çünki varlılıqları bir-birinə bağlıdır. Məs:
«Ey iman
gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi
dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş
əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər
(topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) - ayəsindəki xitab
həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün
dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da
dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi
kimi, islam da imanı əhatə edir. Həmçinin:
«Məni müsəlman olaraq
öldür…». (Yusif 101) ayəsindəki
«Məni müsəlman olaraq öldür!» eyni
zamanda «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni müsəlman
olaraq öldür, mömin olaraq öldürmə - mənasında deyildir. Çünki Allah
bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini
«Ey iman
gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz
halda ölün». (Ali-İmran 102) istər
448
.
448
İbn Məndə «İman» 1/448,454, Xattabi «Məalimus Sünən» 4/313, İbn Teymiyyə «İman» s.
148,222, «Məcmuul Fətava» 7/167,259,260, İbn Kəsr «Təfsirul-Quranil-Azim» 4/234, İbn Rəcəb
«Cəmiul-Ulum vəl Hikəm» 1/107,108, Nəvəvi «Şərh Səhih Müslim» 1/144-149, İbn Əbil İzz əl-