148
4) Uca Allahın qədəri gizli bir sirdir. Qulun
onu bilməsi ancaq etdiyi
əməlin meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada
faildir. Allah da onların feillərini (əməllərini) yaradandır. Qul mömin,
kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda iman və
əməlləri yaradan da Allahdır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti,
iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da
Allahdır. Sonra da xeyr və şərri bir-birindən ayırd etmək üçün ağıl da
vermişdir.
«Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə
bilməzsiniz». (ət-Təkvir 28-29).
5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəl-
diklərini, onları əldə etməyə çalışdıqlarını, (xeyrli işləri) kənara qoyaraq
uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə
yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs
nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı)
buraxaraq zərərli (haram) şeylərə yönələrək
qədəri dəlil göstərərək,
mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi?
Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır.
Bunlardan biri çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və
aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər yol isə rahatlıq, əzab-
əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu iki yoldan hansını
seçər? Əlbətdəki rahatlıq və ədalətl olan ölkəyə aparan yolu seçər. Heç
vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil
gətirməz. O, halda axirət ilə əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil
məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.
6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil
göstərən bir
kimsənin malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib
və qədəri dəlil göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan
bu haqsızlığım Allahın qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz.
Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin
dəlil göstərilməsini qəbul etmirsə, uca Allahın haqlarını tapdalayaraq
qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin əmri Ömər b.
əl-Xəttab
- radıyallahu anhu– nun dövründə oğurluq üçün əlinin kəsilməsi
hökmü verilmiş birisini gətirirlər. O, da əlinin kəsilməsi qərarını verdikdə
oğru: «Ağır ol Ey Möminlərin Əmri. Mən Allahın qədəri ilə oğurluq
etdim» dedi. Ömər: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik»
deyə cavab verdi.
Qədərin əsli Allahın sirridir. O,
haqda biliyə nə bir mələk, nə bir
peyğəmbər, nə də onlardan aşağı olan hər hansı bir insan sahib deyildir.
149
Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür fikirlər yürütmək
doğru deyildir. İbn Məsud
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərdən danışanda susun»
439
.
Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və
məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar.
Şişirdər və həddi aşar. Çünki qədərin həqiqətini
Allahdan başqa heç kəs
bilməz. İnsanlar nə qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə
vara bilməzlər. Ancaq biz, Əhli Sünnə vəl Cəmaat Allah
– subhənəhu və
təalə – nin
hər şeyi bildiyinə, yazdığına iman edirik.
Elmdə qüvvətli
olanlar isə: «Biz onlara inandıq, onların hamsı Rəbbimiz tərəfindəndir»
deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7). Bu da
qədərin başa düşülməsi üçün yuxarıda qeyd etdiyimiz dörd məsəlidir.
Əksi təqdirdə insan qədərə inanmamış olur.
QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI
1. Razılıq, Yəqinlik Və Əvəz:
«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim
Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada
baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilir. Allah
hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas
- radıyallahu anhu – deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O,
bilir ki, məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın
qəza və
qədəridir.
2. Günahların Təmizlənməsi:
Əbu Səid əl-Xudri və əbu Hureyrə
- radıyallahu anhum – rəvayət edir
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Mömini nə
xəstəliyə, nə əzab-əziyyətə, nə rahatsızlığa, nə də kədərə məruz qalmaq
maraqlandırır. Onu maraqlandıran Allahın
bunlara səbr etdiyinə görə
günahlarını təmizləməidir»
440
.
«Sizə üz verən hər bir müsibət öz
əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır».
(əş-Şura 30).
3. Böyük Əcr (Mükafatın) Verilməsi:
«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad)
və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Muhəmməd! Belə imtahanlara)
səbr edən şəxslərə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi
439
Təbərani «Məcmul Kəbir» 10/223-224, əbu Nuaym «Hilya» 4/108, əl-Lalekai «Şərhu Usuli
Etiqad» 1/126, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1/46.
440
Buxari, Müslim.